“Azərbaycan problemin güc yolu ilə həlli hüququnu özündə saxlayır”x9d

Apreldə Qarabağ cəbhəsində baş verən  “dördgünlük”x9d müharibədən sonra beynəlxalq aləmin və münaqişənin həlli ilə məşğul olan ATƏT-in Minsk qrupunun həmsədrlərinin ciddi səyindən sonra mayın 16-da Azərbaycan və Ermənistan prezidentləri İlham Əliyevlə Serj Sərkisyan arasında Vyanada növbəti görüşü reallaşdı.

Düzdür Azərbaycan tərəfi səmərəli və nəticəli görüşün keçirilməsinin tərəfdarı kimi çıxış edir.
Görüşün yekunları və gələcək addımlar cəmiyyəti ciddi maraqlandırır. Məsələnin əhəmiyyətini nəzərə alaraq Azərbaycan və Ermənistan  prezidentlərinin Vyana görüşünün yekunları ilə bağlı deputatların mövqeyini oxucuların diqqətinə çatdırırıq. 


Millət vəkili Sabir Hacıyev Moderator.az -a açıqlamasında bildirdi ki, bir ay bundan əvvəl Qarabağ cəbhəsində yaranmış durum prezidentlərin görüşünü zəruri edən amil oldu: “Və beynəlxalq təşkilatların və ATƏT MQ həmsədrlərinin səyi ilə belə bir görüş reallaşdı. Bu son hadisələrdən sonra reallaşan birinci görüş olduğundan ciddi nəticə gözləməyə dəyməz. Ancaq iyun ayında keçiriləsi görüşdə münaqişənin həlli ilə bağlı konkret təkliflər müzakirə edilib və bu istiqamətdə addımlar atılmalıdır. Münaqişə beynəlxalq hüquq normaları çərçivəsində qısa müddətdə həllini tapmalıdır. Status-kvo bu formada davam edə bilməz. Çünki mayın 16-da prezidentlər atəşkəslə bağlı razılıq əldə etsələr də, təmas xəttində bundan sonra da hər iki tərəfdən itki olub. Odur ki, Ermənistan tərəfi münaqişənin həlli ilə bağlı beynəlxalq təşkilatların qəbul etdiyi sənədləri icra edib, işğal altında olan torpaqları azad etməlidir. Qarabağın statusuna gəldikdə isə bu məsələ ilə bağlı Azərbaycan dövlət başçısı dəfələrlə bəyan edib ki, status məsləsi ilə müzakirələrə hazırdır. Qarabağın da statusu beynəlxalq hüquq normalarına uyğun, Helsinki yekun aktının müddəallarına uyğun şəkildə həllini tapmalıdır. Artıq məsələnin ciddiliyini beynəlxalq təşkilatlar və ATƏT MQ həmsədrləri də dərk edirlər”x9d.


Millət vəkili Aydın Hüseynov isə bildirdi ki, Azərbaycan dövləti və onun başçısı İlham Əliyevin siyasi iradəsi və hərbi gücü nəticəsində münaqişənin həlli istiqmətində belə bir dönüş yaranıb.

A.Hüseynovun fikrincə, artıq həm münaqişənin danışıqlar yolu ilə tənzimlənməsi missiyasını üzərinə götürən ATƏT MQ-nin həmsədr ölkələri, həm də beynəlxalq təşkilatlar dərk edirlər ki, Ermənistan-Azərbaycan münaqişəsinin uzanması nəinki regiona, eyni zamanda qonşu regionlar üçün də ciddi təhlükə mənbəyidir. “Ona görə də problemin uzanması yaxşı heç nə vəd etmir və münaqişə həllini tapmalıdır. Məsələnin sülh yolu ilə həllində Azərbaycan dövlətinin mövqeyi ortadadır və biz bunun tərəfdarıyıq. Münaqişə sülh yolu ilə həll olunmayacağı təqdirdə  Azərbaycan problemin həllində hərb variantını da gündəmdə saxlayır”x9d, - deyə millət vəkili vurğulayıb.


Millət vəkili Rasim Musabəyov isə bildirdi ki, görüşdə əsas iki məsələ müzakirə olunaraq razılıq əldə olunub: “Atəşkəs rejiminin təmin olunması və danışıqlar prosesinin bərpa olunması idi ki, tərəflər bu məsələdə də razılığa gəldilər. Digər bir məsələ də ondan ibarətdir ki, təmas xəttində ATƏT sədrinin şəxsi nümayəndəsinin təmas xəttində monitorinq daha effektli həyata keçriməsi üçün ofisin nümayəndələrinin sayının artırlması oldu. Onlar hesab edirlər ki, təmas xəttində monitorinqə ehtiyac var. Ola bilsin ATƏT sədrinin nümayəndəsi Anjey Kaspirşikin ofisinin üzvlərinin sayı artırılacaq.”x9d
Millət vəkili onu da əlavə etdi ki, monitorinqin gücləndirilməsi o anlama gəlməməlidir ki, biz təmas xəttində ermənilərin istədiyi kimi atəşkəs rejimini danışıqlardan asılı olmayaraq təmin edəcəyik: “Xeyr. Bu belə olmayacaq. Atəşkəs rejiminə bir şərtlə razılıq verilib ki, danışıqlar nəticəli olmalıdır və problem siyasi yolla həllini tapmalıdır. Münaqişənin sülh yolu ilə həlli üçün növbəti dəfə şans yaranıb  və bu şansdan istifadə edilməlidir. Daha atəşkəs rejimi Azərbaycan tərəfinin dəfələrlə bəyan etdiyi kimi mövcud vəziyyətin qorunub saxlanmasına yox. Danışıqlar konfliktin həllinə doğru getməlidir. Əks təqdirdə Azərbaycan problemin güc yolu ilə həlli hüququnu özündə saxlayır”x9d.


