"Zəngilanın nə İcra Hakimiyyəti, nə də Hərbi Komissarlığı bizə diqqət ayırdı" - Şəhid anası...

Aprel döyüşlərində qəhrəmancasına həlak olan şəhidlərimizdən biri də əsgər Baxşəliyev Rəşid Əliağa oğludur. Biz Moderator.az olaraq torpaqlarımızın azadlığı uğrunda şirin canından keçən bütün şəhidlərimizin ruhunun qismən də olsa rahatlıq tapması üçün hər dəfə bir şəhid qapısını döyürük. Bu dəfə şəhid əsgərin ailəsi ilə görüşmək üçün Masazırda yerləşən Abşeron Gənclər şəhərciyindəki evlərinə yollandıq. Bizi şəhid əsgərimizin anası Çimnaz xanım, atası Əliağa və bacısı Gülzar qarşıladılar.


İki otaqlı mənzilin birində Rəşiddən qalan xatirələr saxlanılıb: onun ifa etdiyi “sintezator”x9d, çəkdirdiyi şəkillər və geyindiyi paltarlar. Söhbətimizə ilk olaraq Şəhidimizin atası Əliyağa müəllimlə başlayırıq.

Şəhid atası:

“Sintezator ifa edirdi...”x9d

“Rəşid mənim ilk övladımdı. İki övlad atasıyam, Rəşidin bir bacısı var. Biz əslən Zəngilan rayon Şamlı kəndindənik. Zəngilan işğal olunandan sonra biz də öz el-obamızdan didərgin düşdük. Rəşid Sumqayıt şəhərində doğulub. Biz sonra Buzovnaya köçdük. Rəşid Əliağa Vahid adına 2 saylı orta məktəbi bitirdi. Sonra isə Asəf Zeynallı adına musiqi kollecini bitirdi. Sintezator ifa edirdi. Uşaqlıqdan musiqiyə çox həvəsi var idi. 2014-cü il oktyabr ayının 22-də Rəşidin doğum günün qeyd etdik və 24-də hərbi xidmətə yola düşdü.

“Ona haqqımı halal edirəm...”x9d


Rəşid ilk olaraq gənc əsgər kimi Lənkəran rayonunda xidmətə başladı. Sonra bir aylıq kurs keçərək topçu kimi Ağcabədi rayonuna yollandı. Rəşidin yanına gedib-gəlirdik, telefonla danışırdıq, hər şeyin yaxşı olduğunu deyirdi. Hərbi xidmətini başa vurmağa dörd ay qalmış məzuniyyətə də gəldi. Dedi ki, ata, hərbi xidmətimi başa vurduqdan sonra qalıb müddətdən artıq çavuş kimi işləyəcəm. Mən də etiraz etmədim. Rəşid aprel döyüşlərində iştirak etdi. Biz həmin ərəfədə onunla əlaqə saxlaya bilmədik. Aprelin 10-da axşam saatlarında bizimlə danışdı. Dedi ki, ata, bu gün gələ bilmədim, ancaq aprelin 15-də evdə olacam. Rəşid hərbi xidmətini başa vurmuşdu. Əslində aprelin 1-də evə buraxılmalıydı. Aprelin 11-də dostlarımla oturub Rəşidin gəlməyindən danışırdıq. Çünki evdə bütün hazırlığımızı görmüşdük. Mənə Zəngilan Hərbi Komissarlığından zəng gəldi və dedilər ki, Rəşid yaralanıb, indi Bakıya gətiririk. Mən onda bildim ki, bu yaralı söhbəti deyil, Rəşidə nəsə olub. Mənə məlum oldu ki, Rəşid şəhid olub. Sonra anasına zəng vurdum, anası da evə gəldi. Rəşidi aprelin 12-də böyük izdihamla Sumqayıtdakı Şəhidlər Xiyabanında dəfn etdik. Rəşid həmişə mənim üzümü ağ edib, o, pis övlad olmayıb. Ona haqqımı halal edirəm”x9d.

