Sərkisyan erməni yaraqlılarına Qarabağdan çəkilmək əmri verdi

Ermənistan prezidenti Serj Sərkisyan mayın 16-d Vyanada ATƏT-in Minsk Qrupu həmsədrlərinin iştirakı ilə Azərbaycan prezidenti İlham Əliyevlə keçirdiyi görüşdən sonra aprelin əvvəllərində döyüşmək üçün Qarabağa yollanan "Yerkrapa”x9d könüllülərinə geri qayıtmaq əmri verib.

Virtualaz.org xəbər verir ki, bu barədə Ermənistanda nəşr olunan "168 jam”x9d qəzeti yazır.

Sərkisyanın könüllülərə çatdırılan əmrində deyilir ki, hazırda təmas xəttində sakitlik yaranıb və danışıqlar gedir. Ona görə də silahlı qüvvələrin tərkibinə daxil olmayan bütün könüllü qrupları silahlarını təhvil verib geri qayıtmalıdır. Bildirilir ki artıq dünəndən etibarən könüllü erməni yaraqlıları qruplar halında Ermənistana geri qayıdır.
 
Aprelin əvvəllərində Azərbaycan ordusu ermənilərin müdafiə xəttini yaranda  Ermənistandan 4400-ə yaxın könüllü döyüşmək üçün Qarabağa yollanıb. Onlardan 1700-i silah və sursat, hərbi geyim alaraq bilavasitə təmas xəttində mövqe tutub. Qalanları "arxa cəbhədə”x9d qalıb. "Hazırda könüllülərin silahlarının təhvil-təslim prosesi gedir”x9d-qəzet yazır.

Lakin qəzet yazır ki, heç də bütün könüllülər Sərkisyanın əmrinə tabe olmaq istəmir. Onlardan bir hissəsi Azərbaycan ordusu tərəfindən alınan mövqeləri geri qaytaranadək Qarabağda qalmaq istəyir. Üstəlik Qarabağın silahlı dəstələri ilə Ermənistandan gələn "Yerkrapa”x9d könüllüləri arasında qarşıdurma yaranıb.

Bu qarşıdurmanın başlamasına səbəb olan insident isə aprelin əvvəllərində baş verib. Qarabağ müharibəsinin veteranı, keçmiş səhra komandiri Vaan Badasyan bu günlərdə sosial şəbəkələrdə yazıb ki,  könüllülərdən ibarət "Yerkrapa”x9d yarımhərbi qruplaşmasının lideri general Manvel Qriqoryan aprelin əvvəllərində gedən döyüşlər zamanı Hadruta gələndə Qarabağ hərbçilərini söyüb.

Vaan Bədəsyanın bildirdiyinə görə, general Manvel çoxsaylı mühafizəçiləri və kortejin müşaiyəti ilə Hadruta gedəndə döyüşə tələsən erməni hərbçilərinin ona yol verməməsinə qəzəblənib. General maşından düşərək qarabağlı əsgərləri və komandirlərini söyüb. Bundan sonra Manvelin adamları ilə Qarabağ hərbçiləri arasında qarşıdurma yaranıb.
 

Bu əhvalatın mətbuata yayılması geniş rezonansa səbəb olub. Əvvəl general Manvelin mətbuat katibi Vardan Vardanyan Vaan Badasyanı "yalançı”x9d adlandırıb. Məbuat katibinin sözlərin görə, general Manvel Hadrutda doğrudan da yolu kəsən hərbçilərlə qarşılaşıb, ancaq heç bir söyüş-filan olmayıb. "Hərbçilər maşınların qapısını açıq qoyub yolda hərəkətə maneçilik yaratdığına görə general onlara yüngül irad bildirib”x9d-o deyib.

"Tutaq ki, mətbuat katibi düz deyir. O zaman hansı general indi Manvel kimi kortejlə və mühafizəçilərlə gəzir? Qoy Manvel buna cavab versin. Hesab edirlərsə ki, mən yalan deyirəm, məhkəməyə versinlər. Doğrudanmı onlar istəyirlər ki, mən hər şeyi açıb töküm?”x9d-Vaan Badasyan ona cavab olaraq deyib.

