Bu gün futbol üzrə Azərbaycan Premyer Liqasında XII turun daha 2 oyunu keçiriləcək.
Bizim.Media xəbər verir ki, günün ilk matçında "Kəpəz" "Səbail"i qəbul edəcək. Hazırda ev sahibi komanda 5 xalla 8-ci, qonaqlar isə 10 xalla 7-cidir.
Digər matçda isə 19 xalla 4-cü sırada olan "Zirə" 22 xalla özündən bir pillə yüksəkdə qərarlaşan "Neftçi"ni qəbul edəcək.
Qeyd edək ki, turun açılış oyununda "Turan Tovuz" evdə "Sumqayıt"a 1:0 hesabı ilə qalib gəlib. Tura oktyabrın 30-da keçiriləcək "Şamaxı" - "Qarabağ" və "Sabah" - "Qəbələ" oyunları ilə yekun vurulacaq.
Bizim.Media