İlqar Altay Tale Bağırzadə barəsində baş prokurora müraciət etdi

İctimai Tədqiqatlar Mərkəzinin rəhbəri, hüquqşünas-politoloq İlqar Altay Moderator.az vasitəsi ilə Azərbaycan Restpublikasının baş prokurorru Zakir Qaralova müraciət edib. Müraciətdə deyilir:


"Azərbaycan cəmiyyəti və hüquq mühafizə orqanları vahabi sünni-ekstremist təriqəti təmsilçilərinin zərərsizıəşdirilməsi ilə məşğul oldugu son illərdə, digər tərəfdən, ölkədə İran fars rejimi agenturası və təbligatının “çiçəklənməsi”x9d müşahidə olunmağa başlayıb. Zaman göstərir ki, bu şəbəkənin ölkəmizdəki fəaliyyət və imkanlar dairəsi kifayət qədər genişlənib.


Son bir ildə ölkə gündəmini qlobal iqtisadi krizisin təsirlərini aradan qaldırmaq və Milli Təhlükəsizlik və sair nazirliklərdə kök salmış cinayətkar yuvaların zərəsizləşdirilmək tədbirləri tutduğu çətin məqamda bizim cənub qonşumuz 5-ci kalonunu aktivləşdirmək fürsətçilliyinə əl atıb. Xüsusilə də, Aşura mərasimi ərəfəsi, aşura günü və ondan sonrakı dövrdə hər şey aydın oldu. Radikal fars islam xətti daşıyıcıları olan “hüseynçilər”x9din görünməmiş həddə təşkilatlanması, siyasiləşməsi, arxayınlaşması və aqressiv formada Azərbaycan dövlətçiliyi, xalqçılığı, vətənçiliyini saymazlığı, açıq təhdid xarakterli təzahürləri üzə çıxdı.


Təəssüflə qeyd etməliyəm ki, son illərdəki ictimai və dövlət təhlükəsizliyimiz nəzarətinin boşluğundan bəhrələnməklə neçə-neçə gəncimiz İranın Məşhəd və Qum-antiazərbaycan yuvalarında dini-siyasi “kurs”x9d və təlimlərə cəlb olunmuşdur. Azərbaycanın neçə-neçə gənc övladının özünə qarşı təbliğatlandırılması və beyinlərin fars şovinizmi maşınında yuyulması baş vermişdir. Bu gün açıq görünür ki, dövlətçilik və milli birliyimiz İran-fars rejiminin ölkəmizdə kök salmış siyasi-nizamlı mütəşəkkil radikal islamçı ideoloqları və onların itaətkarlarının sərt təhdidi qarşısında qalmışdır.


Hiss olunur ki, bu şəbəkə artıq hərəkətə keçmək üçün tam hazırdır və bunun üçün ölkəmizin azacıq təlatümü, büdrəməsi fürsətini gözləyirlər. Regiondakı son siyasi çalxalanmalar və bu cür şəbəkə və cərəyanlara nəzarətə məsul Milli Təhlükəsizlik Nazirliyi ətrafında silkələnmələrdən dərhal sonra bu təhlükıli cərəyanın görünməmiş cürətli aktivliyi bunun sübutudur.


Ölkədə artıq, geniş və təhlükəli vüsət almış bu şəbəkənin analiz və mahiyyəti böyük bir yazının, geniş ictimai müzakirənin mövzusudur. Mən bir ictimai təşkilat rəhbəri, hüquqşünas-tədqiqatçı kimi, konkret olaraq, fikrimi bu ifrat antiazərbaycançı cərəyanın son dövrlərdə əsas stimulverici fiquruna çevrilmiş, xa0özünü "Müsəlman birliyi hərəkatı" adlı dövlət qeydiyyatından keçməmiş təşkilatın sədri elan etmiş Tale Bağırzadə üzərində cəmləşdirmək istərdim.xa0 Onun bu son dövrdəki fəaliyyəti, çıxışları, möizələri barədə müşahidələrimi diqqətə çatdırmaq istərdim.


Taleh Bağırzadə 5 il fars rejimi ideologiyası yuvası olan, İranın Qum şəhərində dini təhsil alıb. Hər birisi 1 il olmaqla Məşhəd və Nəcəfdə(İraq) xa0xüsusi “kurs”x9d keçib. Təhsil alıb, beyninin yuyulub millət, vətən, xalq anlayışlarından uzaqlaşdırılmış bu gənc hazırda fanatizm dərəcəsində siyasi radikal islam-şiəliyini təmsil edir. Onun son dövrlərdəki bütün fəaliyyəti, çıxışları Azərbaycan dövlətçiliyi və xalqına qarşı olmaqla tam təxribat xarakterlidir. Davranış tərzi və ölkəmizi aşağılayıcı çümlələri fars rejiminin ideoloji kökünü təşkil edən ayətullahların dəst-xətti ilə eynilik təşkil edir.


