Şəmkir Təhsil Şöbəsində Goranboy sindromu...

Dərs ili başa çatsa da vətəndaşların təhsil sisteminin müxtəlif sahələrindən giley-güzarı bitmək bilmir. Bu dəfə redaksiyamıza Qərb bölgəsinin bir qrup sakini müraciət edərək üzləşdikləri problemlərin işıqlandırılmasını xahiş ediblər. İddia olunur ki, Şəmkir rayonunun Təhsil Şöbəsində (TŞ) rüşvətxorluq və korrupsiya baş alıb gedir. Moderator.az-a rayonun bir qrup sakini müraciət edərək “F.Ələkbərov” adına Xanallar tam orta məktəbin direktoru Nərixanım İsrafilovanın şagird valideynlərini soyub taladığını iddia edirlər. Kənd sakinlərinin müraciətinə görə Xanallar məktəbində cəmi 385 şagird təhsil alır. Valideynlər bildirirlər ki, hər ay müxtəlif adlar altında hər bir şagirdlərdən 1 AZN pul yığılır. Bu ilki 9-cu və 11-ci sinif buraxılış məzunlarından attestat almaq üçün 200 ABŞ dollarından pul yığılıb. Məktəb direktoru bu azmış kimi tam orta məktəbin texniki işçiləri kimi ştat vahidinə oturan Ələkbərova Aytən və Əfəndiyeva Nəcibə adlı şəxslərin adına yazılan əmək haqlarını da özü alır. Xanallar tam orta məktəbinin psixoloqu, 5 ildir ki, Lənkəran rayonunda yaşayan Şahməmmədova Gülnazın da adına əməkhaqqı yazılaraq direktor Nərixanım tərəfindən mənimsənilir.

Şəmkir sakinləri müraciətlərində bildirirlər ki, Rusiya Federasiyasında biznes arxasınca həyat yoldaşları ilə gedən müəllimələr Əhmədova Tahirə, Aslanova Şahnaz və Sülüeymanova Könül 5 ildir ki, dərs keçməmələrinə baxmayaraq onların adına da əmək haqqı yazılaraq direktor tərəfindən mənimsənilir. Kənd sakinləri Xanallar tam orta məktəbində baş vermiş acınacaqlı vəziyyətlə bağlı Şəmkir Rayon (TŞ) müdiri Məcid Şıxlinskiyə çoxsaylı müraciətlər etdiklərini bildirsələr də bu haqda heç bir tədbir görülmədiyindən gileylənirlər. Şəmkirlilərin bu müraciətindən sonra apardığımız araşdırma nəticəsində məlum edilmişdir ki, Bu cür analoji vəziyyət bütün rayon məktəblərini əhatə edir.

 Şəmkirdə ki, korrupsiya ab-havasından Goranboy Təhsil Şöbəsində yaşanan olayların xoşagəlməz qoxusu gəldiyi ortadadır. Xatırladaq ki, bir müddət öncə Baş Prokurorluq Goranboy orta məktəblərinin XI sinif şagirdindən buraxılış imtahanları və attestat almaları üçün rüşvət yığılması faktları aşkar etmişdi. Baş Prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə İdarəsində 2009-cu ildə Goranboy Rayon təhsil şöbəsi və bir neçə orta məktəblərinin vəzifəli şəxsləri tərəfindən vətəndaşlardan kütləvi şəkildə rüşvət alma faktı ilə əlaqədar Cinayət Məcəlləsinin 308.1 (vəzifə səlahiyyətlərindən sui-istifadə etmə) və 311.1-ci (rüşvət alma, passiv rüşvətxorluq) maddələri ilə cinayət işi açılaraq onlar əməllərinə görə müxtəlif cəzalara məhkum edilmişdirlər. 26 Sentyabr 2009 Bakı Ağır Cinayətlər Məhkəməsi Goranboy rayon Təhsil Şöbəsinin keçmiş müdiri Elmar Əliyevə 11 il , şöbənin əməkdaşlarına və bir neçə orta məktəb direktoruna müxtəlif müddətlər hökm oxunmuşdu. Görünür, Goranboydan sonra növbə Şəmkirindir...


