“AzerGold”un təşkilatçılığı ilə Göygöldə səyyar tibbi müayinə aksiyası keçirildi – FOTO/VİDEO

“AzerGold” QSC və “Regional İnkişaf” İctimai Birliyinin (RİİB) birgə təşkilatçılığı, Bakı Sağlamlıq Mərkəzinin dəstəyi ilə Göygöl rayonunda üç gün davam edən səyyar tibbi müayinə aksiyası keçirilib.

“AzerGold” QSC və RİİB-in fəaliyyətinin 10 illiyi çərçivəsində təşkil olunan aksiya Göygöl rayonunun Tülallar, Zurnabad, Topalhəsənli və Gəncə kəndlərinin, eləcə də rayonun digər yaşayış məntəqələrinin sakinlərini əhatə edib. Aksiyanın ilk günü şəhid ailələrinin üzvləri, qazilər və müharibə iştirakçılarına həsr olunub.

Peşəkar həkim briqadası tərəfindən ümumilikdə 436 rayon sakininə tibbi xidmət göstərilib.

Sakinlər oftalmoloq, terapevt, otorinolarinqoloq (LOR), endokrinoloq, kardioloq, nevroloq, pediatr və ümumi cərrah müayinələrindən keçməklə yanaşı, ultrasəs müayinəsi (USM), exokardioqrafiya (EXO), elektrokardioqrafiya (EKQ), qanın və sidiyin ümumi analizi, qanda virus hepatitlərinin təyini, ambulator arterial təzyiq monitorinqi və qanda şəkər səviyyəsinin müəyyən edilməsi kimi diaqnostik xidmətlərdən də ödənişsiz yararlanıblar.

Aksiya çərçivəsində ilk dəfə olaraq rayon sakinlərinə müasir diaqnostik avadanlıqlarla təchiz edilmiş səyyar oftalmoloji klinikada da xidmət göstərilib. Burada ümumi göz müayinəsi, görmə diaqnostikası, gözdaxili təzyiqin ölçülməsi, gözün optik gücünün müəyyənləşdirilməsi və digər ixtisaslaşmış oftalmoloji xidmətlər həyata keçirilib.
 

Ümumilikdə aksiya müddətində rayon sakinlərinə 2 527 tibbi xidmət göstərilib. Müayinələr zamanı müxtəlif xəstəlik və sağlamlıq problemləri aşkarlanan vətəndaşlara müvafiq müalicə təyin olunub, əlavə müayinə və ixtisaslaşmış tibbi yardıma ehtiyacı olan şəxslərə isə aidiyyəti tibb müəssisələrinə müraciət etmələri tövsiyə edilib.


Qeyd edək ki, “AzerGold” QSC tərəfindən 2021-ci ildən etibarən mütəmadi olaraq həyata keçirilən səyyar tibbi müayinə aksiyalarının əsas məqsədi ucqar yaşayış məntəqələrində yaşayan əhalinin keyfiyyətli səhiyyə xidmətlərinə əlçatanlığının artırılması, xəstəliklərin erkən aşkarlanması və profilaktik müayinə mədəniyyətinin təşviqidir. Bu günədək keçirilmiş aksiyalar çərçivəsində ümumilikdə 2 936 nəfər sakinə 11 890 tibbi xidmət göstərilib.

 



















© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Bu tarixlərdə iş olmayacaq - AÇIQLANDI

