Nazirlikdən vergi ödəməyən müğənnilərə - Son xəbərdarlıq

"Şou-biznes nümayəndələrinin gəlir vergisi ödəməməsi uzun müddət davam etməyəcək". Bu sözləri vergilər nazirinin I müavini Natiq Əmirov mətbuata açıqlamasında bildirib. N. Əmirov bildirib ki, dünyada ən doğru vergiyə cəlb olunma mexanizmi əldə edilmiş gəlirlərə görə müəyyənləşdirilən vergilərdir:
 
"Yəni, hər kəs özünün qazandığı, əldə etdiyi gəlirlərinə münasib vergilərini ödəməlidir. Bunun üçün ən mühüm şərt gəlir və xərclərin şəffaf uçotunun aparılmasıdır. Bizim şou-biznes nümayəndələrinin əldə etdiyi gəlir və xərclərinin uçotu yoxdur. Bu insanlardan bir qismi obyektiv, digər qismi isə subyektiv səbəbdən bizə öz gəlir və xərclərinin uçotunu təqdim etməkdə həvəsli deyil. Bir sıra hallarda biz onların gəlirlərini əldə edə bilərik. Ən azı toyları müşahidə edə bilərik. Vergilər Nazirliyinin imkanı var ki, konkret bir musiqiçini nəzarətə götürsün və onun bütün toylarını izləsin, gəlirlərini hesablasın və buna müvafiq olaraq vergini hesablasın. 

Şou-biznes nümayəndələrindən gəlirləri və xərclərini bəyan etmələrini və vergiləri ödəmələri xahiş olunub, lakin bu da bir nəticə verməzsə, onların da vergiyə cəlb olunması üçün lazımi mexanizm tapılacaq”x9d (APA).

Qeyd edək ki, məşhur müğənnilərin vergidən yayınması haqda “Yeni Müsavat”x9dın Vergilər Nazirliyinə ünvanladığı sorğuya cavab olaraq bildirilmişdi ki, bu sahə ilə məşğul olan şəxslər fəaliyyətə başladıqları günədək yaşadıqları yer üzrə vergi orqanında vergi ödəyicisi kimi uçota alınmalıdırlar. Vergi Məcəlləsinin 218.1-ci maddəsinə əsasən, həmin şəxslərin ardıcıl 12 aylıq dövrün istənilən ayında (aylarında) vergi tutulan əməliyyatlarının həcmi 120.000 manat və ondan az olduqda onlar sadələşdirilmiş verginin ödəyicisi olmaq hüququna malikdirlər. Müğənnilik fəaliyyəti ilə bağlı əldə olunan gəlirlərdən Bakı şəhərində 4 faiz, digər şəhər və rayonlarda, habelə Naxçıvan Muxtar Respublikasında 2 faiz dərəcə ilə sadələşdirilmiş vergi ödənilir. 

Bu fəaliyyətlə məşğul olan şəxslər sadələşdirilmiş verginin ödəyicisi olmaq hüququndan istifadə etmədikləri halda, onlar gəlir vergisinin ödəyicisi olurlar və həmin şəxslərin bu fəaliyyətdən əldə etdikləri gəlirlərindən həmin gəlirin əldə edilməsi ilə bağlı çəkilmiş xərcləri çıxıldıqdan sonra, qalan məbləğ 20 faiz dərəcə ilə gəlir vergisinə cəlb edilir.
Şou-biznes nümayəndələrinin istəlinən ayda 120 min manat gəliri olarsa dövlət büdcəsinə əlavə gəlir ödənilməlidir.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Qazaxıstan rəsmisi: "Dindən şəxsi və eqoist məqsədlər üçün istifadə edənlər var"

Qazaxıstan rəsmisi: "Dindən şəxsi və eqoist məqsədlər üçün istifadə edənlər var"

