«28 May»da yerləşən ticarət köşkləri söküldü - FOTOLAR

Ticarətçi: «Tapşırıq «yuxarıdan» gəlib, Olimpiya Oyunlarına hazırlığa görədir»

Metronun "28 May" stansiyasının qarşısındakı yeraltı piyada keçidində yerləşən ticarət mərkəzində köşklər sökülür.  Bunun səbəbi kimi iyun ayında Bakıda start götürəcək Birinci Avropa Oyunlarına hazırlıq göstərilib. Xatırladaq ki, Oyunlar Avropanın 49 Milli Olimpiya Komitəsini birləşdirən Beynəlxalq Olimpiya Təşkilatı tərəfindən keçirilir. 12-28 iyun tarixləri arasında keçiriləcək Oyunlarda 49 ölkədən 20 idman növü üzrə 6000-dən çox idmançının yarışacağı gözlənilir.
"İdmançılarla yanaşı, beynəlxalq idman yarışına görə Bakıya turistlərin də gələcəyi gözlənilir. Onların yeraltı piyada keçidində rahat hərəkətinin təmin olunması üçün köşklərin sökülməsi məqsədəuyğun hesab edilib", deyə ticarət obyekti uçurulan sahibkar Orxan Əliyev bildirdi. Onun sözlərinə görə, bu barədə onlara əvvəlcədən hər hansı bildiriş daxil olmayıb: "Elə bu günlərdə gəlib, özlərini ticarət mərkəzinin məsul şəxsləri kimi təqdim edən adamlar köşklərin sökülməsi tapşırığının olduğunu dedilər. Biz rəhbərliyə müraciət etdik. Bizə söküntünün yuxarıdan tapşırıq olduğunu bildirərək, qərara qarşı çıxa bilməyəcəklərini etiraf etdilər".
Orxan Əliyev bildirir ki, ticarətlə məşğul olmağa davam etmək üçün onlara alternativ yer təklif olunmayıb: "Bizə "köşkü boşaldın, sökürük" dedilər. Gördüyünüz kimi satmaq üçün nəzərdə tutulan geyim məhsullarını toparlayıb, daşımaqla məşğuluq. Ümid edirik ki, idman yarışı bitəndən sonra yenidən öz yerlərimizə qayıdaq".
Öyrəndik ki, köşklər sökülsə də, mağazalar toxunulmaz qalır. Sökülən ancaq köşklərdir. Hansı ki, onlar sonradan qurulublar.  Şahidi olduq ki, müxtəlif ödənişləri həyata keçirmək üçün nəzərdə tutulan bankomatlar ticarət mərkəzinə gətirilib. Burada təmizlənmə və rənglənmə işləri həyata keçirilir.
 "Bu keçiddə ticarət fəaliyyəti 1987-ci ildən başlanıb. Keçid uzun müddət Əmlak Məsələləri üzrə Dövlət Komitəsinin balansında olub. 1997-ci ildə isə ölkə başçısının tapşırığı ilə keçiddə köçkünlər, əlillər və şəhid ailələrinin xırda ticarətlə məşğul olmaları üçün şərait yaradılıb. 2001-ci ildən keçid təmirə bağlanıb. Nəqliyyat Nazirliyi tərəfindən təmir olunan bu yeraltı keçid 2009-cu ildə "ZQAN" Holdinqə icarəyə verilib. Bu şirkət də köşkləri həmin Qarabağ əlili və şəhid ailələrinə deyil, bizlərə verdi. Mağazalarının əllərindən alınmasına etiraz edən bu şəxslər Nəqliyyat Nazirliyinin və Prezident Administrasiyasının qarşısında dəfələrlə etiraz aksiyaları keçirdilər. Nəticəsi nə oldu? Onların tələblərinə müsbət cavab vermədilər. Azərbaycanın ərazi bütövlüyü və suverenliyi uğrunda sağlamlıqlarını itirən, qanunla xüsusi imtiyaz və güzəştlərə malik olan Qarabağ qazilərinin-əlillərinin xahişi nəticəsiz qalırsa, bizim mübarizə aparmağımıza dəyməz. Biz kimik ki, haqqımızı tələb edək? Biz xırda ticarətçilərik, çörək puluna çıxmışdıq. Yəqin yediyimiz bizə bəs eləyir", deyə ticarətçilərdən biri bildirdi.
Söhbət etdiyimiz ticarətçilərin əksəriyyəti özlərini təqdim edərək bizimlə danışmaqdan ehtiyat edirdilər. Keçiddə video müşahidə kameralarının olmasından narahat olaraq hətta mənimlə ara məsafəsini saxladılar. Ticarətçilərlə söhbətdən onu da öyrəndim ki, bu ticarət mərkəzi "ZQAN" Holdinqin tabeçiliyindən çıxıb.
"Ticarət Mərkəzi təmir olunandan sonra adam axtarırdılar ki, kimsə icarə haqqını verib burda mal satsın. Bax, həmin vaxtlarda icarə haqqı 1000-2000 manat arasında dəyişirdi. Öz içimizdən olanlar, yəni həmkarlarımız ticarətçilər, necə deyərlər torba tikməklə məşğul oldular. Ticarət mərkəzinin rəhbərinin qəbuluna gedənlər "mən filan mağazaya icarə haqqını hazırkı icarəçidən daha çox verə bilərəm" deyə-deyə icarə haqqının qiymətini qaldırdılar. Kimi ticarət mərkəzini tərk etdi. Kimi də çörək qazandığı yeganə yeri tərk etməmək üçün məcbur qalıb icarə haqqını çox verdi. İndi burada icarə haqqı yerindən asılı olaraq 3000-7000 manat arasında dəyişir", deyə ticarətçilərdən biri bildirdi. Onlar həm də alverin zəif olmasından şikayətləndilər. Ticarətçilərin dediyinə görə, burada nisbətən ayaqqabı satışı ilə məşğul olanların alveri yaxşı olur.

