Azərbaycanlı milyarder Putinin qəzəbinə niyə tuş gəlib?

Rusiyada azərbaycanlı oliqarx Mübariz Mənsimovun “Palmali”x9d ASC şirkətinin direktoruna qarşı xüsusilə iri məbləğdə vergidən yayınma ittihamı üzrə cinayət işi qaldırılıb.

Rostov vilayətinin hüquq-mühafizə orqanları tərəfindən qaldırılmış cinayət işinə əsasən “Palmali”x9d gəmiçilik şirkətinin direktoru Aleksey Mixelyev 1 milyard 282 milon rubl məbləğind vergini gizlətməkdə ittiham olunur.

İttiham aktına əsasən şübhəli Mixelyev Rostovun Leninsk rayounun vergi müfəttişliyinə şirkətin 2010-2011-ci illərdəki fəaliyyətinə dair vergi bəyannaməsi təqdim edib. Bu bəyannamədə yalan məlumatlar əksini tapıb, şirkətin su nəqliyyatı ilə daşıdığı yüklərdən əldə edilən gəlirlərin məbləği azaldılıb. Nəticədə şirkət iki il ərzində 1 milyard 282 milyon rubl vergini az ödəyib. Bu, indiki kursla təxminən 150 milyon dollar deməkdir. Toplanan faktlar əsasında İsintaq İdarəsinin yerli şöbəsi tərəfindən Mixelyevin barəsində xüsusilə iri məbləğdə vergidən yayınma maddəsi ilə cinayət işi qaldırılıb.


“Palmali”x9d ASC 2000-ci ildə təsis edilib və Mübariz Mənsimova məxsus”x9dPalmali Holding”x9din tərkibinə daxildir. “Palmali”x9d Rusiyada ən sürətlə inkişaf edən gəmiçilik şirkətlərindən birinə çevrilib və ölkənin cənubunda neft daşımaları üzrə ən iri operatordur. Şirkətin mülkiyyətində və idarəçiliyində 50-dən çox tanker var. Onlar Rusiya və xarici ölkələrin bayraqları altında üzür. 42yaşlı Aleksey Mixelyev 2008-ci ildən şirkətə başçılıq edir.

Qeyd edək ki, bu, azərbaycanlı oliqarxın Rusiya prezidenti Vladimir Putinin qəzəbinə tuş gəldiyini göstərən daha bir əlamətdir. Bundan əvvəl Türkiyə mətbuatı yazmışdı ki, Putinin Mənsimova qarşı münasibəti dəyişib. Nəticədə onun biznesində çətinliklər yaranıb. Oliqarx Türkiyədəki bəzi aktivlərini satışa çıxarmalı olub və bildirilir ki, hazırda onun böyük borcları var.


Ehtimal edilir ki, Rusiya rəhbərliyinin Mənsimova münasibətinin dəyişməsinin arxasında azərbaycanlı oliqarxın Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın ailə üzvləri ilə ortaq biznesi, habelə onun İŞİD-in nəzarət etdiyi ərazilərdən hasil edilən nefti bazarlara çıxarmasına dair məlumatlar ola bilər. Rusiya ilə Türkiyə arasında münasibətlər pisləşdikdən sonra Putin özü dəfələrlə Mənsimovun da şirkətinə eyhamla İŞİD neftinin Türkiyəyə daşınıb Ceyhan limanından tankerlərə doldurulduğuna dair bəyanatlarla çıxış edib.(Virtualaz.org )

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Sabah daha 6 itkin-şəhidin qalıqları ailələrinə TƏHVİL VERİLƏCƏK

