Şəki rayonunda dağlıq ərazidə iki nəfər yolunu azaraq köməksiz vəziyyətdə qalıb.
Bizim.Media xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi (FHN) məlumat yayıb.
Bildirilib ki, bununla bağlı FHN-nin “112” qaynar telefon xəttinə məlumat daxil olub.
Məlumatla əlaqədar dərhal FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin Şəki rayon Yanğından Mühafizə Hissəsinin yanğınsöndürən-xilasediciləri axtarış-xilasetmə əməliyyatına cəlb olunub.
Gecə saatlarında keçirilmiş əməliyyat nəticəsində yanğınsöndürən-xilasedicilər tərəfindən dağlıq ərazidə azmış vətəndaşlar tapılaraq xilas olunublar.
Bizim.Media