30 sutka həbs alan “avtoş”un qohumlarından - Etiraz

Xəbər verdiyimiz kimi, Bakıda gəlin kortejini müşayiət edərkən avtoxuliqanlıq edən «VAZ-2107» markalı 90 XF 766 nömrəli avtomobilin sürücüsü həbs olunub. Bu barədə Avtosfer.az saytına hüquq-mühafizə orqanlarından məlumat verilib. 


Bildirilir ki, həmin sürücü Xəzər rayonu, Şüvəlan qəsəbəsində qeydiyyatda olan, Nərimanov rayonu ərazisində yaşayan Fuad Rəsulovdur. Dünən polisin keçirdiyi tədbirlər nəticəsində sürücünün şəxsiyyəti müəyyən olunub və o, saxlanılıb. Barəsində İnzibati Xətalar Məcəlləsinin «avtoxuliqanlıq» maddəsi ilə inzibati protokol tərtib olunan Fuad Rəsulovla bağlı toplanmış materiallar məhkəməyə göndərilib. Məhkəmənin qərarı ilə avtoş sürücü 30 sutkalıq inzibati həbs cəzası ilə cəzalandırılıb.

Əldə etdiyimiz başqa bir məlumata görə, 90 XF 766 nömrəsi artıq mövcud deyil. Həmin nömrə yol polisinə təhvil verilib. Ehtimal olunur ki, avtoşluq edən avtomobilin sürücüsü saxta nömrədən istifadə edib. Hadisə isə Mərdəkan qəsəbəsində qeydə alınıb.

Bu gün Fuad Rəsulovun yaxınları Avtosfer.az saytına müraciət edərək maraqlı məlumatlar veriblər. Özünü Fuadın yaxın qohumu kimi təqdim edən Pərviz Babayev bildirib ki, bu hadisə 2012-ci ildə baş verib: «Saytınızda yazdğınız avtoxuliqanlıq faktı ilə əlaqədar Fuad Rəsulovun qohumları adından sizə məlum olmıyan bir neçə faktı çatdırmaq istəyirik. Bu hadisə 2012-ci ildə baş verib. Elə həmin ildə də maşın satılıb. Dövlət nömrə nişanı da o maşına məxsusdur. Xahiş edirik, sizə çatdırdığımız məlumatları saytınızda yerləşdirəsiniz».

Pərviz Babayev daha sonra bildirib ki, avtoxuliqan kimi saxlanılan Fuad Rəsulov 3 uşaq atısıdır: «Dünən gəlib apardılar ki, avtoxuliqanlıq etmisən. Sonra məlum oldu ki, bu videonu yaxın qohumlarımızdan biri pis niyyəti olmadan internetdə yerləşdirib. Heç Fuadın bundan xəbəri də olmayıb. Apardılar Xəzər rayon Məhkəməsinə, orada da 30 sutka həbs verdilər. Biz başa düşə bilmirik ki, 2 il bundan əvvəl baş vermiş hadisəyə görə 3 uşaq atası niyə 30 sutka həbsdə olmalıdır? O toyda heç bir hadisə olmayıb, əmim oğlunun toyu idi. Sadəcə, Fuad maşını o cür sürüb. Başqa bir hadisə olmayıb. Bizə maraqlıdır ki, bunlar 2 ildən sonra niyə işin üstünə düşüblər? Axı qanun buna imkan vermir. Biz bu məsələyə görə yol polisini məhkəməyə verməyə hazırlaşırıq».

Yol hərəkəti üzrə ekspert Ərşad Hüseynov da bildirdi ki, həqiqətən inzibati xətanın törədilməsindən 2 ay müddət keçirsə və o, müddət ərzində heç bir tədbir görülməzsə, artıq o işə görə məsuliyyət nəzərdə tutula bilməz.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Niyə bəzilərinin yaddaşı qocalanda da güclü qalır? - ARAŞDIRMA

Niyə bəzilərinin yaddaşı qocalanda da güclü qalır? - ARAŞDIRMA

Günəşdə baş verən partlayışların SƏBƏBİ NƏDİR?

