Artıq bir neçə gündür ki, rəsmi Bakının Qarabağdakı ermənilərə Azərbaycan vətəndaşları olaraq sahib çıxmasının zəruriliyi ilə bağlı fikirlər səslənməkdədir. Maraqlıdır, hakimiyyət azərbaycanlıların özünə yetərincə sahib çıxırmı? Əgər çıxmırsa, o zaman Azərbaycan vətəndaşı olan ermənilərə sahiblənməsi necə, hansı məntiqlə reallaşa bilər?
Məsələ
ilə bağlı Moderator.az-a açıqlama verən tanınmış ictimai-siyasi xadim Səxavət
Əlisoy olaya fərqli aspektlərdən yanaşmağın mümkünlüyünü vurğuladı:
“Müxalif
prizmadan yanaşanda hakimiyyətin bu addımını birmənalı qəbul etmək olmaz. Ancaq
dövlətçilik prizmasından qiymət verdikdə bu addım müsbət
addımdır. Nədən ki, onlar da Azərbaycan vətəndaşlarıdır. Sülh sazişi bu gün
olmasa da? sabah bağlanacaq. Biz ermənilərlə birgə yaşamağa məhkumuq, nə onlar,
nə də biz Azərbaycanı tərk etməyəcəyik. Birgə yaşayış üçün isə Azərbaycan vətəndaşları
sayılacaq ermənilərin hakimiyyətə inamı olmalıdır. Nəzərə alsaq ki, Ermənistanın
iqtisadi durumu acınacaqlıdır, Dağlıq Qarabağda yaşayan ermənilər təbii ki, Azərbaycan
dövlətinin himayəsinə sığınmaq barədə düşünəcək. Ermənilər Dağlıq Qarabağda
ikinci erməni dövləti qurmağın xəyal olduğunu gözəl dərk edir. Eyni zamanda Azərbaycanın
da gücünə bələddirlər. Sabah onları himayə edən Rusiyada iqtisadi tənəzzül daha
da kəskinləşsə nə baş verəcəyini təxmin edirsinizmi? Güman edirsinizsə ki, ermənilər
vətənpərvərlik eşqi ilə it günündə belə yaşamağa razı olacaq, yanılırsınız. O
millət hər zaman kiminsə himayəsinə sığınıb. Bu gün bizim öz vətəndaşlarımızı
himayəymizə götürməyimizdə nəsə pis bir şey axtarmağa dəyməz. Dağlıq Qarabağ
probleminin həlli istiqamətində iqtidarın atdığı bu addım təqdirəlayiqdir”x9d.
Seymur
Əliyev