Tramp Ağ Evin yenidən qurulmasına 900 milyon dollar xərcləyəcək

ABŞ Prezidenti Donald Trampın administrasiyası Ağ Evin ərazisində tikinti və yenidənqurma layihələrinə ən azı 900 milyon dollar xərcləməyi planlaşdırır.

Bizim.Media xəbər verir ki, The Washington Post qəzetinin araşdırdığı sənədlərə əsasən, bu vəsaitin əhəmiyyətli hissəsinin vergi ödəyicilərinin hesabına ödəniləcəyi ehtimal olunur.
 

Qəzetin məlumatına görə, administrasiya Konqresdən birbaşa vəsait istəmək əvəzinə maliyyəni digər federal qurumlar və özəl donorlar vasitəsilə toplayaraq Ağ Evin cari təmiri üçün nəzərdə tutulan xüsusi hesaba yönəldib.


Məxfi müqavilələr və planlaşdırma sənədlərinə əsasən, vəsait Ağ Evin “modernləşdirilməsi” üçün istifadə olunacaq.

Layihənin əsas hissəsini binanın şərq qanadında yeni bal zalının tikintisi təşkil edir.

Sənədlərə görə, bütün nəzərdə tutulan işlərin ümumi dəyəri ən azı 927 milyon dollar ola bilər. Bundan başqa, Lafayette meydanının yenidən qurulması, helikopter meydançasının, yeni ziyarətçi yoxlama mərkəzinin və digər obyektlərin inşası planlaşdırılır.
 

Daha əvvəl bildirilmişdi ki, yalnız bal zalının tikintisinin dəyəri təxminən 600 milyon dollar təşkil edir və bu məbləğin təxminən yarısının vergi ödəyiciləri tərəfindən qarşılanması nəzərdə tutulur. Tramp isə dəfələrlə bal zalının tikintisinin özəl ianələr hesabına maliyyələşdiriləcəyini bildirib.


Bununla yanaşı, federal apellyasiya məhkəməsi yaxınlarda qərar çıxararaq bal zalının tikintisinin davam etdirilməsi üçün administrasiyanın Konqresin razılığını almalı olduğunu bildirib. Tramp qərardan apellyasiya şikayəti verəcəyini açıqlayıb.

“Məhz Konqres Ağ Evdə tikinti və söküntü işlərini tənzimləmək üçün müstəsna səlahiyyətlərə malikdir”, – məhkəmənin qərarında qeyd olunub.

The Washington Postun məlumatına görə, Trampın Ağ Evə qayıtmasından sonra administrasiya “Ağ Evin təmiri və bərpası” hesabına 875 milyon dollar yönəldib. Müqayisə üçün, əvvəlki illərdə Konqres bu hesaba hər il təxminən 2,5 milyon dollar ayırıb.

Bu məbləğin təxminən 500 milyon dolları ABŞ Məxfi Xidmətinin və Ağ Evin Hərbi İdarəsinin hesablarından köçürülüb. Daha 305 milyon dollar özəl ianələr hesabına daxil olub. Araşdırılan sənədlərdə təxminən 70 milyon dolların mənbəyi göstərilməyib.
 

Məxfi Xidmətin vəsaitlərinin böyük hissəsi – təxminən 415 milyon dollar – iyun ayında bu hesaba köçürülüb. Bu, Trampın Konqresdəki müttəfiqlərinin şərq qanadının və yeni ziyarətçi yoxlama mərkəzinin tikintisi üçün 400 milyon dollar ayrılmasını nəzərdə tutan qanun layihəsini qəbul etdirə bilməməsindən sonra baş verib.


Konqres bu vəsaitlərin bir hissəsini əvvəlcə Məxfi Xidmət üçün əməkdaşların işə götürülməsi və hazırlanmasına ayırmışdı. Bu isə hər iki partiyadan olan qanunvericilərin narahatlığına səbəb olub və Ağ Evdə tikinti işlərinə vəsaitlərin xərclənməsinin qanuniliyini sual altına salıb.

Tramp administrasiyası xərclərin vəsaitlərin ilkin təyinatına uyğun olduğunu bildirir. Ağ Ev həmçinin tikinti layihələrində, o cümlədən dronlardan müdafiə tədbirləri kimi zəruri təhlükəsizlik tədbirlərinin nəzərdə tutulduğunu açıqlayıb.

Miqyasına görə Trampın hazırkı planları son 80 ildən çox müddətdə Ağ Evin ən böyük yenidənqurma layihəsinə çevrilə bilər.

Tarixçilər layihənin miqyasını prezident Franklin Ruzveltin dövründə həyata keçirilmiş genişmiqyaslı tikinti işləri ilə müqayisə edirlər.

