2020-ci ildə Tokioda keçirilən Olimpiya Oyunlarının yunan-Roma güləşi üzrə gümüş mükafatçısı, azərbaycanlı Pərviz Nəsibov 2014-cü ildə Pekində keçirilən Yeniyetmələrin Olimpiya Oyunlarının bürünc mükafatçısı, ukraynalı Yelena Kremzerlə ailə həyatı qurub.
Bizim.Media xəbər verir ki, bu informasiyanı özünün Facebook səhifəsində jurnalist Famil Camal yazıb.
Xatırladaq ki, Pərviz Nəsibov 1998-ci il avqustun 18-də Ağstafa rayonunun Muğanlı kəndində anadan olub. Altı yaşında valideynləri Ukraynaya köçüblər və Nikolayevdə məskunlaşıblar.
Bizim.Media