Millət vəkili Zahid Oruc isə hesab edir ki, Qarabağ münaqişəsinin həll etmək üçün Rusiya prezidenti Vladimir Putinin imkanı və potensialı var və o bunu etməlidir. “Biz arzulayırıq ki, Rusiya bu yöndə addımlar atsın. Bu baxımdan hesab edirəm ki, Vyana görüşü Azərbaycanın maraqları baxımından çox əhəmiyyətli görüş idi. Yəqin ki, danışıqların detalları barədə XİN başçısı Elmar Məmmədyarov açıqlama verəcək. Lakin bütövlükdə götürəndə iyunda növbəti görüşün keçiriləcəyi bir daha onu deməyə əsas verir ki, Kaspirşikin idarəsinin üzvlərinin sayını 6-dan 30-a çatdırmaqla münaqişənin tərəflərının qarşısında zireh çəkmək mümkün deyil. Ukraynada ATƏT-in 800-dək müşahidəçisi var və onlar hərbi monitorinq aparırlar. Onlar nəyinsə qarşısını ala bilirlərmi?!. Kaspirşikin ofisinin üzvlərinin sayını artırmaqdansa Qarabağ problemini həll etmək lazımdır”x9d, deyə Z. Oruc vurğulayıb.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

"Xanımlar, kişilərin arxasınca qaçmayın" – VİDEO

"Xanımlar, kişilərin arxasınca qaçmayın" – VİDEO

65 yaşdan sonra hansı müəllimləri işdə saxlayırlar?

65 yaşdan sonra hansı müəllimləri işdə saxlayırlar?

Pul xərcləyəndə qazananlar: Maliyyə baxımından ən zəkalı 3 BÜRC

Pul xərcləyəndə qazananlar: Maliyyə baxımından ən zəkalı 3 BÜRC

Çin sədrinin ABŞ-yə səfər TARİXİ AÇIQLANDI

Çin sədrinin ABŞ-yə səfər TARİXİ AÇIQLANDI

Meqan Markl şouda təqdim edilərkən "təhqir edildi"

Meqan Markl şouda təqdim edilərkən "təhqir edildi"

Ən ağıllı BÜRCLƏR

Ən ağıllı BÜRCLƏR

ABŞ-nin zərbələri nəticəsində İranda ölənlərin SAYI

ABŞ-nin zərbələri nəticəsində İranda ölənlərin SAYI

Zaxarova Trampın vədini xatırlatdı: “24 saata bitirəcəyini 80 dəfə deyib"

Zaxarova Trampın vədini xatırlatdı: “24 saata bitirəcəyini 80 dəfə deyib"

Nazir Flora Kərimovanı evində ziyarət etdi – FOTO

Nazir Flora Kərimovanı evində ziyarət etdi – FOTO

Bəzi ərazilərdə qaz kəsiləcək

Bəzi ərazilərdə qaz kəsiləcək

Ermənistan ordusunda şok statistika: Yeddi ayda ölən hərbçilərin sayı açıqlandı

Ermənistan ordusunda şok statistika: Yeddi ayda ölən hərbçilərin sayı açıqlandı

İki gündür davam edən Ağdamdakı yanğın 4 kəndin ərazisinə YAYILDI

İki gündür davam edən Ağdamdakı yanğın 4 kəndin ərazisinə YAYILDI

Tramp və Netanyahu senatorun dəfnində GÖRÜŞƏCƏKLƏR

Tramp və Netanyahu senatorun dəfnində GÖRÜŞƏCƏKLƏR

Bakıda binanın elektrik şaxtası yandı: Sakinlər təxliyə edildi

Bakıda binanın elektrik şaxtası yandı: Sakinlər təxliyə edildi

Cəbrayılda traktorla minaya düşən şəxsin vəziyyəti AÇIQLANDI

Cəbrayılda traktorla minaya düşən şəxsin vəziyyəti AÇIQLANDI

İran tankeri ABŞ blokadasını yararaq Oman körfəzinə DAXİL OLDU

İran tankeri ABŞ blokadasını yararaq Oman körfəzinə DAXİL OLDU

Əminə Dilbazinin qızı ABŞ-də assosiasiya prezidenti seçildi

Əminə Dilbazinin qızı ABŞ-də assosiasiya prezidenti seçildi

ABŞ-dən Türkiyəyə şərt: "S-400"dən imtina etməsəniz, "F-35" ala bilməyəcəksiniz”

ABŞ-dən Türkiyəyə şərt: "S-400"dən imtina etməsəniz, "F-35" ala bilməyəcəksiniz”

BMT Baş katibi: "Yaxın Şərqdə vəziyyət nəzarətdən çıxır"

BMT Baş katibi: "Yaxın Şərqdə vəziyyət nəzarətdən çıxır"

Yevlaxda 63 yaşlı şəxs həmyerlisini güllələdi

Yevlaxda 63 yaşlı şəxs həmyerlisini güllələdi

Lavrov Rubioya xəbərdarlıq etdi: “Bu yolverilməzdir”

Lavrov Rubioya xəbərdarlıq etdi: “Bu yolverilməzdir”

Ukrayna ordusu Belqoroda raket zərbəsi endirdi - VİDEO

Ukrayna ordusu Belqoroda raket zərbəsi endirdi - VİDEO

85 yaşı oldu - 400-dən çox mahnı ifa edib

85 yaşı oldu - 400-dən çox mahnı ifa edib

Xırdalan dəmiryol stansiyasının ətrafında xaotik vəziyyət - VİDEO

Xırdalan dəmiryol stansiyasının ətrafında xaotik vəziyyət - VİDEO

End of content

No more pages to load

RADİO