Son günlər cəmiyyətdə ən çox müzakirə olunan məsələlərdən biri də ölkədəki inhisarçılığın ləğv olunmasının həyati əhəmiyyət kəsb etməsidir.
Deputat Vahid Əhmədov Moderator.az-a açıqlamasında məsələyə münasibət bildirib:
“Ölkədə manatın devalvasiyasından sonar prezident İlham Əliyev vətəndaşların güzaranını nisbətən yaxşılaşdırmaq, iqtisadi çətinliklərinin həll olunması üçün konkret göstərişlər verib. Bu çox yaxşı haldır. Biz bilirik ki, bu gün ölkənin bəzi sahələrində monopoliyalar mövcuddur, bu da süni şəkildə qiymət artımına səbəb olan başlıca amillərdəndir. Bildiyimiz kimi 30 dekabrda Gömrük Komitəsində kollegiya iclası keçirilib. İclasda ölkəyə gətirilən məhsulların sadələşdirilmiş bir pəncərə sistemi vasitəsi ilə həyata keçirilməsi planlaşdırılıb. İndi baxaq görək bu istiqamətdə hansı tədbirlər görülür, yalnız bundan sonra yaranmış yeni situasiya ilə bağlı fikir bildirmək olar”x9d.