Söhbətimizə Şəhidimizin anası Çimnaz xanımla davam edirik. Çimnaz xanım həmin vaxt Şəhid əsgərimiz Rəşad Niftalıyevin dəfn mərasimində olduğunu deyir.

Şəhid anası:

“Dedi ki, ana, Rəşidi yola salmışıq, axşama evə çatarlar...”x9d

“Həmin gün mən Şəhid əsgərimiz Rəşad Niftalıyevin dəfn mərasimindəydim. Yas mərasimində özümdən asılı olmayaraq halım pisləşdi. Gördüm ki, boğuluram. Bayıra çıxıb bir az hava almaq istədim və telefonuma baxanda gördüm ki, həyat yoldaşım bir neçə dəfə zəng vurub, amma mən görməmişəm. Rəşidin komandirindən də mənə zəng gəlmişdi. Həyat yoldaşıma zəng vurdum və mənə dedi ki, tez evə gəl! Sonra Rəşidin komandirinə zəng vurdum və Rəşidi soruşdum. Dedi ki, ana, Rəşidi yola salmışıq, axşama evə çatarlar.

“Rəşidi nişanlamağa hazırlaşırdıq...”x9d


Mən də komandirinə təşəkkür etdim. Elə bildim ki, Rəşid xidmətini başa vurub və artıq evə buraxılıb. Sonradan mənə “axşama evə çatarlar”x9d sözü qəribə gəldi. Dedim ki, Rəşid onda özü gəlmir? Kimsə onu gətirir? Komandiri telefonu söndürdü. Sonradan mənə məlum oldu ki, Rəşid şəhid olub. Rəşidi bildiyiniz kimi dəfn etdik. Çox sağ olsunlar Abşeron İcra Hakimiyyəti, Sumqayıt İcra Hakimiyyəti, Binəqədi İcra Hakimiyyəti bizə yetərincə köməklik göstərdilər. Zəngilanın nə İcra Hakimiyyəti, nə də Hərbi Komissarlığı bizə diqqət ayırdı. Heç Zəngilanın millət vəkili belə gözümüzə görünmür. Rəşidi nişanlamağa hazırlaşırdıq. Dedim ki, gəlsin sonra nişanlayaq: sevdiyi qız var idi, amma qismət olmadı. Gözümün qağı-qarası bir oğlum var idi”x9d. (Ağlayır)


Şəhid ailəsinin indi bircə təsəllisi Rəşidin Şəhidlik zirvəsinə ucalmasıdır. Rəşidin bacısı Gülzar da biz söhbət etdikcə göz yaşlarına hakim ola bilmir. Çünki, onu nazlayan, qayğısına qalan tək qardaşı, Rəşidi Şəhid olub.

Şəhid əsgərin bacısı:

“Rəşid çox sakit bir uşaq idi. İçində bir az da qısqanclıq var idi, tək başına harasa gedib-gəlməyimə belə razı olmurdu. Bacı-qardaş kimi çox mehriban idik. Aramızda Rəşidlə üç yaş fərq var idi. Ondan sonra evimiz boş qalıb”x9d.


(Ağlayır)

Şəhid ailəsi onlarla görüşüb Rəşid haqda söhbət etdiyimiz üçün çox sevinirlər. Biz də təşəkkür edib bildirirlər ki, nə yaxşı bizlər Şəhidlərimizin ailəsi ilə görüşür, onların qismən də olsa dərdlərinə şərik oluruq. Sonda biz də Şəhidimizin ailəsinə başsağlığı verib Şəhidimizə Allahdan rəhmət, ailəsinə isə səbr diləyirik.

