Boşaltdığımız nöqtələri dərhal başqaları doldurur...

Moderator.az millət vəkili Fazil Mustafanın Moskvadakı son olaylarla bağlı narahatçılığını və son dərəcə diqqətli olmağımız barədə çağırışını oxuculara təqdim edir:

"Ötən il Moskvada bir azərbaycanlı gəncin rus mənşəli vətəndaşı öldürməsi böyük rezonans doğurmuşdu və bütün azərbaycanlılara qarşı ictimai rəy kəskin şəkildə qınayıcı və ittihamedici istiqamət almışdı. Ötən həftələrdə Moskvada daha bir banda üzə çıxarıldı və azərbaycanlılardan ibarət bu şəxslərin əsas işi Rusiyada yaşayan imkanlı azərbaycanlıların və onların ailə üzvlərinin yüksək məbləğdə pul almaq niyyəti ilə oğurlanması idi. İki gün öncə də bir iş adamının 24 yaşlı oğlu Moskvanın mərkəzində saatda 200 km sürətlə şütüyərək özü də daxil 5 nəfərin ölümünə səbəb oldu. Dəhşətli bir avtoşluq qəzası kimi təqdim olundu. Yenə də Rusiyadakı ictimai rəydə arzulamadığımız azərbaycanlı obrazı gündəmə gəldi. Təbii ki, başqa xalqların təmsilçilərinin də iştirakı ilə bu hallar baş verə bilər və baş verir. Yüksək reputasiyalı azərbaycanlıların sayı da az deyil və Rusiya mühitində xalqımızla bağlı yaxşı təəsürat yarada bilirlər. Ancaq ümumi təqdimat heç də yaxşı deyil və bunun səbəbləri bizdə ciddi şəkildə araşdırılmır. Xatırlayıram, 1984-cü ildə Sovet ordusunda hərbi xidmətdə olarkən Çerniqovda yerləşən bizim bölükdə azərbaycanlı adı gələndə komandirdən tutmuş əsgərlərə qədər nifrətedici münasibət bəsləyirdilər. Məndən öncə Əliyev və Şükürov soyadlı iki azərbaycanlı olmuşdu, ancaq mənfi davranışlarını xatırlayırdılar. Hətta hərbi hissəyə təlim mərkəzindən tək azərbaycanlı olaraq göndəriləndə, batalyon komandıri hansısa yolla başqa bölüyə göndərməyi düşünürdü. İki-üç ayın içində içində Nizamnaməni dəqiqliklə öyrənən, bir idmanı buraxmayan, nöqsansız silahla davranan və karavul xidmətini yerinə yetirən bir azərbaycanlı ilə rastlaşarkən, inana bilmirdilər ki, həqiqətən Azərbaycandan gəlmişəm. Bunu özümü tərifləmək məqsədi ilə demirəm, sadəcə yaşadığım hadisənin bir epizodu olaraq burada xatırlatmaq istədim. Bəlkə də bir çoxlarınız bu kimi hadisələri vaxtilə yaşamısınız. Yəni başqa ölkədə insanın boynunda iki vəzifə olmalıdır. Özünü tanıtım və xalqın haqqında müsbət rəy yaratmaq. Tam əminliklə söyləyə bilərəm ki, əksər azərbaycanlılar Rusiya mühitində bunu lazımi səviyyədə edə bilmədiyinə görə, hələ də ictimai rəy əsasən əleyhimizə işləyir. Məsələ savadlı-savadsız, yoxsul-zəngin olmaqdan getmir, Rusiya mühitində qınağa tuş gəlməyən adi davranışdan gedir. Rus cəmiyyətinin də xeyli xoşagəlməyən və təzadlı cəhətləri var. Ancaq bizi birinci növbədə bu cəhət düşündürməlidir ki, bu məkandan çörəkpulu və ya zənginlik əldə edirik və həm də başqa qeyri-rus millətlərlə rəqabət halındayıq. Bizim boşaltdığımız nöqtələri dərhal başqaları doldurur və ictimai rəyi rahatlıqla əleyhimizə yönləndirə bilirlər. Fikrimcə, dövlət səviyyəsində bu problem üzərində ciddi araşdırmalar aparılmalı və praktik işlər görülməlidir.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Tramp İrana qarşı nüvə silahından istifadə edəcəkmi? – VİDEO