Sabah daha 6 itkin-şəhidin qalıqları ailələrinə TƏHVİL VERİLƏCƏK

Məğlubiyyətdən sonra etdiyi bu hərəkətlə gündəm oldu - Video

Məğlubiyyətdən sonra etdiyi bu hərəkətlə gündəm oldu - Video

MEK-in 100 illik fəaliyyətinə həsr olunmuş yeni monoqrafiya nəşr edilib

MEK-in 100 illik fəaliyyətinə həsr olunmuş yeni monoqrafiya nəşr edilib

Aliment verməyən kişi arvadının telefonunu oğurlayıb satdı

Aliment verməyən kişi arvadının telefonunu oğurlayıb satdı

Azərbaycan Ukrayna ilə memorandum imzalayacaq

Azərbaycan Ukrayna ilə memorandum imzalayacaq

Pit Heqsetin hərəkətləri Pentaqonda qalmaqala səbəb oldu - DETALLAR

Pit Heqsetin hərəkətləri Pentaqonda qalmaqala səbəb oldu - DETALLAR

Sertifikasiyada yüksək nəticə göstərən müəllimlərin NƏZƏRİNƏ

Sertifikasiyada yüksək nəticə göstərən müəllimlərin NƏZƏRİNƏ

Yayın ən sevilən istiqamətlərini AZAL ilə kəşf edin: Bu il tətil üçün hara getməli?

Yayın ən sevilən istiqamətlərini AZAL ilə kəşf edin: Bu il tətil üçün hara getməli?

Peruda devrilmiş dövlət başçısının qızı prezident SEÇİLDİ

Peruda devrilmiş dövlət başçısının qızı prezident SEÇİLDİ

“Dünyanın ən gözəl qızı” evləndi – FOTO

“Dünyanın ən gözəl qızı” evləndi – FOTO

Pensiya, müavinət və təqaüd alanlarla bağlı YENİ XƏBƏR - FOTO

Pensiya, müavinət və təqaüd alanlarla bağlı YENİ XƏBƏR - FOTO

Milli Məclisin iclası başladı – Hansı məsələlər müzakirə olunur?

Milli Məclisin iclası başladı – Hansı məsələlər müzakirə olunur?

Nazir: “Həftədə 8 saat dərs deyən müəllimə 1500 manat əməkhaqqı verə bilmərik”

Nazir: “Həftədə 8 saat dərs deyən müəllimə 1500 manat əməkhaqqı verə bilmərik”

Bizim.Media YAZDI - Səməd Vurğunun köhnə barelyefi YENİLƏNDİ - FOTO

Bizim.Media YAZDI - Səməd Vurğunun köhnə barelyefi YENİLƏNDİ - FOTO

Bəzi müəllimlər sertifikasiyada iştirak etməyəcəklər – RƏSMİ

Bəzi müəllimlər sertifikasiyada iştirak etməyəcəklər – RƏSMİ

Sabahdan Azərbaycanda bəzi lampaların satışı qadağan edilir

Sabahdan Azərbaycanda bəzi lampaların satışı qadağan edilir

Emin Əmrullayev: “Məqsədimiz müəllimləri işdən çıxarmaq deyil”

Emin Əmrullayev: “Məqsədimiz müəllimləri işdən çıxarmaq deyil”

Tarixi qələbədən sonra bu günü tətil elan etdilər – Video

Tarixi qələbədən sonra bu günü tətil elan etdilər – Video

Qədim dənizçilər ac qalsalar da, okeandan balıq tutub yemirdilər - Səbəb nə idi?

Qədim dənizçilər ac qalsalar da, okeandan balıq tutub yemirdilər - Səbəb nə idi?

Tiktoker Arzumun səhhəti pisləşdi – VİDEO

Tiktoker Arzumun səhhəti pisləşdi – VİDEO

Nazirdən sertifikasiyada uğursuz nəticə göstərən müəllimlərlə bağlı AÇIQLAMA

Nazirdən sertifikasiyada uğursuz nəticə göstərən müəllimlərlə bağlı AÇIQLAMA

Ağsu “perevalı”na “bomba” qoyan keçmiş məhkum həbs olundu

Ağsu “perevalı”na “bomba” qoyan keçmiş məhkum həbs olundu

Bir neçə itkin-şəhidin nəşi yaxın günlərdə ailələrinə təhvil veriləcək

Bir neçə itkin-şəhidin nəşi yaxın günlərdə ailələrinə təhvil veriləcək

Dövlət dəstəyi fermerlərin çəltikçiliyə marağını artırıb – FOTO-VİDEO

Dövlət dəstəyi fermerlərin çəltikçiliyə marağını artırıb – FOTO-VİDEO

End of content

No more pages to load

RADİO