Bakının şimal tərəfdən girişində, “20 Yanvar”x9d dairəsi istiqamətindəki yollarda təmir işləri başlayıb. Bu səbəbdən hazırda “Şamaxinka”x9d istiqamətində şəhərə giriş xa0bağlanıb. xa0
xa0
“Azəryolservis”x9d Açıq Səhmdar Cəmiyyətinin mətbuat xidmətinin rəhbəri Pünhan Mürsəliyev bildirib ki, bu yollarda təmiri təmsil etdiyi qurum aparmır. Onun sözlərinə görə, “Azəryolservis”x9d hər hansı yolu bağlayanda əvvəlcədən xəbərdarlıq nişanları təşkil edir. Pünhan Mürsəliyev paytaxta şimal istiqamətindən girişdə təmir işlərini Bakı Şəhər İcra Hakimiyyətinin həyata keçirdiyini deyib. xa0
xa0
Bakı Şəhər İcra Hakimiyyətinin mətbuat xidmətinin rəhbəri Nailə Məmmədova isə bu gün iş günü olmadığı üçün hadisədən xəbərsiz olduğunu və bu baradə məlumat verə bilməyəcəyini deyib. xa0(modern.az)