Bu həmin general Manveldir ki, birinci Qarabağ mühaibəsi zamanı onun başçılıq etdiyi başıpozuq yaraqlılardan ibarət batalyon azərbaycanlı dinc əhaliyə qarşı xüsusi amansızlığı ilə fərqlənmişdi və Xocalı qırğınlarının törədilməsində iştirak etmişdi. Lakin 1993-cü ilin yayında general Manvelin dəstəsi azərbaycanlı döyüşçülər tərəfindən Goranboy ətrafında darmadağın edildi, onun özü isə döyüşdən qaçıb canını qurtardı.

Vaan Badasyanın ittihamına cavab olaraq hakim Respublika partiyasından deputat Vaqram Baqdasaryan da general Manveli müdafiə edib. "O, yenidən cavanlaşıb, 90-cı illəri yada salıb və "Yerkrapa”x9d könüllüləri ilə bağlı bütün təşkilat işini üzərinə götürüb. Sutkada cəmi 3-4 saat yatır, biz onu heç olmasa 2-3 günlüyünə İrəvana qaytara bilmirik ki, bir az dincəlib yenidən qayıtsın. Mən bəyan edirəm ki, bu şantajdır. Bizim qəhrəmanlarımızın ünvanına bu cür böhtanlar atılmamalıdır”x9d-deputat deyib.

 
Qarabağ müharibəsinin digər iştirakçısı, general Vardan Avetisyan da bu qalmaqala münasibət bildirib. Könüllüləri təhqir edənlərə və general Manvelə qarşı çıxanlara "düşmənin dəyirmanına su tökməməyi”x9d məsləhət görüb. O, könüllülərə qarşı tənqidlər səsləndirənləri "alçaq”x9d adlandırıb və bildirib ki, məhz könüllülər spontan olaraq cəbhəyə tələsdi və əsgərlə bir sırada dayanıb özünü mərminin qabağına verdi.

Müdafiə naziri Seyran Ohanyan da qalmaqala münasibət bildirib, könüllülərə "xüsusi hörmət”x9ddən danışıb. O deyib ki, döyüşlərdə həlak olan və yaralanan könüllülər hərbi qulluqçularla eyni statusa malikdir.  Ohanyan könüllülərin aprel döyüşlərində cəbhəyə axın etməsinin "əsgərlərin döyüş ruhunu yüksəltdiyini”x9d bildirib.

 

Xatırladaq ki, "Yerkrapa”x9d yarımhərbi birləşməsi vaxtilə Ermənistanda Ter-Petrosyanın devrilməsində və Qarabağdan olan səhra komandirlərinin hakimiyyəti ələ keçirməsində əsas rol oynayıb. Bir neçə il əvvəl bu qruplaşmanın bir hissəsi Serj Sərkisyana qarşı çıxmışdı, lakin sonra general Manvel Sərkisyanla anlaşdı. Özünə geniş imtiyazlar alıb hakimiyyəti dəstəklədi. "Yerkrapa”x9d böyük ölçüdə hakimiyyətin nəzarətinə keçdi. Lakin indi dişi birinci Qarabağ müharibəsində qana batmış və azərbaycanlıların evlərini, əmlakını talamaqla varlanmış bu vəhşi yaraqlılar qruplaşması yenidən bunt qaldırırır. Görünür onlar hələ də 90-cı illərin ab-havası ilə yaşayır və elə güman edirlər ki, müharibə başlasa yenə talançılıq edib qənimətlər ələ keçirə biləcəklər.

Onların qan və qənimət hərisliklərinin cavabını isə Azərbaycan ordusu aprel döyüşlərində verdi. Ağdərədə "Yerkrapa”x9d könüllülərini daşıyan avtobus təmas xəttinə çatmamış Azərbaycan ordusunun silahlanmasında yer alan, İsrail istehsalı olan "Harop”x9d pilotsuz döyüş sistemi ilə vuruldu. "Yerkrapa”x9d yaraqlılarının 10-a yaxını öldü və onlar başa düşdülər ki, deyəsən indi 90-cı illər deyil...
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Balakəndə AĞIR QƏZA – Ər-arvad xəsarət aldı – FOTO

Balakəndə AĞIR QƏZA – Ər-arvad xəsarət aldı – FOTO

Xaçmazın fındıq bağları MƏHV olur - Fermerlər ağacları niyə kəsir? - VİDEOREPORTAJ

Xaçmazın fındıq bağları MƏHV olur - Fermerlər ağacları niyə kəsir? - VİDEOREPORTAJ

Mehriban Əliyeva Bakıda yeni körpələr evi-uşaq bağçasının açılışında – FOTO

Mehriban Əliyeva Bakıda yeni körpələr evi-uşaq bağçasının açılışında – FOTO

Özbəkistan Respublikasının Prezidenti Şavkat Mirziyoyevdən

Özbəkistan Respublikasının Prezidenti Şavkat Mirziyoyevdən

“Hörmətli sürücülər, bu lənətə gəlmiş vərdişdən uzaq durun!”

