Azərbaycan Respublikası Tərtər rayonunun işğal altındakı Ağdərə şəhərindəki stadion işğalçı ermənilər tərəfindən yenidən qurulur.xa0
Moderator.az xəbər verir ki, bu haqda Xankəndindəki separatçı nəşrlər məlumat yayıb. Stadionda yenidənqurma işləri 2018-ci ilin yanvarından başlanıb və bu ilin iyununa, yənixa0 “Qondarma dövlət” komandalarının (“CONİFA”)xa0 “Avropa çempionatı” başlananadək hazır olması nəzərdə tutulub.xa0 Layihə Ermənistan hökuməti və ümumerməni “Hayastan” fondunun maliyyə dəstəyi hesabına icra edilir.

Xatırladaq ki, separatçı-terrorçu rejim 12 separatçı qurumun komandasının qatılacağıxa0 “CONİFA” futbol çempinatını 1-10 iyunda keçirməyi nəzərdə tutub. Oyunların bir qisminin də Ağdərə stadionunda keçiriləcəyi bildirilir.
P.S. Biz Bakıda dələduzluq, saxtakarlıq, riyakarlıq, yaltaqlıq “çempionat”larından qurtula bilməsək, nə Qarabağdakı saxta futbol çempionatının qarşısını ala biləcək, nə də həmin torpaqlarımızı azad edə biləcəyik...
Sultan Laçınxa0xa0