Rusiya Ermənistanın mövqeyini dəyişə biləcək yeganə dövlətdir

Rusiya doğrudan da Azərbaycanla münasibələri daha da inkişaf etdirib müttəfiqlik səviyyəsində qaldırmaq niyyəti güdürsə, o zaman ilk növbədə Ermənistanın iğalçı siyasətinə son qoyan  və bu işğalçı siyasətin aradan qalxmasına xidmət edən konkret addımlara imza atmalıdır.

Bunu Moderator.az-a açıqlamasında  AR prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının Siyasi Araşdırmalar İnstitutunun direktoru, professor Elman Nəsirov son dövlərdəki Rusiya ”“Azərbaycan münasibətləri, xüsusilə də Vladimir Jirinovskinin  Azərbaycan haqqındakı fikirlərinə mövqeyini açıqlayarkən deyib.

“Bir az da açıq desək, ilk olaraq Dağlıq  Qarabağ ətrafındakı yeddi rayonun işğaldan azad olunması və daha sonra isə Dağlıq Qarabağın  statusunun müəyyən edilməsi ilə bağlı  Rusiya tərəfindən beynəlxalq hüquq prinsipləri çərçivəsində davranışlar olmalıdır. Hesab edirəm ki, yalnız ondan sonra iki ölkənin daha sıx inteqrasiya prosesləri mümkündür”.
 
Onun fikrincə, Rusiya  ilə Azərbaycan arasındakı münasibətlərin  istiləşmə tendensiyasi hiss olunmaqdadır və bu da heç şübhəsiz, səbəbsiz deyil:

 “Bunun ilk səbəbi bu gün Rusiyada hakimiyyətdə praqmatik insanların olması ilə bağlıdır. Çünki Vladimir Putin özü kifayət qədər praqmatik bir siyasətçidir və o fərqindədir ki, özünün  müəllifi olduğu Gömrük  və Avrasiya İttifaqı layihələrinin reallaşmasında  Azərbaycan amili mühüm həlqədir. Moskava yaxşı anlayır ki, Azərbaycanın iştirakı olmadan bu  layihələrin  reallaşma və müvəffəqiyyət qazanama əmsalı  elə də  uğurlu olmayacaq. Bu baxımdan Putinin komandası bunun fərqindədir. Moskva onu da yaxşı başa düşür ki, bu quruma Ermənistan deyil, Azərbaycan qoşularsa, o zaman işlək bir formata çevrilə bilər. Odur ki, son münasibətlərə bu məntiqlə yanaşmaq lazımdır.”
Politoloq hesab edir ki, elə Vladimir  Jirinovskinin də Azərbaycanla bağlı xoşniyyətli çıxışına bu prizmadan baxmaq lazımdır: 
“Rusiya hakimiyyəti Azərbaycanla  münasibətləri yaxşılaşdırmaq  və növbəti mərhələyə keçidi təmin etmək üçün hətta Jirinovski amilindən də istifadə edir. Nəzərə alsaq ki, Jirinovskinin Rusiyada müəyyən elektoratı var və bu yolla Rusiyadakı anti-Azərbaycan meylli qüvvələri zərərsizləşdirmək istəyirlər. Çünki  biz Jirinovskinin  Azərbaycanla bağlı verdiyi ənənəvi bəyanatlara  bələdik və birdən ”“birə onun Azərbaycanı dəstəkləyən çıxışı heç də təsadüfü deyil. Nəzərə alsaq ki, böyük siyasətdə  heç nə təsadüfi baş vermir, o zaman biz Moskvanın bu niyyətinin arxasında nə durduğunu  anlamış olarıq və burada da Avrasiya İqtisadfi İttifaqında Azərbaycanın daxil olması niyyətinin dayandığını  görmüş olarıq. Amma Azərbaycan dövlətinin də məsələ ilə bağlı mövqeyi ortadadır. Azərbaycan bugünkü reallıqda adıçəkilən  ittifaqa qoşulmağı hədəf kimi qoymayıb.Əsas səbəblərdən biri də  Ermənistanın bu quruma üzv olmaq istəyidir. Azərbaycan isə Ermənistanın təcavüzkar siyasətinə etiraz olaraq  təcrid siyasətini həyata keçirir. Əgər Azərbaycan Ermənistanla birlikdə belə bir iqtisadi qurumda  fəaliyyət göstərərsə onda  bu siyasətdən imtina edərək, işğalçı  ölkə ilə iqtisadi əlaqələrini  bərpa etmiş olur və işğalçıya dəstək siyasətini həyata keçirir. Anlamaq lazımdır ki, bu mümkün olan bir  şey deyil. Odur ki, Rusiya Azərbaycanla münasibətlərini yeni daha üstün formatda qurmaq istyirsə, o zaman Ermənistanın işğalçı siyasətinin aradan qaldırılması istiqamətində real addımlar atmalıdır və bu addımlar onun  davranışında hiss olunmalıdır. Yalnız ondan sonra yeni geosiyasi  reallıqlar konteksində məsələlərə baxmaq olar. Hətta yaranacaq yeni geosiyasi reallıqlar müstəvisində Ermənistanın da təcridən çıxması məsələsinə baxmaq olar. İndi hər şey Rusiyadan asılıdır. Əgər Moskva  Azərbaycanla srtateji tərəfdaşlıqda maraqlıdırsa  və bu niyyətində səmimidirsə, o zaman öz münasibətində adekvat davranış tərzini nümayiş etdirməlidir.”
E. Nəsizrov onu da əlavə etdi ki, Rusiya bu gün  Qarabağ məsələsində əsas söz sahibi olduğundan münaqişənin tənzimlənməsində də Ermənistanın mövqeyini dəyişə biləcək yeganə ölkədir:

