Azərbaycanda QİÇS-li xəstələrin qorxunc STATİSTİKASI

Azərbaycanda indiyədək QİÇS-ı yoluxmuş, bu xəstəlikdən ölmüş adamların yeni statistikası açıqalanıb.

Moderator.azxa0xəbər verir ki, Respublika QİÇS-lə Mübarizə Mərkəzinin direktor əvəzi Eldəniz Muradov 1 dekabr QİÇS-lə Mübarizə günü ilə bağlı mətbuat konfransı keçirib.

Eldəniz Muradov bu ilin 11 ayı ərzində Azərbaycanda 547 nəfərdə ilk dəfə insanın immunçatışmazlığı virusuna (İİV) yoluxma halı aşkarlandığını deyib. Onlardan 529-u (96,7%) Azərbaycan vətəndaşı, 18-i (3,3%) isə əcnəbilərdir.

E.Muradovun sözlərinə görə, ümumilikdə Respublika QİÇS-lə Mübarizə Mərkəzində İİV virusu daşıyan 6111 nəfər qeydiyyata alınıb. Onların da 4320-i (70,7%) kişi, 1791-i (29,3%) qadındır.

Mərkəz rəsmisinin sözlərinə görə, bu il QİÇS mərhələsinə keçənlərin və QİÇS mərhələsində aşkarlananların ümumi sayı 149 nəfər olub. Ümumilikdə QİÇS mərhələsində olanlar 1601 nəfər təşkil edir. İİV infeksiyasından dünyasını dəyişən vətəndaşların sayı 950 nəfərdir.

2018-ci ilin 11 ayı ərzində İİV-ə yoluxması təsdiq olunmuş şəxslərin 43,8%-ində İİV-ə yoluxma inyeksion narkotik istifadəsi, 44,2%-ində heteroseksual, 2,6 %-ində homoseksual kontakt, 1,8%-ində anadan uşağa ötürülmə yolu, 0,02 %-ində donor qanının köçürülməsi nəticəsində baş verib. Xəstələrin 7,6 %-ində yoluxma yolu müəyyən edilməyib.

xa0

Bu xəstəlik XX əsrin ortalarında Mərkəzi Afrikada peyda olub və yerli əhaliyə meymunlardan keçib. Sonradan isə Haiti adalarına, oradan da Amerika və Qərbi Avropaya yayılıb.xa0

Son məlumatlara görə, dünyada 70 milyondan çox insan bu xəstəliyə yoluxub. Onlardan 35 milyonu QİÇS-dən ölüb. Ümumdünya Səhiyyə Təşkilatının məlumatına görə, hazırda 36 milyondan çox insan bu xəstəlikdən əziyyət çəkir.

Bu xəstəliklə mübarizədə mühüm elmi uğurlar əldə edilsə də, hələ ki, tam müalicəsinə nail olmaq mümkün olmayıb. Hər il dünyada 2 milyon insan QİÇS-dən vəfat edir, elə o qədər də insan yoluxur.xa0

BMT hər il dekabrın 1-ni QİÇS-lə mübarizə günü elan edib.xa0
Məqsəd həmin gün hər yerdə əhalinin diqqətini bu problemə yönəltməkdən, insanları maarifləndirməkdən ibarətdir. Xüsusilə iqtisadi cəhətdən zəif inkişaf etmiş, təhsilin səviyyəsinin aşağı olduğu ölkələrdə bu xəstəlikdən əzab çəkənlərin say çoxluğunu nəzərə alaraq,xa0onlara müxtəlif proqramlar, layihələr vasitəsilə kömək göstərilməsi indi də prioritet vəzifələrdəndir.

Azərbaycanda bu xəstəlik ilk dəfəxa01987-ci ildəxa0ölkəmizə gəlmiş əcnəbilərdə aşkarlanıb. O zaman ölkəmizdə QİÇS-ə yoluxmuş 2 nəfər var idisə, indi onların sayı 6 mindən çoxdur.xa0

Azərbaycan dövləti QİÇS-in yayılmasının qarşısının alınması haqqında qanun qəbul edib. Cinayət Məcəlləsinə görə, bu xəstəliyi bilərəkdən yayanları 3 ildən 7 ilədək həbs cəzası gözləyir.

