Türkmənistan prezidenti Qurbanqulu Berdımuhammədov TV proqramları və filmlərdə seks, zorakılıq və pis vərdişlərin göstərilməsini qadağan edən qanun imzalayıb.xa0
Moderator.az “Ozodlik”x9d radiosuna istinadən xəbər verir ki, rəsmixa0 məlumata görəxa0 “ Televiziya və radio haqqında”x9d Türkmənistanın qanununu Berdımuhammədov keçən həftənin sonunda imzalayıb.
Qanun həm də ölkənin “ müsbət obrazını”x9d yaratmağı vacib hesab edir. Yeni qanunun 4-cü maddəsinin bəndlərinin birində, “ yetkinlik yaşına çatmayanların fiziki, əqli, əxlaqi inkişafına neqativ təsir göstərən, xüsusilə pornoqrafik, zorakı xarakterli və pis vərdişləri təbliğ edən kütləvi informasiyaların yaylmasından onları müdafiə etmək”x9d göstərilir.xa0
Eyni zamanda 44-cü maddədə göstərilir ki, bu cür materiallara qadağa milli maraqların müdafiəsi məqsədi ilə həyata keçirilir.
Türkmənistanda yerli KİV-in bütün növləri, xüsusilə televiziya dövlətin mülkiyəti və sərt nəzarəti altındadır. Hətta kabel televiziyalarınınxa0 kanalları ciddi senzura nəzarəti altındadır və kinofilmlərin istənilən səhnələrini senzuraçılar yaramaz hesab edirlərsə, kəsirlər. Dövlət senzurasından yan keçən yeganə sputnik televiziyaları idi ki, o da türkmənistanlılar üçün əlçatmazdır. Hakimiyyət çoxdan bütün ölkəboyu çanaq antennalar ilə mübarizə aparır və “Azatlık”x9d radiosunun müxbirləri deyir ki, bu gün, yalnız hələ türkmən senzurasının əli çatmadığı ucqar kəndlərdə nadir hallarda çanaq antennalara rast gəlmək olar.xa0
Yeri gəlmişkən, yeni qanun kabel və sputnik televiziyalarına da müəyyənlik gətirib.
Bundan başqa, qanunda aydın şəkildə göstərilir ki, “zərərli vərdişlər”x9d deyəndə nə nəzərdə tutulur və onu kim müəyyən edəcək. Televiziya haqqında qanun eyni zamanda Türkmənistanın müsbət imicini və nüfuzunu artırmaq üçün tele-radio proqramlar yaradılmasını vacib sayır.