«28 May»da yerləşən ticarət köşkləri söküldü
  - FOTOLAR

(bizimyol.info)
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Sabah daha 6 itkin-şəhidin qalıqları ailələrinə TƏHVİL VERİLƏCƏK

Sabah daha 6 itkin-şəhidin qalıqları ailələrinə TƏHVİL VERİLƏCƏK

Məğlubiyyətdən sonra etdiyi bu hərəkətlə gündəm oldu - Video

Məğlubiyyətdən sonra etdiyi bu hərəkətlə gündəm oldu - Video

MEK-in 100 illik fəaliyyətinə həsr olunmuş yeni monoqrafiya nəşr edilib

MEK-in 100 illik fəaliyyətinə həsr olunmuş yeni monoqrafiya nəşr edilib

Aliment verməyən kişi arvadının telefonunu oğurlayıb satdı

Aliment verməyən kişi arvadının telefonunu oğurlayıb satdı

Azərbaycan Ukrayna ilə memorandum imzalayacaq

Azərbaycan Ukrayna ilə memorandum imzalayacaq

Pit Heqsetin hərəkətləri Pentaqonda qalmaqala səbəb oldu - DETALLAR

Pit Heqsetin hərəkətləri Pentaqonda qalmaqala səbəb oldu - DETALLAR

Sertifikasiyada yüksək nəticə göstərən müəllimlərin NƏZƏRİNƏ

Sertifikasiyada yüksək nəticə göstərən müəllimlərin NƏZƏRİNƏ

Yayın ən sevilən istiqamətlərini AZAL ilə kəşf edin: Bu il tətil üçün hara getməli?

Yayın ən sevilən istiqamətlərini AZAL ilə kəşf edin: Bu il tətil üçün hara getməli?

Peruda devrilmiş dövlət başçısının qızı prezident SEÇİLDİ

Peruda devrilmiş dövlət başçısının qızı prezident SEÇİLDİ

“Dünyanın ən gözəl qızı” evləndi – FOTO

“Dünyanın ən gözəl qızı” evləndi – FOTO

Pensiya, müavinət və təqaüd alanlarla bağlı YENİ XƏBƏR - FOTO

Pensiya, müavinət və təqaüd alanlarla bağlı YENİ XƏBƏR - FOTO

Milli Məclisin iclası başladı – Hansı məsələlər müzakirə olunur?

Milli Məclisin iclası başladı – Hansı məsələlər müzakirə olunur?

Nazir: “Həftədə 8 saat dərs deyən müəllimə 1500 manat əməkhaqqı verə bilmərik”

Nazir: “Həftədə 8 saat dərs deyən müəllimə 1500 manat əməkhaqqı verə bilmərik”

Bizim.Media YAZDI - Səməd Vurğunun köhnə barelyefi YENİLƏNDİ - FOTO

Bizim.Media YAZDI - Səməd Vurğunun köhnə barelyefi YENİLƏNDİ - FOTO

Bəzi müəllimlər sertifikasiyada iştirak etməyəcəklər – RƏSMİ

Bəzi müəllimlər sertifikasiyada iştirak etməyəcəklər – RƏSMİ

Sabahdan Azərbaycanda bəzi lampaların satışı qadağan edilir

Sabahdan Azərbaycanda bəzi lampaların satışı qadağan edilir

Emin Əmrullayev: “Məqsədimiz müəllimləri işdən çıxarmaq deyil”

Emin Əmrullayev: “Məqsədimiz müəllimləri işdən çıxarmaq deyil”

Tarixi qələbədən sonra bu günü tətil elan etdilər – Video

Tarixi qələbədən sonra bu günü tətil elan etdilər – Video

Qədim dənizçilər ac qalsalar da, okeandan balıq tutub yemirdilər - Səbəb nə idi?

Qədim dənizçilər ac qalsalar da, okeandan balıq tutub yemirdilər - Səbəb nə idi?

Tiktoker Arzumun səhhəti pisləşdi – VİDEO

Tiktoker Arzumun səhhəti pisləşdi – VİDEO

Nazirdən sertifikasiyada uğursuz nəticə göstərən müəllimlərlə bağlı AÇIQLAMA

Nazirdən sertifikasiyada uğursuz nəticə göstərən müəllimlərlə bağlı AÇIQLAMA

Ağsu “perevalı”na “bomba” qoyan keçmiş məhkum həbs olundu

Ağsu “perevalı”na “bomba” qoyan keçmiş məhkum həbs olundu

Bir neçə itkin-şəhidin nəşi yaxın günlərdə ailələrinə təhvil veriləcək

Bir neçə itkin-şəhidin nəşi yaxın günlərdə ailələrinə təhvil veriləcək

Dövlət dəstəyi fermerlərin çəltikçiliyə marağını artırıb – FOTO-VİDEO

Dövlət dəstəyi fermerlərin çəltikçiliyə marağını artırıb – FOTO-VİDEO

End of content

No more pages to load

RADİO