İİV-ə (insanın immunçatışmazlığı virusu) yoluxmamaq üçün sağlam həyat tərzi keçirmək, sterilizə edilməmiş iynə, şpris, ülgüc, bıçaq və başqa alətlərin istifadəsindən imtina etmək gərəkdir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Məhbus sayına görə ölkələrin reytinqi: Azərbaycan neçəncidir?

Məhbus sayına görə ölkələrin reytinqi: Azərbaycan neçəncidir?

Sükan arxasında görünməyən təhlükə: Bir neçə saniyəlik yuxu ölümə aparır

Sükan arxasında görünməyən təhlükə: Bir neçə saniyəlik yuxu ölümə aparır

Kamil Zeynallının mərakeşli qadınla rəqsi gündəm oldu – VİDEO

Kamil Zeynallının mərakeşli qadınla rəqsi gündəm oldu – VİDEO

Pul problemlərini tezliklə unudacaq BÜRCLƏR

Pul problemlərini tezliklə unudacaq BÜRCLƏR

Heydər Əliyev Mərkəzi Slovakiya bayrağına büründü

Heydər Əliyev Mərkəzi Slovakiya bayrağına büründü

Avtomobil bazarında yeni dövr: rəqəmsal pasport nəyi dəyişəcək? - VİDEO

Avtomobil bazarında yeni dövr: rəqəmsal pasport nəyi dəyişəcək? - VİDEO

Lökbatanda avtobus yandı – VİDEO

Lökbatanda avtobus yandı – VİDEO

"Volkswagen"in 50 minədək iş yeri LƏĞV EDİLƏCƏK

"Volkswagen"in 50 minədək iş yeri LƏĞV EDİLƏCƏK

SEPAH qlobal yanacaq ixracını dayandırmaqla HƏDƏLƏDİ

SEPAH qlobal yanacaq ixracını dayandırmaqla HƏDƏLƏDİ

Elariz paylaşdı: ABŞ-da azərbaycanlı toyu belə olur – VİDEO

Elariz paylaşdı: ABŞ-da azərbaycanlı toyu belə olur – VİDEO

Odessada azərbaycanlıların olduğu gəmi VURULDU - RƏSMİ

Odessada azərbaycanlıların olduğu gəmi VURULDU - RƏSMİ

III "Zülfüqar Hüseynzadə mükafatı" müsabiqəsi elan edilir

III "Zülfüqar Hüseynzadə mükafatı" müsabiqəsi elan edilir

“Yox” deməyi bacarmayan 5 BÜRC

“Yox” deməyi bacarmayan 5 BÜRC

ABŞ Hərbi Hava Qüvvələri İrana aviazərbələr endirir

ABŞ Hərbi Hava Qüvvələri İrana aviazərbələr endirir

Mbappe Fransa futbol tarixinə düşdü

Mbappe Fransa futbol tarixinə düşdü

Bakının üç rayonunda işıqlar sönəcək

Bakının üç rayonunda işıqlar sönəcək

İslamda cənazəni neçə gün dəfn etməmək olar? – İlahiyyatçı açıqladı

İslamda cənazəni neçə gün dəfn etməmək olar? – İlahiyyatçı açıqladı

Azərbaycanda pensiya ödənişləri ilə bağlı VACİB AÇIQLAMA

Azərbaycanda pensiya ödənişləri ilə bağlı VACİB AÇIQLAMA

Arzum xəstəxanada 21 dəqiqə qalıb - Maşını aeroportdan götürülüb - FOTO

Arzum xəstəxanada 21 dəqiqə qalıb - Maşını aeroportdan götürülüb - FOTO

Tramp: “Ordunu çıxaracağıq, amma çoxlu neft götürəcəyik”

Tramp: “Ordunu çıxaracağıq, amma çoxlu neft götürəcəyik”

Türkiyədə 4,2 bal gücündə ZƏLZƏLƏ OLDU

Türkiyədə 4,2 bal gücündə ZƏLZƏLƏ OLDU

ABŞ ordusu İrana zərbələr endirməyi bərpa edib - KİV

ABŞ ordusu İrana zərbələr endirməyi bərpa edib - KİV

"İndi də həyat zülmdür, asan heç nə yoxdur" — Mirkamil

"İndi də həyat zülmdür, asan heç nə yoxdur" — Mirkamil

Ən tez satılan mənzillər bunlardır — Açıqlama

Ən tez satılan mənzillər bunlardır — Açıqlama

End of content

No more pages to load

RADİO