Vasif Əlihüseyn
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

İkinci əl "iPhone"nunən sərfəli6 modeli

İkinci əl "iPhone"nunən sərfəli6 modeli

Dünya çempionatı: Tunar Həsənov 1/4 finala yüksəlib

Dünya çempionatı: Tunar Həsənov 1/4 finala yüksəlib

Manatla geniş pul kütləsi ARTIB

Manatla geniş pul kütləsi ARTIB

Azərbaycan dilini necə qorumalıyıq? - Ulu Öndərin müəyyən etdiyi YOL

Azərbaycan dilini necə qorumalıyıq? - Ulu Öndərin müəyyən etdiyi YOL

Qaxda dəhşətli QƏZA: Ölən və xəsarət alanlar var – ADLAR

Qaxda dəhşətli QƏZA: Ölən və xəsarət alanlar var – ADLAR

Qırğızıstan mediası Prezident İlham Əliyevin səfərini işıqlandırmaqda davam edir - FOTO

Qırğızıstan mediası Prezident İlham Əliyevin səfərini işıqlandırmaqda davam edir - FOTO

ABŞ Ordusu İranın blokadasına dair açıqlama yaydı

ABŞ Ordusu İranın blokadasına dair açıqlama yaydı

İtkin düşən 7 nəfər TAPILDI

İtkin düşən 7 nəfər TAPILDI

Qərarları tez dəyişən 5 BÜRC

Qərarları tez dəyişən 5 BÜRC

Sabah çimərliklərdə hava necə olacaq?

Sabah çimərliklərdə hava necə olacaq?

Ukrayna Ufadakı iri neft emalı zavodunuVURDU

Ukrayna Ufadakı iri neft emalı zavodunuVURDU

Bu şəxslərin pensiyası belə artırılacaq – Deputat detalları açdı

Bu şəxslərin pensiyası belə artırılacaq – Deputat detalları açdı

Bakıda taksi sürücüsünə qarşı quldurluq: Sərnişin bıçaqla hədələdi

Bakıda taksi sürücüsünə qarşı quldurluq: Sərnişin bıçaqla hədələdi

Prezident Nəriman Həsənzadənin vəfatı ilə bağlı nekroloq imzaladı

Prezident Nəriman Həsənzadənin vəfatı ilə bağlı nekroloq imzaladı

Davamlı yorğunluq hansı xəstəliklərin əlamətidir?

Davamlı yorğunluq hansı xəstəliklərin əlamətidir?

Ukrayna bu ölkəyə müraciət etdi: Rusiya bayraqlarını açmağa icazə verməyin!

Ukrayna bu ölkəyə müraciət etdi: Rusiya bayraqlarını açmağa icazə verməyin!

Osman Nurməhəmmədov 22-ci dəfə ÇEMPİON oldu

Osman Nurməhəmmədov 22-ci dəfə ÇEMPİON oldu

Mehriban Əliyevadan Nəriman Həsənzadənin vəfatı ilə bağlı paylaşım – FOTO

Mehriban Əliyevadan Nəriman Həsənzadənin vəfatı ilə bağlı paylaşım – FOTO

Hikmət Hacıyev: “Dilimizi qorumaq, zənginləşdirmək hər birimizin məsuliyyətidir" – VİDEO

Hikmət Hacıyev: “Dilimizi qorumaq, zənginləşdirmək hər birimizin məsuliyyətidir" – VİDEO

Davamlı yorğunluq hansı xəstəliklərin əlamətidir?

Davamlı yorğunluq hansı xəstəliklərin əlamətidir?

Azərbaycan manatının dövretmə sürəti iyunda ARTIB

Azərbaycan manatının dövretmə sürəti iyunda ARTIB

Sumqayıtda fərdi yaşayış evində yanğın –VİDEO

Sumqayıtda fərdi yaşayış evində yanğın –VİDEO

ABŞ-da qırıcı təyyarə qəzaya uğradı - FOTO

ABŞ-da qırıcı təyyarə qəzaya uğradı - FOTO

Bilgəhdə 25 yaşlı gənc dənizdə BATDI

Bilgəhdə 25 yaşlı gənc dənizdə BATDI

End of content

No more pages to load

RADİO