Ərşad İbrahimli


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Hökumə Əliyevanın anasını duyğulandıran jest –VİDEO

Hökumə Əliyevanın anasını duyğulandıran jest –VİDEO

Deputatın oğlu MİT-ə qəbul olundu

Deputatın oğlu MİT-ə qəbul olundu

Almaniyadan TƏCİLİ XƏBƏRDARLIQ – Rusiya bu əraziləri bombalayacaq

Almaniyadan TƏCİLİ XƏBƏRDARLIQ – Rusiya bu əraziləri bombalayacaq

Məktəblər bu tarixdə başlayacaq -Rəsmən elan edildi

Məktəblər bu tarixdə başlayacaq -Rəsmən elan edildi

Rusiyanın strateji obyektləri belə vuruldu – VİDEO

Rusiyanın strateji obyektləri belə vuruldu – VİDEO

Tbilisi küçələri sel sularına qərq oldu – VİDEO

Tbilisi küçələri sel sularına qərq oldu – VİDEO

İlham Zəkiyev Avropa çempionatının FİNALINDA

İlham Zəkiyev Avropa çempionatının FİNALINDA

“Amay”da öldürülən şəxs iş adamı imiş- Fotolar

“Amay”da öldürülən şəxs iş adamı imiş- Fotolar

Bu bürclərin bəxt üzünə "güləcək": Qarşıda uğurlu günlər var

Bu bürclərin bəxt üzünə "güləcək": Qarşıda uğurlu günlər var

"Qarabağ"dan getdi - Hava limanında görüntülənib

"Qarabağ"dan getdi - Hava limanında görüntülənib

Onu əvəz etməyə namizədi yoxdur

Onu əvəz etməyə namizədi yoxdur

“28 May” və “Cəfər Cabbarlı” arasında yeni keçid olacaq

“28 May” və “Cəfər Cabbarlı” arasında yeni keçid olacaq

Şam yeməyində bir bakal şərab həqiqətən zərərsizdir?

Şam yeməyində bir bakal şərab həqiqətən zərərsizdir?

Zidan aşpazı da milliyə dəvət etdi

Zidan aşpazı da milliyə dəvət etdi

Elman Paşayevin oğlu Moskvada qətl və dələduzluqda ittiham olunur

Elman Paşayevin oğlu Moskvada qətl və dələduzluqda ittiham olunur

Tiflisdə güclü yağış torpaq sürüşməsinə səbəb oldu

Tiflisdə güclü yağış torpaq sürüşməsinə səbəb oldu

Merti daha bir serialda görəcəyik

Merti daha bir serialda görəcəyik

Bakıda və rayonlarda güclü külək əsəcək – XƏBƏRDARLIQ

Bakıda və rayonlarda güclü külək əsəcək – XƏBƏRDARLIQ

Şampan ürəyə xeyirli imiş - Elmi ARAŞDIRMA

Şampan ürəyə xeyirli imiş - Elmi ARAŞDIRMA

Masallıda ƏMƏLİYYAT: Saxlanılan var – FOTO

Masallıda ƏMƏLİYYAT: Saxlanılan var – FOTO

Emin Ağalarovdan "Sea Breeze"dəki hadisə ilə bağlı AÇIQLAMA

Emin Ağalarovdan "Sea Breeze"dəki hadisə ilə bağlı AÇIQLAMA

Sosial şəbəkələrdə reklamverənlərə ŞAD XƏBƏR: ƏDV ödəməyəcəklər – FOTO

Sosial şəbəkələrdə reklamverənlərə ŞAD XƏBƏR: ƏDV ödəməyəcəklər – FOTO

Kuril adalarının sahillərində güclü ZƏLZƏLƏ baş verdi

Kuril adalarının sahillərində güclü ZƏLZƏLƏ baş verdi

Bakı metrosunda intervallar azaldılır, yeni hərəkət sxemi...

Bakı metrosunda intervallar azaldılır, yeni hərəkət sxemi...

End of content

No more pages to load

RADİO