“Hörmətli sürücülər, bu lənətə gəlmiş vərdişdən uzaq durun!”

Alimlər təsdiqlədi: Gözəl qadınlara baxmaq kişilərin ömrünü uzadırmış

Alimlər təsdiqlədi: Gözəl qadınlara baxmaq kişilərin ömrünü uzadırmış

Meşələrdən meyvə toplayanlar cərimələnirlər? - RƏSMİ AÇIQLAMA – VİDEO

Meşələrdən meyvə toplayanlar cərimələnirlər? - RƏSMİ AÇIQLAMA – VİDEO

Azərbaycanda maşın almaq istəyənlərin nəzərinə - Bu avtomobillər bahalaşdı

Azərbaycanda maşın almaq istəyənlərin nəzərinə - Bu avtomobillər bahalaşdı

Nepalda 17 nəfərin ölümünə səbəb olan selin ANBAAN VİDEOSU

Nepalda 17 nəfərin ölümünə səbəb olan selin ANBAAN VİDEOSU

Mehriban Əliyeva Bilgəh incəsənət məktəbinin açılışında – FOTO

Mehriban Əliyeva Bilgəh incəsənət məktəbinin açılışında – FOTO

Uçuşunuz gecikir və ya ləğv edilib? Bilməli olduğunuz əsas məqamlar - FOTO

Uçuşunuz gecikir və ya ləğv edilib? Bilməli olduğunuz əsas məqamlar - FOTO

Uşaq qidasına siqnalizasiya birkası - Bakı supermarketlərində ŞOK MƏNZƏRƏ - VİDEO

Uşaq qidasına siqnalizasiya birkası - Bakı supermarketlərində ŞOK MƏNZƏRƏ - VİDEO

Ər-arvad bir-birinin borcuna görə cavabdehdir?

Ər-arvad bir-birinin borcuna görə cavabdehdir?

DSX-nin gəmisi hərraca çıxarıldı – BU QİYMƏTƏ

DSX-nin gəmisi hərraca çıxarıldı – BU QİYMƏTƏ

Məktəblərdə “musiqili tənəffüs” təklifi – Nə vaxt tətbiq oluna bilər?

Məktəblərdə “musiqili tənəffüs” təklifi – Nə vaxt tətbiq oluna bilər?

Zaqatalada "QAZ-31"lə "Ford" toqquşdu –VİDEO

Zaqatalada "QAZ-31"lə "Ford" toqquşdu –VİDEO

Bəzi orqanlarımız daha tez yaşlanırmış

Bəzi orqanlarımız daha tez yaşlanırmış

Xəzər dənizində YENİ ADA YARANDI - VİDEO

Xəzər dənizində YENİ ADA YARANDI - VİDEO

Beş aylıq hamilə qadın öldü: Kim günahkardır? - VİDEO

Beş aylıq hamilə qadın öldü: Kim günahkardır? - VİDEO

Qaradağda 4 mindən çox qəlyan tütünü AŞKARLANDI

Qaradağda 4 mindən çox qəlyan tütünü AŞKARLANDI

Mehmet Ali Erbilin son görüntüləri gündəm oldu — FOTO

Mehmet Ali Erbilin son görüntüləri gündəm oldu — FOTO

İrandan Araz çayı ilə bağlı Ermənistana XƏBƏRDARLIQ

İrandan Araz çayı ilə bağlı Ermənistana XƏBƏRDARLIQ

19 yaşlı futbolçuya görə 100 milyon ÖDƏDİLƏR

19 yaşlı futbolçuya görə 100 milyon ÖDƏDİLƏR

Mənzil alanlar tələssin! - Paytaxtın mərkəzində müvəqqəti ucuzlaşma

Mənzil alanlar tələssin! - Paytaxtın mərkəzində müvəqqəti ucuzlaşma

End of content

No more pages to load

RADİO