 “Bunun üçün Rusiyanın böyük potensialı var və Qarabağ məsələsinin həllində pozitiv rol oynaya bilər. Belə olan təqdirdə Azərbaycan Rusiyanın müəllifi olduğu  layihələrdə iştirakına baxa bilər”, - o vurğulayıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Nyu-Yorkda antisemitizmə qarşı aksiya: “Mamdani vəzifəsindən getməlidir”

Nyu-Yorkda antisemitizmə qarşı aksiya: “Mamdani vəzifəsindən getməlidir”

Çin alimləri yüz il əvvəl qoyulan riyazi problemləri həll etdilər

Çin alimləri yüz il əvvəl qoyulan riyazi problemləri həll etdilər

Putin: “Rusiyanın heç bir təcavüzü yoxdur”

Putin: “Rusiyanın heç bir təcavüzü yoxdur”

Yaponiyada rusdilli lövhələr çoxalıb: Turistlər axın edir - FOTO

Yaponiyada rusdilli lövhələr çoxalıb: Turistlər axın edir - FOTO

Boşanma xəbərindən sonra yenidən bir araya gəldilər - FOTO

Boşanma xəbərindən sonra yenidən bir araya gəldilər - FOTO

İran şahzadəsi Pəhləvi Trampın Tehran siyasətini tənqid etdi

İran şahzadəsi Pəhləvi Trampın Tehran siyasətini tənqid etdi

Hakan Fidan Qətərin Baş naziri və Pakistan Silahlı Qüvvələrinin komandanı ilə danışdı

Hakan Fidan Qətərin Baş naziri və Pakistan Silahlı Qüvvələrinin komandanı ilə danışdı

Braziliya Argentinadakı səfirini geri çağırdı

Braziliya Argentinadakı səfirini geri çağırdı

Aygün Kazımova “DreamFest”ə tərzi ilə damğa vurdu - VİDEO

Aygün Kazımova “DreamFest”ə tərzi ilə damğa vurdu - VİDEO

Putindən yaxşı formada qalmaq üçün məsləhət: “Kifayət qədər yatmaq lazımdır” - VİDEO

Putindən yaxşı formada qalmaq üçün məsləhət: “Kifayət qədər yatmaq lazımdır” - VİDEO

İsrail ordusu 2 nəfərin ölümünə görə Nablusda hərbi əməliyyatları genişləndirir

İsrail ordusu 2 nəfərin ölümünə görə Nablusda hərbi əməliyyatları genişləndirir

Trampın əfv etdiyi Hondurasın sabiq prezidenti ölkəsinə qayıtdı

Trampın əfv etdiyi Hondurasın sabiq prezidenti ölkəsinə qayıtdı

Netanyahu İranla münaqişənin başa çatması üçün şərtləri açıqladı - VİDEO

Netanyahu İranla münaqişənin başa çatması üçün şərtləri açıqladı - VİDEO

İsrail ordusu Qəzzada HƏMAS-ın dron bölməsinin komandirini öldürdü

İsrail ordusu Qəzzada HƏMAS-ın dron bölməsinin komandirini öldürdü

Rusiya imperatorunun Türkiyədəki ovçu evi bərpa ediləcək?

Rusiya imperatorunun Türkiyədəki ovçu evi bərpa ediləcək?

Sabah Bakının bu ərazilərdə işıq olmayacaq

Sabah Bakının bu ərazilərdə işıq olmayacaq

Rusiyada yanacaqdoldurma məntəqələrində uzun növbələr davam edir - VİDEO

Rusiyada yanacaqdoldurma məntəqələrində uzun növbələr davam edir - VİDEO

İsrail prezidenti Bəhreyn kralı ilə danışdı - 7 oktyabr 2023-dən sonra ilk rəsmi təmas

İsrail prezidenti Bəhreyn kralı ilə danışdı - 7 oktyabr 2023-dən sonra ilk rəsmi təmas

Əraqçi İran gəmisinə hücumla bağlı İsraili İTTİHAM ETDİ - FOTO

Əraqçi İran gəmisinə hücumla bağlı İsraili İTTİHAM ETDİ - FOTO

Binəqədidə torpaq sürüşməsindən sonra evlər qəzalı vəziyyətdə - VİDEO

Binəqədidə torpaq sürüşməsindən sonra evlər qəzalı vəziyyətdə - VİDEO

Tramp Mərakeş kralına onun adını avtomobil yoluna verdiyi üçün təşəkkür etdi - FOTO

Tramp Mərakeş kralına onun adını avtomobil yoluna verdiyi üçün təşəkkür etdi - FOTO

Berlində terrorunda yaralananların sayı 29-a çatdı

Berlində terrorunda yaralananların sayı 29-a çatdı

Uolts: Pentaqonun İran əməliyyatı üçün sursat problemi yoxdur

Uolts: Pentaqonun İran əməliyyatı üçün sursat problemi yoxdur

Dublində radikallar Türkiyə mədəniyyət mərkəzindəki məscidə hücum etdilər - VİDEO

Dublində radikallar Türkiyə mədəniyyət mərkəzindəki məscidə hücum etdilər - VİDEO

End of content

No more pages to load

RADİO