Ekspertlər isə hazırkı layihələrin maliyyələşdirilməsi üsulunu qeyri-adi hesab edirlər. ABŞ Konstitusiyasına əsasən, federal vəsaitlərin bölüşdürülməsi səlahiyyəti Konqresə məxsusdur və administrasiya ayrılmış vəsaiti yalnız ilkin təyinat çərçivəsində digər hesablara köçürə bilər.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Azərbaycandan QƏTİYYƏTLİ MÖVQE – İsveçrədə Qarabağla bağlı təxribatçı forum BAŞ TUTMADI – EKSKLÜZİV

Azərbaycandan QƏTİYYƏTLİ MÖVQE – İsveçrədə Qarabağla bağlı təxribatçı forum BAŞ TUTMADI – EKSKLÜZİV

Yeni PUA-mız ilk dəfə nümayiş etdirildi - FOTO

Yeni PUA-mız ilk dəfə nümayiş etdirildi - FOTO

Daha bir "Flydubai" təyyarəsi qəfildən istimaqətini dəyişdi: Nə baş verir?

Daha bir "Flydubai" təyyarəsi qəfildən istimaqətini dəyişdi: Nə baş verir?

“Köhnə peşə”nin yeni nümayəndələri – Sürücüləri tələyə salan piyadaları hansı cəza gözləyir?

“Köhnə peşə”nin yeni nümayəndələri – Sürücüləri tələyə salan piyadaları hansı cəza gözləyir?

Bu qəsəbədə saxta alkoqollu içkilər istehsal edilirmiş – FOTO

Bu qəsəbədə saxta alkoqollu içkilər istehsal edilirmiş – FOTO

Azərbaycanın yeni lazer raketi - FOTO

Azərbaycanın yeni lazer raketi - FOTO

Tac Mahalın arxasında gizlənən səfalət — Hindistandan REPORTAJ (FOTOLAR)

Tac Mahalın arxasında gizlənən səfalət — Hindistandan REPORTAJ (FOTOLAR)

Pilotların dava etdiyi həmin təyyarədən ilk FOTOLAR

Pilotların dava etdiyi həmin təyyarədən ilk FOTOLAR

“SİQR” pilotsuz quru robotu nümayiş etdirildi - FOTO

“SİQR” pilotsuz quru robotu nümayiş etdirildi - FOTO

Azərbaycan və İran arasında hərbi sahədə əlaqələr müzakirə edildi

Azərbaycan və İran arasında hərbi sahədə əlaqələr müzakirə edildi

Həkimi döyüb, xadimənin sümüyünü sındırıb

Həkimi döyüb, xadimənin sümüyünü sındırıb

Azərbaycanın “VAŞAQ” zirehli əməliyyat maşını – FOTO

Azərbaycanın “VAŞAQ” zirehli əməliyyat maşını – FOTO

12 milyonluq "Bulvar İdarəsi" İŞİ: "Pulları Fuad müəllimə verirdim"

12 milyonluq "Bulvar İdarəsi" İŞİ: "Pulları Fuad müəllimə verirdim"

Tbilisidə Heydər Əliyevin büstünü zədələyən Ermənistan vətəndaşı saxlanıldı – FOTO

Tbilisidə Heydər Əliyevin büstünü zədələyən Ermənistan vətəndaşı saxlanıldı – FOTO

Müdafiə sahəsinə 500 milyon dollar: Azərbaycan və Türkiyə yeni sazişlər imzaladı

Müdafiə sahəsinə 500 milyon dollar: Azərbaycan və Türkiyə yeni sazişlər imzaladı

Daha bir Azərbaycan vətandaşı Rusiya-Ukrayna müharibəsində HƏLAK OLDU

Daha bir Azərbaycan vətandaşı Rusiya-Ukrayna müharibəsində HƏLAK OLDU

“Nar” “AiNar” rəqəmsal köməkçisini istifadəyə verdi

“Nar” “AiNar” rəqəmsal köməkçisini istifadəyə verdi

Azərbaycanda alternativ hərbi xidmətə KEÇİD GÜNDƏMDƏ

Azərbaycanda alternativ hərbi xidmətə KEÇİD GÜNDƏMDƏ

Azərbaycanın sabiq deputatı "Ahıllar evi"nə yerləşdirilib - VİDEO

Azərbaycanın sabiq deputatı "Ahıllar evi"nə yerləşdirilib - VİDEO

DİQQƏT! Ağdaş, Şəki və Qəbələnin bəzi ərazilərində qaz kəsiləcək

DİQQƏT! Ağdaş, Şəki və Qəbələnin bəzi ərazilərində qaz kəsiləcək

Hüquq-mühafizə orqanları əməkdaşlarının maddi təminatı ilə bağlı normalar TƏKMİLLƏŞDİRİLİR

Hüquq-mühafizə orqanları əməkdaşlarının maddi təminatı ilə bağlı normalar TƏKMİLLƏŞDİRİLİR

Hərbçilərin maaşı ARTIRILIR

Hərbçilərin maaşı ARTIRILIR

Moldova Azərbaycandan qaz alacaq? - Baş nazir Bakıya gəlir

Moldova Azərbaycandan qaz alacaq? - Baş nazir Bakıya gəlir

Hərbçilərin pensiyası ilə bağlı YENİLİK

Hərbçilərin pensiyası ilə bağlı YENİLİK

End of content

No more pages to load

RADİO