Günəşdə baş verən partlayışların SƏBƏBİ NƏDİR?

Fahriye yeni mövsümdə ekranlara qayıdır - FOTO

Fahriye yeni mövsümdə ekranlara qayıdır - FOTO

İyul ayında maqnit qasırğaları: HANSI GÜNLƏR baş ağrısına səbəb ola bilər?

İyul ayında maqnit qasırğaları: HANSI GÜNLƏR baş ağrısına səbəb ola bilər?

“Zirə” Türkiyə klubuna qalib gəldi

“Zirə” Türkiyə klubuna qalib gəldi

Belə paylaşımların 2000 manat cəriməsi var

Belə paylaşımların 2000 manat cəriməsi var

Rusiya PUA-larla Kiyevə hücum etdi: HHM sistemləri işə düşdü

Rusiya PUA-larla Kiyevə hücum etdi: HHM sistemləri işə düşdü

Venesuelada 7 günlük matəm ELAN EDİLDİ

Venesuelada 7 günlük matəm ELAN EDİLDİ

Azərbaycana qarşı döyüşən 4 nəfər yanaraq öldü

Azərbaycana qarşı döyüşən 4 nəfər yanaraq öldü

Dünya okeanının temperaturu TƏŞVİŞ yaratdı

Dünya okeanının temperaturu TƏŞVİŞ yaratdı

Venesuelada zəlzələ qurbanlarının sayı 2 mini ÖTDÜ

Venesuelada zəlzələ qurbanlarının sayı 2 mini ÖTDÜ

Leyla Əliyeva Yevlaxdan paylaşım etdi - FOTO

Leyla Əliyeva Yevlaxdan paylaşım etdi - FOTO

Pul qapıları bu dəfə bu 3 BÜRC üçün açıldı

Pul qapıları bu dəfə bu 3 BÜRC üçün açıldı

Prezidentlə Lyayenin görüşündən VİDEOÇARX

Prezidentlə Lyayenin görüşündən VİDEOÇARX

Seda Sayan üsyan etdi: "Dərdimi heç kimə danışa bilmirəm" - FOTO

Seda Sayan üsyan etdi: "Dərdimi heç kimə danışa bilmirəm" - FOTO

Bakı–Quba yolunda AĞIR QƏZA: ölən və yaralananlar var

Bakı–Quba yolunda AĞIR QƏZA: ölən və yaralananlar var

Azərbaycanda bu avtomobillərin qiyməti UCUZLAŞIB

Azərbaycanda bu avtomobillərin qiyməti UCUZLAŞIB

Paytaxtın iki rayonunda işıq kəsiləcək

Paytaxtın iki rayonunda işıq kəsiləcək

“Qarabağ” “Ferentsvaroş”a da uduzdu

“Qarabağ” “Ferentsvaroş”a da uduzdu

Bakıda ABŞ-nin Müstəqillik Günü qeyd edildi – FOTO/VİDEO

Bakıda ABŞ-nin Müstəqillik Günü qeyd edildi – FOTO/VİDEO

İlham Əliyevlə Lyayenin səmimi söhbəti - VİDEO

İlham Əliyevlə Lyayenin səmimi söhbəti - VİDEO

Kürdəmirdə mağaza yanaraq külə döndü - FOTO

Kürdəmirdə mağaza yanaraq külə döndü - FOTO

Türkiyədə sutka ərzində 20-dən çox ZƏLZƏLƏ OLDU

Türkiyədə sutka ərzində 20-dən çox ZƏLZƏLƏ OLDU

Pezeşkian: “İran hökuməti Müctəba Xameneiyə tabedir”

Pezeşkian: “İran hökuməti Müctəba Xameneiyə tabedir”

End of content

No more pages to load

RADİO