Sumqayıtdakı “Karvan” Ticarət Mərkəzində baş vermiş yanğın söndürülüb. APA-nın hadisə yerində olan müxbirinin verdiyi xəbərə görə, hadisə barədə danışan fövqəladə hallar nazirinin müavini, general-leytenant Etibar Mirzəyev deyib ki, ilkin məlumata görə, yanğın ümumilikdə 6 min kvadratmetr ərazini əhatə edib və 4 saat davam edib.
Nazir müavini yanğının söndürülməsinə 30-dan çox yanğınsöndürmə briqadası cəlb olunub.
Yanğın ticarət mərkəzinin damından başlayıb və 2-3-cü mərtəbələri əhatə edib.