Azərbaycan karateçiləri Konyada (Türkiyə) keçirilən gənclər arasında dünya çempionatında ilk medallarını qazanıblar.
Azərbaycan Karate Federasiyasından Bizim.Media-ya verilən məlumata görə, gənclər arasında 16-17 yaş kateqoriyasında Fərid Savadov (55 kq) birinci, eyni yaş kateqoriyasında isə Rəşid Süleymanov (68 kq) üçüncü olub.
14-15 yaş kateqoriyasında daha bir bürünc medalı İsmayıl Xamoyev (52 kq) qazanıb.
Bizim.Media