“Mərhələli şəkildə 20 min tam ştat müəllim vəzifəsi yaradılacaq”.
Bizim.Media xəbər verir ki, bunu elm və təhsil naziri Emin Əmrullayev "Sertifikatlaşdırma: səriştəli müəllim-keyfiyyətli təhsil" mövzusunda keçirilən tədbirdə deyib.
Onun sözlərinə görə, tam ştat müəllim statusu alan müəllimlər bir daha sertifikatlaşdırma prosesində iştirak etməyəcəklər.
Qeyd edək ki, tədbir bu gün ADA Universiterində baş tutub. Tədbir çərçivəsində elm və təhsil naziri Emin Əmrullayev tərəfindən müəllimlərin sertifikatlaşdırılması prosesinin 5 illik nəticələri, birinci dövriyyənin yekunu barədə təqdimat edilib.
Xədicə Paşayeva, Vüqar Ağayev, Bizim.Media