Vətəni qibləgah edən şəhidlərxa0
Məhəbbət dünyaya gələn günü - 1993-cü il dekabrln 16-sıxa0atasının əziz qohumu Əlibala Şirinovun şəhid olmasının 40-cı günü idi.xa0Ermənilərin Qarabağda, tarixi torpaqlarımızı zəbt etdikləri ərazilərin bu üzündəki cəbhəyanı rayon və kəndlərdə hamı bir yumruq kimi birləşmişdi.xa0Gücü çatan, qolunda qüvvət, ürəyində təpər və qeyrət olan hər kəs cəbhəyəxa0könüllü döyüşməyə gedirdi. Beyləqanın Dünyamalılar kəndinin cavanları, igidləri də o sırada idilər.
Həmin döyüşlərdəxa0Dünyamalılar kəndi vətən uğrunda 23 şəhid vermişdi. O gündən bu günə kimi kənd sakinlərixa024-25 ildirxa0gözləyirdilər. Gözləyirdilər ki, uğrunda qan tökdükləri tarixi torpaqlar geri alınacaq. Gözləyə-gözləyə həmin illərdə doğulan oğulları döyüş meydanında əsgər yaşınaxa0çatdırdılar. Ataların qisasını oğullara qoydular.xa0
O döyüşə hazırlaşan cəsurlardan biri də Ədalətin oğlu Məhəbbət Mirzəyev idi.xa0Hələ təhsil aldığı məktəbdə də fəal şagird kimi seçilər, “Şahinlər”x9d, “Cəsurlar”x9dxa0hərbi oyunlarında həvəslə iştirak edər, birincilər sırasında olardı.xa0Ən böyükxa0arzusu isə hərbçi olmaq idi. Cəmşid Naxçıvanski adına məktəbə qəbul olunmaq istəsə də, bu baş tutmamışdı.xa0
2012-ci ilin iyul ayında hərbi xidmətə yollanıbxa0vətən qarşısında borcunu verməyə tələsmişdi. 2014-cü ilin yanvarxa0ayında hərbixa0xidməti başa vursa da, uşaqlığından könül verdiyi peşənin ardınca düşərəkxa0Beyləqan rayonundakı N saylı hərbi hissədə qalıb, müddətdən artıq hərbi qulluqçu kimi işləməyə üstünlük verdi. Onun cəsarəti, hərbi tapşırıqları yerinə yetirmək üslubu hərbi hissə komandirlərinin də diqqətindən yayınmırdı.xa0
Xüsusi Təyinatlı Qüvvələrin hərbi kursunu da müvəffəqiyyətlə başa vurandan sonraxa0əksəriyyət həmkarlarının içərisindən onu və dostu Elvini seçərəkxa02015-ci ildə avqust ayının 18-də Çin Xalq Respublikasının Quançuhau şəhərinə xüsusi təlimə yola saldılar. Burada atıcı-snayperçi peşəsinin və hərbin bütün sirlərinə daha da dərindən yiyələndi. Məhəbbət Mirzəyev həm də uşu idman növünə də dərindən bələd idi. Hətta çinli və digər 96 iştirakçı dövlətin hərbi öyrəncilərinin qarşısında öz gücünü və bacarığınıxa0nümayiş etdirəndən sonraxa0uşu idman növünün vətənində ikinci yerin sahibi oldu.
Çinə səfər etmək, burada hərbin sirlərinə yiyələnmək Məhəbbətixa0çox dəyişdirmişdi. Bilirdi ki, indi ən güclüdür. Həm də bu gücü məntiqə əsaslanmşdı.xa0Bilirdi ki, Azərbaycanda, torpaqları işğal altında olan vətəndə ona çox ehtiyac var, fikirləşirdi ki, kursu bitirib Vətənə qayıdandan sonraxa0mütləq biliklərinixa0hərbçilərimizə öyrədəcək.
2016-cı ildə yanvarın 21-də atası onu Heydər Əliyev adına Hava Limanında qarşıladı.xa0 Məhəbbət dərsini öyrənib gəlmişdi. Atası Ələkbərxa0kişi könlündə min bir sevinclə oğlunun boy-buxununa baxdı.xa0Məhəbbəti özünə həm qardaş, həm dost bilirdi. Qəlbi fərəhlə doldu, Vətəni qoruyacaq, ona dayaq duracaq oğlu Çindən gəlmişdi:
Qardaşımxa0Çindən gəlir,
Çindən seçimdən gəlir.
Əlində ehtiyatı
Bəylər içindən gəlir.