Tramp İrana qarşı nüvə silahından istifadə edəcəkmi? – VİDEO

100 yaşını iş başında qeyd etdi

100 yaşını iş başında qeyd etdi

Qayınanasını öldürən iki uşaq anasının cəzası ağırlaşdırıldı

Qayınanasını öldürən iki uşaq anasının cəzası ağırlaşdırıldı

Xəstəxanaya yerləşdirilən məktəb direktoru vəfat etdi– Foto

Xəstəxanaya yerləşdirilən məktəb direktoru vəfat etdi– Foto

Bağçanıza nanə əkin çağırışı edildi: səbəb

Bağçanıza nanə əkin çağırışı edildi: səbəb

İlham Əliyev Bişkekdə Ərdoğanla görüşdü – FOTO

İlham Əliyev Bişkekdə Ərdoğanla görüşdü – FOTO

Xəzərin suyundan istifadə edənlər bu gündən pul ödəyəcək

Xəzərin suyundan istifadə edənlər bu gündən pul ödəyəcək

Sabunçu rayonunun bəzi ərazilərində qaz olmayacaq

Sabunçu rayonunun bəzi ərazilərində qaz olmayacaq

AVRO-2026: Azərbaycan millisi bu gün 1/8 finalda Türkiyə ilə qarşılaşacaq

AVRO-2026: Azərbaycan millisi bu gün 1/8 finalda Türkiyə ilə qarşılaşacaq

Avro bahalaşdı, rubl ucuzlaşdı – YENİ MƏZƏNNƏ

Avro bahalaşdı, rubl ucuzlaşdı – YENİ MƏZƏNNƏ

Bişkek küçələrindən Azərbaycana sevgi dolu sözlər – VİDEO

Bişkek küçələrindən Azərbaycana sevgi dolu sözlər – VİDEO

Bişkek şəhərində ŞƏT-in neçə sammiti keçirilib?

Bişkek şəhərində ŞƏT-in neçə sammiti keçirilib?

Hikmət Hacıyevlə Alen Simonyan arasında görüş KEÇİRİLDİ - FOTO

Hikmət Hacıyevlə Alen Simonyan arasında görüş KEÇİRİLDİ - FOTO

Rusiya ordusu Kiyevə zərbə endirdi: 3 ölü, 5 yaralı var - VİDEO

Rusiya ordusu Kiyevə zərbə endirdi: 3 ölü, 5 yaralı var - VİDEO

Yumurtanı dondurucuya belə qoyun: Bir il xarab olmur!

Yumurtanı dondurucuya belə qoyun: Bir il xarab olmur!

Dünyada sahili olmayan yeganə dəniz

Dünyada sahili olmayan yeganə dəniz

Deputatlar payız sessiyasında hansı təkliflərlə çıxış edəcəklər? – SORĞU

Deputatlar payız sessiyasında hansı təkliflərlə çıxış edəcəklər? – SORĞU

Okeana 62 ton soda tökdülər

Okeana 62 ton soda tökdülər

Bişkekdə xarici jurnalistlərə milli içkilər təqdim olundu – VİDEO

Bişkekdə xarici jurnalistlərə milli içkilər təqdim olundu – VİDEO

İlham Əliyevlə Paşinyanın görüşündən kadrarxası görüntülər – VİDEO

İlham Əliyevlə Paşinyanın görüşündən kadrarxası görüntülər – VİDEO

“Bitcoin”in qiyməti yenidən 79 min dollara yaxınlaşdı

“Bitcoin”in qiyməti yenidən 79 min dollara yaxınlaşdı

Seçkidə qalib gəlsə, hicab taxanları cərimələyəcəklər

Seçkidə qalib gəlsə, hicab taxanları cərimələyəcəklər

Sadır Japarov: "ŞƏT ölkələrində planet əhalisinin təxminən 40 faizi yaşayır" - VİDEO

Sadır Japarov: "ŞƏT ölkələrində planet əhalisinin təxminən 40 faizi yaşayır" - VİDEO

Azərbaycan media nümayəndələri ŞƏT sammitində – VİDEO

Azərbaycan media nümayəndələri ŞƏT sammitində – VİDEO

End of content

No more pages to load

RADİO