Bu tarixlərdə iş olmayacaq - AÇIQLANDI

Rusiyada naməlum şəxs ovçulara atəş açıb, biri ölüb

Rusiyada naməlum şəxs ovçulara atəş açıb, biri ölüb

Bakıda biznesmenə qarşı 185 minlik DƏLƏDUZLUQ: 12 il sonra HƏBS OLUNDU

Bakıda biznesmenə qarşı 185 minlik DƏLƏDUZLUQ: 12 il sonra HƏBS OLUNDU

“Qalatasaray” ulduz futbolçu ilə razılığa gəldi – Rəsmi

“Qalatasaray” ulduz futbolçu ilə razılığa gəldi – Rəsmi

Təhsil haqqı artırıldı: bu şəxslərə güzəşt olunacaq – SİYAHI

Təhsil haqqı artırıldı: bu şəxslərə güzəşt olunacaq – SİYAHI

DİQQƏT! Bakı-Naxçıvan aviareysləri təxirə salındı – SƏBƏB

DİQQƏT! Bakı-Naxçıvan aviareysləri təxirə salındı – SƏBƏB

UEFA Çempionlar Liqası: "Sabah"ın oyunlarının təqvimi AÇIQLANDI

UEFA Çempionlar Liqası: "Sabah"ın oyunlarının təqvimi AÇIQLANDI

Gəlininin məzarını ziyarət edən qayınata faciəvi şəkildə həyatını itirdi

Gəlininin məzarını ziyarət edən qayınata faciəvi şəkildə həyatını itirdi

Rusiyanın Buçaya hücumu nəticəsində ölənlərin sayı 37 nəfərə çatdı -YENİLƏNİB - VİDEO

Rusiyanın Buçaya hücumu nəticəsində ölənlərin sayı 37 nəfərə çatdı -YENİLƏNİB - VİDEO

Bakıda 3 gün yağış yağacaq, leysan olacaq – XƏBƏRDARLIQ

Bakıda 3 gün yağış yağacaq, leysan olacaq – XƏBƏRDARLIQ

Sentyabrın 5-dən yeni tələb qüvvəyə minir – bu dəyişiklik kimlərə təsir edəcək?

Sentyabrın 5-dən yeni tələb qüvvəyə minir – bu dəyişiklik kimlərə təsir edəcək?

AAYDA vətəndaşlara müraciət etdi

AAYDA vətəndaşlara müraciət etdi

BQU-nun tələbələri bu universitetlərə köçürüldü - Siyahı

BQU-nun tələbələri bu universitetlərə köçürüldü - Siyahı

“Mən hələ də ona eyni sevgi ilə baxıram“

“Mən hələ də ona eyni sevgi ilə baxıram“

Gədəbəy dağlarında gizlənən iki minillik SİRR – Boyları 2 metr olan skeletlər aşkarlandı – FOTO

Gədəbəy dağlarında gizlənən iki minillik SİRR – Boyları 2 metr olan skeletlər aşkarlandı – FOTO

Məktəbi yarımçıq qoydu, 25 yaşında Avropanın ən gənc self-made milyarderi oldu

Məktəbi yarımçıq qoydu, 25 yaşında Avropanın ən gənc self-made milyarderi oldu

Doktorantlara hərbi xidmətdən möhlət verilir - Şərt

Doktorantlara hərbi xidmətdən möhlət verilir - Şərt

Beynəlxalq axtarışa verilmiş Azərbaycan vətəndaşı Gürcüstanda saxlanıldı - VİDEO

Beynəlxalq axtarışa verilmiş Azərbaycan vətəndaşı Gürcüstanda saxlanıldı - VİDEO

Azərbaycanda nağdsız ödənişlər ARTIB

Azərbaycanda nağdsız ödənişlər ARTIB

Kerem Bürsin əməliyyat olundu

Kerem Bürsin əməliyyat olundu

Tanınmış aparıcı AFFA-da fəaliyyətə başlayıb

Tanınmış aparıcı AFFA-da fəaliyyətə başlayıb

Həmin obraz tanınmış aktyora verildi

Həmin obraz tanınmış aktyora verildi

Alimlər gizli planet kəşf etdilər: Yerdən nə qədər uzaqlıqda yerləşir?

Alimlər gizli planet kəşf etdilər: Yerdən nə qədər uzaqlıqda yerləşir?

Bakıda və Abşeronda 21 marşrutun hərəkət sxemi dəyişdirildi – SİYAHI

Bakıda və Abşeronda 21 marşrutun hərəkət sxemi dəyişdirildi – SİYAHI

End of content

No more pages to load

RADİO