Ələkbər Mirzəyev deyir ki, oğlunu elə Bakıda qarşılayıb, oradaxa0qoyub, evə qayıtdı. Gəlib oğlu Raufa, qızı Şəmizəyə, həyat yoldaşı Pərvanəyə,xa0qardaş-bacısına, qohum-qonşuya Məhəbbətin salamını çatdırdı. Bir də ki, hər qohuma aldığı sovqatı gətirdi. Hamının könlünü-gözünü görmüşdü. Hər doğmanın bir payı var idi bağlamada.xa0xa0
Atası ilə görüşüb ayrılandan sonraxa0Məhəbbət aid olduğu hərbi hissəyə gedib öyrəndiyi dərslərxa0haqqında komandirlərinə məlumat verdi. Məxsus olduğu bölüyün xüsusi tapşırıq və təlimlərinə yollandı. Yalnız mart ayında ona verlən məzuniyyətə uyğun olaraqxa0doğmaları ilə görüşə gəldi. Uzun ayrılıqdan sonra gəlib qohum-əqraba, doğmalarıyla görüşmək, Çində gördüklərindən danışmaq üçün ürəyi atlanırdı. Bir az da forslanırdı elə bil... Axı indiyə qədər nə kəndlərindən, nə də Beyləqandan Çinə oxumağa gedən hərbçiləri olmuşdu. İndi bir mahal, bir el onunla fəxr edəcəkdi.xa0
Ən çox anası üçün darıxmışdı. Anası Pərvanə oğlunun boyuna baxıbxa0sevindi, arzuları ürəyində ləpələndi. Oğlunun boynunu qucaqlayıb qara saçlarını əlləri ilə övkələdi, ətrini ürəyinə çəkdi.xa0 Bütün analar uzaqdan gələn oğulları üçün belə darıxırlar. Onları ürəklərinə sıxıb, qoxusunu ciyələrinə çəkirlər. Ancaq qəlbinin içərisində sıxıntı var idi. Hərdən könlündə elə bil kiçik zəlzələ olurdu. Bilmirdi nədəndir. 10 gün ərzində oğlunun sevdiyi yeməkləri bişirib yedirdi, qulluğunda dayandı.xa0xa0
Elə həmin günlər indi qazandığı uğurun sevincini valideynlərinə danışarkən Məhəbbət dedi:xa0xa0
“Gördünüz ki, mən Vətənə, torpağa məxsusam. Çində oxumaq necə karıma gəldi”x9d.xa0xa0
Həmin söhbət zamanı 8-ci sinfi bitirib Cəmşid Naxçıvanski adına hərbi liseyə sənəd verərkən qarşılaşdığı haqsızlığı da xatırladı. Dedi ki, “mən uşaq olanda, ayağımın altını düz yazan, məni hərbiyə layiq görməyən o yalançı hərbi həkimlər, görəsən, indi məni görsələr neyləyərlər. Ay ana, niyə belə bizim gənclərimizi, balalarımızı öz xeyirlərinə görə sındırırlar, Vətənin deyil, öz mənafelərini güdürlər...”x9d.
Martın 28-i isə yol çantasını yığıb-yığışdıran Məhəbbət kiçik qardaşı Raufun və dayısı qızlarının yanında belə bir söz işlədir: - Mən elə işlər görəcəm ki, 100 il bundan sonra da heç kim unutmayacaq.xa0Siz də unutmayın ki, uzun, mənasız ömür yaşamaq insana hörmət gətirmir, mənalı ömür sürmək lazımdır. Unutmayın ki, torpaq suyla qarışanda palçıq olur, qanla qarışanda Vətən.xa0
Məhəbbətixa0yola salandanxa04 gün sonra aprel döyüşlərinin xəbəri yayıldı.xa0
Atası Ələkbər Mirzəyev:
- Ümumiyyətlə, mən heç inana bilməzdim ki, oğlum şəhid ola bilər. Hansı ata oğlunun yoxluğu haqqında düşünür ki... Müharibənin başlanması xəbəri çıxandan sonraxa0onların yerləşdiyi hərbi hissəyə getdim. 2 gün orada gözlədim. Bir polkovnik dostu dedi ki, onlar mühüm əməliyyat keçirirlər, ərazidədirlər. Nə zaman gələcəyini deyə bilməz. 2 gün hərbi hissənin ətrafında qardaşım Aydınla qarovul çəkdim. Bakı ilə Beyləqan arasında qaldıq. Ayın 11-i gecə bir tanış hərbçi dedi ki, Tərtərə gedin. Getdim uşağı Peyğəmbər deyilən məsciddən götürdüm. Orada bildim ki, Talış yüksəkliyi uğrunda gedən döyüşlərdə həlak olub.xa0
Onlara təlimat gəlib ki, qarşıda yaralı hərbçilərimiz var, Məhəbbət də atılıb irəli, qabağa gedəndə görüb ki, indi Bakıdakı Şəhidlər xiyabanında uyuyan polkovnik Murad Mirzəyevxa0yaralıdır, onu ərazidən çıxaranda oğlum vurulub və həlak olub. Onun nəşini neytral zonadan götürəndə əlində partlamamış qumbara olub. Yəqin açıb qoyub ki, düşmənə rast gəlsə, özünü partlatsın. Mənim oğlum, düşmənə elə-belə can verməzdi. Yəqin yaralı olub, yarasın bağlaya bilməyib, fikirləşib ki, bəlkə düşmən keçər bu tərəfə... Ancaq onlar elə döyüşdülər, elə qəhrəmanlıq göstərdilər ki, düşmən bu səmtə dönüb baxa da bilmədi. 1 həftə gözləyəndən sonra, oğlumun cansız bədənini Beyləqana ata-baba yurduna Dünyamalılar kəndinə gətirdim... Aprelin 11-də kəndimizdən qəbiristanlığa qədər 6 kilometr yolu böyüklü-kiçikli hamılıqla oğlumu çiyinlərdə apardılar.xa0 Neyləyə bilərəm, görünür, qismət beləymiş...
