Dünən "Azadlıq" qəzetində bəzi rus saytlarına istinadən guya Azərbaycan ordusunun mühacirətdə olan polkovniki Isa Sadıqovun çeçenlərlə birlikdə könüllülərdən ibarət batalyon yaradaraq Ukraynada ruslarla döyüşə getməyə hazırlaşdığı vurğulanırdı.
Moderator.az iddialara aydınlıq gətirmək üçün İsa Sadıqovun özüylə əlaqə saxlayıb. Polkovnik haqqında yazılanlardan xəbərdar olduğunu və bunu qeyri-ciddi qarşıladığını bildirib. Polkovnik bu xəbərlərin ruslar tərəfindən təxribat məqsədilə yayıldığını və tirajlandığını bildirdi. Polkovnik qeyd elədi ki, bu barədə "Azadlıq" qəzetinə də sözünü deyib və bir daha Moderator.az vasitəsilə ölkədəki bütün ciddi xəbər izləyicilərinə üz tutaraq bu cür təxribat və dezinformasiya xarakterli məlumatları ciddiyə almamağı tövsiyə edir.