Filippinin Mindanao adasında Rixter cədvəli üzrə 7,8 bal gücündə zəlzələ baş verib.
Bizim.Media xəbər verir ki, ilkin məlumata görə, təbii fəlakət nəticəsində azı 3 nəfər həlak olub, 4 nəfər isə müxtəlif dərəcəli bədən xəsarətləri alıb.
Hazırda xilasedicilər və digər fövqəladə xidmət qurumları hadisə bölgəsində axtarış-xilasetmə işlərini davam etdirirlər. Dağıntılar altında insanların qala biləcəyi ehtimalı var.
Qeyd edək ki, Mindanao Filippin arxipelaqının ən cənubda yerləşən və əhalisinin sayı 26 milyondan çox olan ikinci ən böyük adasıdır.
Bizim.Media