Anası Pərvanə deyir ki, hələ də inana bilmir, 10 aydan artıqdır ki, hələ də oğul yolu gözləyir... Fikirləşir ki, bəlkə yalan ola, bəlkə dəyişik düşüb, bəlkə tabutda gələn onun oğlu deyilmiş, bəlkə möcüzə baş verəcək. Möcüzə gözləyir şəhid anası:
- Martın 15-i son çərşənbədə onu yola salanda dedim ki, oğul tez qayıt gəl, payızda sənin toyunu edək. Sevdiyi qız var idi.xa0Məhəbbət yaşında oğlanlara xonça aparmaq, onlara toy eləmək lazım idi. Fələk bizə elə bir toy çaldırdı ki... Kimsəyə arzulamıram. Keçən dəfə dostları gəlmişdi yenə... Deyirlər ki, oğul var evdən gedər, oğul var eldən gedər, Məhəbbət dövlətdən getdi. Dövlətimizin gələcəyi idi, gərəyi idi... Deyirlər ki, həmin döyüşlər başlananda Məhəbbət bir ayrı cür sevinirmiş. Yəqin bilirdi ki, Çində öyrəndiyi fəndlərlə düşmənin burnunu ovacaq. Oğlumun çiçəyi burnunda, arzuları qəlbində soldu. Qardaşı Raufun üzünə baxa bilmirəm.xa0 Öldüyüm günə qədərxa0Məhəbbəti gözləyəcəyəm...
Oğlum, oğlum xan oğlum,
Qıyqacı baxan oğlum.
Deyirdim, tez böyü, başa çat,
Aparım nişan oğlum...
Rauf xa0böyük qardaşı Məhəbbətdən yadigar qalanxa0əşyaları sevə-sevəxa0bir-bir bizə göstərdi. Bu cansız, dilsiz yadigar əşyaların içərisində onun diplomları, tərifnamələri, Çindənxa0alıb gətirdiyi müxtəlif fiqurlar da var. Çindən daha çox fil fiqurları gətirib. Deyirlər fillər evə uğur gətirir, xoş xəbərin nişanəsidir.xa0Məhəbbətin əşyaları bu dəfə ona uğur gətirmədi. Hər işi daşdan keçən qəhrəman daşlı-qayalı yollarla zirvələrə təzəcə ucalmağa başlamışdı. Lakin... uğur zirvəsinin Şəhidlik məqamına yüksəldi. Ana-atasının arzuladığı gələcəyi qurmağa fələk imkan vermədi. Anası Pərvanənin gözünü yollarda qoydu. Onsuz da hərbçi peşəsini seçdiyi gündən anasının gözləri yollardan yığılmırdı... Lakin onda hələ gəlməyinə, qayıtmağına ümidi var idi.xa0İndi isə ümidsiz gözləyir...xa0
Sonuncu ümidini itirsə də, ana yenə ümid edir ki, sevib boyunu oxşadığı,xa0“Ana”x9d çağıranda, “Can ana”x9d dediyi oğlunun səsini eşidəcək...xa0
Məhəbbət artıq uzaq bir yolçuluğa çıxıb, Türk oğullarının Vətən torpağını əziz tutanların heç birindən geri qalmadı. Təki Vətən sağ olsun, təki torpaq alınsın deyib, düşmən üzərinə çəkinmədən, qorxmadan atıldı. Savaşın ən ağır anında döyüşçü dostlarının harayına çatdı. Başının üstündən yağış kimi güllələr yağa, sən də qorxmadan döyüşə atılasan ki, qarşıda dostlarım, komandirlərim var.xa0
O aprel döyüşlərində həlak olanxa0və döyüşən bütün oğullarımız belə qəhrəman idi. Belə qəhrəmanlıq göstərdilər. Ölümün gözünə dik baxdılar. Qoy Azərbaycan, bütün dünya eşitsin ki, aprel döyüşlərindəxa0Vətənimizi hörmətə mindirən, xəcalət tərini alnımızdan silən o şəhidlərin, o qazilərin hamısı QƏHRƏMANDIRLAR! Biz unutmayacağıq. Unudanlarxa0isə bizdən deyil!