Azərbaycan gələn il “Uşaq Avroviziyası”nda iştirak etməyəcək – Rəsmi açıqlama

Azərbaycan gələn il “Uşaq Avroviziyası”nda iştirak etməyəcək – Rəsmi açıqlama

Leyla Əliyevanın təşəbbüsü ilə daha bir çimərlik istifadəyə verildi - FOTOLAR

Leyla Əliyevanın təşəbbüsü ilə daha bir çimərlik istifadəyə verildi - FOTOLAR

Bakıda mühüm GÖRÜŞ: İtkin düşmüş şəxslərin taleyi müzakirə olundu - FOTO

Bakıda mühüm GÖRÜŞ: İtkin düşmüş şəxslərin taleyi müzakirə olundu - FOTO

Dövlət yerli buğda tədarükünə başlayır – Şərtlər

Dövlət yerli buğda tədarükünə başlayır – Şərtlər

Azərbaycan şahmatçılarının dünya reytinqində MÖVQEYİ AÇIQLANDI

Azərbaycan şahmatçılarının dünya reytinqində MÖVQEYİ AÇIQLANDI

750 milyardlıq saziş sabahdan QÜVVƏYƏ MİNİR

750 milyardlıq saziş sabahdan QÜVVƏYƏ MİNİR

Bibisinin qızını bıçaqladı, əmisinin nəvəsini isə öldürdü - MƏHKƏMƏ – VİDEO

Bibisinin qızını bıçaqladı, əmisinin nəvəsini isə öldürdü - MƏHKƏMƏ – VİDEO

TDT-yə üzv ölkələrin dini qurumlarının rəhbərləri Şuşa Kommünikesini İMZALADILAR – FOTO

TDT-yə üzv ölkələrin dini qurumlarının rəhbərləri Şuşa Kommünikesini İMZALADILAR – FOTO

Bakıda 77 və 91 nömrəli marşrutlar üzrə avtobuslar DƏYİŞDİRİLİR

Bakıda 77 və 91 nömrəli marşrutlar üzrə avtobuslar DƏYİŞDİRİLİR

Samvel Karapetyan Kipr və Rusiya vətəndaşlığından niyə imtina etmir? – VİDEO

Samvel Karapetyan Kipr və Rusiya vətəndaşlığından niyə imtina etmir? – VİDEO

Trampın arzusu 500 milyona BAŞA GƏLƏCƏK - FOTO

Trampın arzusu 500 milyona BAŞA GƏLƏCƏK - FOTO

Şuşa bu gün – “Danışan şəhər”in dəyişən siması – FOTO

Şuşa bu gün – “Danışan şəhər”in dəyişən siması – FOTO

400 min və 2 mənzil... - “QANPULU” DAVASI

400 min və 2 mənzil... - “QANPULU” DAVASI

Rusiyada yanacaq qiymətlərini belə GİZLƏTDİLƏR

Rusiyada yanacaq qiymətlərini belə GİZLƏTDİLƏR

Sərnişin təyyarəsi eniş edərkən dronla toqquşdu – FOTO

Sərnişin təyyarəsi eniş edərkən dronla toqquşdu – FOTO

İlham Əliyev: “Venesuelada zəlzələdə çoxsaylı insan tələfatı bizi son dərəcə sarsıtdı”

İlham Əliyev: “Venesuelada zəlzələdə çoxsaylı insan tələfatı bizi son dərəcə sarsıtdı”

“1xBet” platformasında qanunsuz mərc oyunları təşkil edən dəstə tutuldu - VİDEO

“1xBet” platformasında qanunsuz mərc oyunları təşkil edən dəstə tutuldu - VİDEO

Elvinin “Qarabağ”dan gedişi YENİDƏN GÜNDƏMDƏ

Elvinin “Qarabağ”dan gedişi YENİDƏN GÜNDƏMDƏ

"Ağlıma gəlməzdi ki, bu günləri görərəm" - VİDEO

"Ağlıma gəlməzdi ki, bu günləri görərəm" - VİDEO

XƏBƏRDARLIQ: Avropadakı anomal istilərdən relslər deformasiyaya uğrayır, asfalt əriyir

XƏBƏRDARLIQ: Avropadakı anomal istilərdən relslər deformasiyaya uğrayır, asfalt əriyir

Rojerio Santos yenidən “Kəpəz”ə QAYIDA BİLƏR

Rojerio Santos yenidən “Kəpəz”ə QAYIDA BİLƏR

Krımda yanacaq və işıq böhranı dərinləşir - Əhaliyə TƏCİLİ ÇAĞIRIŞ – VİDEO

Krımda yanacaq və işıq böhranı dərinləşir - Əhaliyə TƏCİLİ ÇAĞIRIŞ – VİDEO

Bu məhsulların ölkəyə girişinə qadağa qoyulur

Bu məhsulların ölkəyə girişinə qadağa qoyulur

End of content

No more pages to load

RADİO