Bakıda keçiriləcək “Qarabağ” – “Frayburq” oyununa biletlər satışa çıxarılıb.
Bu haqda bu gün, 28 oktyabr tarixində Bizim.Media "İTicket.az" saytına istinadən xəbər verir.
Komandamız UEFA Avropa Liqasının qrup mərhələsi çərçivəsində son oyununa çıxacaq. “Köhlən atlar” növbəti mərhələyə keçmək üçün qələbəyə ehtiyacı var.
Oyun 3 noyabr saat 21:45-də Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək. Bİletləri İticket.az saytından və ya kassalarından ala bilərsiniz. Qiymətlər 5, 20, 30, 75 və 100 AZN təşkil edir.
Bizim.Media