Ermənistan Milli Müqəddərat Birliyinin lideri, məşhur müxalif siyasətçilərindən biri Paruyr Hayrikyan Ermənistandakı "Birinci İnformasiya Kanalı"na verdiyi müsahibədə bildirib ki, Ermənistan artıq ayılır, Rusiyanın əsarətindən qurtulmağa çalışır: “Dünyanın bütün dövlətləri kiminsə əsarətindən qurtularaq müstəqil olduqlarını deyirlər. Biz isə hələ də demirik ki, Rusiyanın əsərətindən xilas olaraq müstəqil olmuşuq. Levon Ter-Petrosyan, Serj Sarkisyan deyirlər ki, Ermənistan məhz Qarabağ hərəkatı sayəsində müstəqil olub. Tanrıya and olsun ki, bizim rəhbərlər qoyundur. Ay zavallı, bədbəxt qoyun, sən deyildin Qarabağı Ermənistana birləşdirmək istəyən? Sən ona görə müstəqil oldun ki, mən Ayrikyan və yoldaşlarım xalqa referendum vasitəsilə müstəqil ola biləcəyimizi başa saldıq. İndisə ermənilərə deyirəm, ayılın, bizim qoyun rəhbərlər Qarabağı itirdilər".
Hayrikyan onu da qeyd edib ki, Ermənistan çox pis, ağır vəziyyətdədir: “Millət olaraq çökmüşük. İnsanlarımız küçələrə çıxaraq Serj Sarkisyanın istefasını tələb edirlər”x9d.
Xatırladaq ki, küçələrə axışan insanlar Sarkisyanın istefasını tələb etməklə yanaşı “Rusiya, Qarabağdan əl çək”x9d şuarlarını da səsləndirilər.
Görəsən, zavallı Ermənistan bu hadisələrdən sonra himayədarı olan Rusiyaya əlvida deməyə məcbur olacaq, yoxsa ki, Sarkisyana? Və ya bu da ermənilərin növbəti şousudur? Azərbaycanlıların gözündən pərdə asmaq, Azərbaycanı Qarabağla bağlı mövqeyindən daşındırmağa çalışmaq üçün Rusiyanın hazırladığı oyunlardan biridir?
Moderator.az politoloq Cümşüd Nuriyevlə Ermənistanda baş verən son hadisələri, o cümlədən də müxalif Hayrikyanın söylədiklərini müzakirə edib.
C.Nuriyev Ermənistanda indi baş verən hadisələrin sadəcə bir oyundan ibarət olduğunu deyib: “Hayrikyan vaxtilə Sarkisyanın alternativi idi, seçkilər vaxtı da hətta güllə atdılar, yaraladılar və s. O, köhnə erməni siyasətçisi olmaqla yanaşı ən güclü provakatorlardan biridir. Hazırda Ermənistan Rusiyanın tapşırığı ilə çox güclü bir oyun oynayır. Təəssüf ki, Azərbaycanda da bəziləri həmin oyunu görmək istəmir. Ancaq siz düzgün variant irəli sürməklə o oyunu görə bildiniz. Azərbaycanda bu dəqiqə həddindən artıq motivasiya var, həmçinin əhali ordumuzun da, prezidentimizin də gücünə şahid oldu. Eyni zamanda dövlət də xalqın onun arxasında olduğunu gördü. Bu, tək Ermənistanı yox, Rusiyanı da çox narahat etdi. Rusiya xarici siyasəti bəlirlənməyən bir dövlətdir, elə bir imperiyadır ki, siyasətini həmişə sonda görmək mümkün olur. 1806-cı ildən bəri 200 ildən çoxdur ki, Azərbaycan (qısa bir aralağı çıxmaq şərtilə) bu imperiyanın əsarəti altındadır. Ona görə də biz istər-istəməz Rusiyanı tanımaq məcburiyyətindəyik”x9d.
Politoloq Ermənistanda oynanılan bu oyunların səsəblərini də izah edib: “Bu oyunlarda əsas məsələ ondan ibarətdir ki, Azərbaycanın siyasi, ictimai durumu Rusiyanı qane etmir. Ona görə də Ermənistan vasitəsilə Azərbaycanı bu durumdan çıxarmağa çalışırlar. Yəni, Azərbaycan indi olduğu laddan çıxıb Rusiyaya sərf edəcək başqa bir lada köklənsin. Ölkənin daxilində qarşıdurma yaransın, Qarabağ məsələsində Azərbaycan indiki mövqeyindən geri çəkilsin. Ermənilər qədər çoxüzlü, riyakar millət yoxdur. Sarkisyan ölkədə heç kimdir. Son hadisələr baş verənə qədər həmin Hayrikyan niyə susurdu bəs?! Sarkisyanı kimsə vəz edə bilər, bu, ciddi bir məsələ deyil. Amma bu hadisələrin arxasında erməni xisləti var, eyni zamanda Rusiyanın imperiya siyasəti durur. Bunların da ikisi bir arada Azərbaycanın əleyhinə işləyən siyasi faktordur. Ona görə də tam əminliklə deyirəm ki, bu hadisələrdə əsas məqsəd Azərbaycanın başının altına yastıq qoymaq, sakitləşdirmək, bununla da müəyyən uduş əldə etməkdir. Çünki Lavrovun da, Putinin də gedişində bu məsələlər aydın görünür. Azərbaycan da əvvəlki Azərbaycan deyil ki, siyasi analizində səhvə yol versin. Azərbaycanda kifayət qədər siyasi analiz apara bilən siyasətçilər,. alimlər, jurnalistlərimiz var. Bu məsələrdə səbrli, ağıllı və soyuq başla düşünməliyik ki, səhvə yol verməyək. Ermənistan mətbuatından aydın şəkildə görünür ki, onlara ardıcıl tapşırıqlar verilib. Ermənistanın Rusiya ilə birlikdə siyasəti Azərbaycanı indiki məcrasından çıxarmağa, Qarabağın status kvosunda hər hansı bir dəyişiklik etməməyə xidmət edir”x9d.
Rumiyyə