Ukrayna digər dövlətlərin nümayəndələrinə 9 mayda Moskvada olmağı tövsiyə etmir.
Bizim.Media xəbər verir ki, bu fikirləri Ukrayna lideri Volodimir Zelenski səsləndirib.
O bunu mayın 9-da keçirilməsi planlaşdırılan paradla əlaqələndirib.
"Rusiyaya yaxın olan bəzi dövlətlərdən nümayəndələrinin 9 mayda Moskvaya gəlmək niyyətində olduqları barədə müraciətlər var. Bu günlərdə... qəribə istəkdir. Biz bunu tövsiyə etmirik", — deyə Ukrayna prezidenti bildirib.
Qeyd edək ki, Rusiya 9 May - Qələbə Günü ilə əlaqədar olaraq 8 və 9 may 2026-cı il tarixlərində birtərəfli atəşkəs elan edib.
Bizim.Media