Moskva Qarabağ münaqişəsinin nizama salınması üçün detalları hazırlayıb və ən yaxın günlərdə tərəflər danışıqlar masası arxasına keçəcək.
xa0
Bu barədə Rusiyanın “Kommersant”x9d nəşri Kremldəki yüksək vəzifəli mənbəyə istinadən xəbər verir.
xa0
Mənbə detalları tam açıqlamasa da, bunun ümumi olaraq “Kazan düsturu”x9dna yaxın olduğunu deyib.
xa0
“Bu plan 2011-ci ildə Dmitri Medvedyevin təşəbbüsü ilə Tatarıstanın paytaxtı Kazanda prezidentlərin görüşündə müzakirə olunmuşdu. Bu, erməni hərbiçilərinin yerləşdirildiyi Cəbrayıl, Zəngilan, Qubadlı, Kəlbəcər, Füzuli və Ağdam, həmçinin, Laçının 13 kəndinin qaytarılması deməkdir. Laçın dəhlizi Dağlıq Qarabağın statusunun müəyyən olunmasına qədər saxlanılır. Statusun müəyyən olunması isə qaçqınların geri qayıtmasından sonra keçiriləcək referendumla həll olunur. Lakin 2011-ci ildə Azərbaycan və Ermənistan liderləri güzəştə nail ola bilmədilər”x9d, - “Kommersant”x9d yazır.
xa0
Ermənistan hökumətindəki mənbənin “Kommersant”x9da dedikləri isə qarşı tərəfin konstruktiv mövqedən geri çəkildiyini aydın şəkildə göstərir.
xa0
“Ermənistan tərəfi Rusiya vasitəçiliyi ilə daha əvvəl nail olunmuş razılığın müzakirəsinə qayıtmağa hazırdır. Qarabağ ətrafındakı rayonlar qaytarılır. Lakin Dağlıq Qarabağın müstəqilliyinin tanınması şərti ilə. Biz bunu zəmanət olaraq irəli sürürük. Çünki rayonlar qaytarıldıqdan sonra Azərbaycan Qarabağda mövcud hakimiyyəti iki saat ərzində devirəcək və heç kim buna müdaxilə edə bilməyəcək. Ona görə də biz heç vaxt Qarabağın müstəqilliyinin tanınması şərtindən geri çəkilməyəcəyik”x9d, - İrəvandakı mənbə bildirib.
xa0
“Kommersant”x9d qeyd edir ki, Dağlıq Qarabağda kəskin eskalasiya Moskvanı münaqişənin həllini prioritet istiqamət seçməyə məcbur etdi:
xa0
“Şəxsən prezident Putin məsələni nəzarətə götürüb. Onun “Birbaşa xətt”x9d proqramında “Moskva regionda kövrək status-kvonun təhlükəsini anlayır və bunun Qarabağda uzunmüddətli həll nail olmağa çalışır”x9d deyə bildirməsi də bunu göstərdi”x9d.
xa0
PİR mərkəzinin idarə heyətinin üzvü, politoloq Dmitri Polikonov hesab edir ki, Bakı və İrəvanın mövqeyi əvvəlki illərə nisbətən daha da kəskinləşib: “Buna görə də tərəflərin 5 il öncəki sülh təkliflərinə avtomatik olaraq qayıtması çətin görünür. Bununla belə, Prezident Putin münaqişəni ölü nöqtədən tərpətməyə hazırdır. Fikrimcə, Moskvanın münaqişənin həllində aktivləşməsi vaxtında atılmış addımdır. Birincisi, bu, Rusiyanın müxtəlif istiqamətlərdə sülh səylərini göstərir, onun qlobal və regional gücünə işarə edir. İkincisi, Rusiyanın son səyləri post-sovet məkanında dondurulmuş münaqişələrin həllinin qızğın tərəfdarı kimi ölkənin imicini yüksəldir”x9d.
xa0
Karnegi Fondunun Moskva bürosunun eksperti Aleksey Malaşenko isə Moskvanın Qarabağ münaqişəsində fəallaşmasını başqa cür izah edir.
xa0
“Bu, yeni geosiyasi dividentlər qazanmaqdan daha çox, Ermənistan və Azərbaycan arasında yeni müharibəyə qarşı atılmış addımdır”x9d, - o bildirib.
xa0
Ekspertin fikrincə, Putinin aktiv hərəkətlərinə səbəb Ermənistan və Azərbaycanla münasibətlərdir:
xa0
“Ermənistan KTMT-nin üzvüdür və hesab edirdi ki, yeni eskalasiyada təşkilat ona açıq dəstək verəcək. Lakin Moskvanın açıq dəstək verməməsi və Azərbaycana silah satışını dayandırmayacağını bildirməsi Ermənistanda onun nüfuzunu zədələyib. Rusiya indi o nüfuzu bərpa etməlidir, həmçinin, Azərbaycanla da münasibətləri pozmamalıdır”x9d.(Publika.az)