Tale Bağırzadənin son dövrdəki bəzi çıxışlarına diqqət edək. xa0Aşuranı, bu adam Azərbaycan xalqının milli kimliyi hesab edir. Bu azərbaycançılığı, xalqın milli kimliyini heçə endirib, aparıb bir dinin hansısa azlıqda qalmış bir qolunun müqəddəs saydığı şəxslərinin matəminə bağlamaqdır. Ölkəni milli, dini bölücülükdür. T. Bağırzadə Azərbaycan dövlətçiliyinin mahiyyətini səfəviliyə və oradan da Kərbala faciəsinə, aşuraya və hüseynçiliyə bağlayır. Bu, dövlətin quruluşunun əsaslarına qarşı açıq çağırış deməkdir.


Tale Bağırzadə Azərbaycanda yalnız iki dini təriqətin: hüseynçilər, ya da düşmən, qaniçən yezidlər ola bilməsini bildirir. Demək, İslam dininə və Azərbaycan xalqına “hüseynçilik”x9ddən başqa bir yol tanımır. Bu yoldan kənar hər bir şəxsi özlərinə yezid-qanlı düşmən görür.xa0 İnsanların dini və təriqət seçimi azadlığına qarşı təhdiddir bu. Tale Bağırzadə icazəsiz, özbaşına xa0aksiyalar keçirən, polisə müqavimət göstərən dini radikal aksiyaçıların cəzalandırılması qarşılığında hüquq-mühafizə orqanlarını, dövlət strukturlarını qanlar tökmək və qanla boğacaqları çagırışını edir. Bu, ictimai asayişin pozulmasına, ümumi itaətsizliyə, kütləvi ixtişaşlara açıq çağırışdır.


Tale Bagırzadə çixişlarında “şiə-hüseynçilik”x9d təbliğatının ictimai-siyasi bağlılıqlı və yöndəmli olmasının vacibliyini açıq vurgulayır, siyasi müxalifət və elektoratını və hətta milli kimliklərini tanımadığı millətçiləri birliyə dəvət edir. Bu da onun təbliğatının əsasının təmiz din və iman yox, sifarişli siyasət təşkil etdiyinə, din pərdəsi altında siyasət apardığına dəlalət edir. Bu səpgili qanuna və dövlətçiliyəzidd şüar və çıxışlar sırasını genişləndirmək olar.


Beləliklə, Tale Bağırzadə Azərbaycandakı sifarişli ifrat fəaliyyəti ilə milli dəyərlərimizə, xalqın qururuna, vətəndaş cəmiyyəti sisteminə və dövlətçiliyimizə qarşı açıq təhdidlər edir. Belə pozucuxa0 fəaliyyəti onun dərs aldığı İran islam Respublikası və yaxud da istənilən ölkədə kimsə aparsaydı dərhal ən sərt formada zərəsizləşdirilərdi. Azərbaycan kimi, dini tolerant, dünyəvi ölkə kimi tanınan məkanda bu yolverilməzdir. Açıq görünür ki, mənbəyini modern fars siyasi şiə-islamçılığından götürən bu aqressiv “heseynçi”x9d xətti Azərbaycanın ata-baba şiəliyinə, ənənəvi aşura mərasimi adətlərinə yaddır və ümumiyyətlə isam dininə yaddır.


Hesab edirəm ki, Azərbaycan vətəndaş cəmiyyəti Tale Bağırzadənin ictimai zərərli, ekstremist fəaliyyəti, çagırışlarına qarşı geçikmədən lazımi reaksiya verməlidir. Xüsusən, bu məsuliyyətli anda milli-dövlətçilik zəminində fəaliyyətlərini qurmuş ictimai-siyasi xadimlərin, siaysi partiyaların, ictimai təşkilatlar və milli-vətənpərvər gənclərin bu anda reaksiyalarına ehtiyac yaranlb. Niyə, milli-vətənpərvər yönlü gənclərimiz və onların təşkilatları yığışıb, piket və mitinqlər keçirib, bu yadelli radikal ideoloğıya yayıcısının cavabını vermirlər?


Bəzi siyasi partiyalar, ictimai birliklər və ictimai xadimlərin radikal fars şovinizminin bu siyasi dələduzu, fırıldaqçı təmsilçisinin şirnikləndirici “antihakimiyyət birliyi”x9d həvəsləndirmələrinə uyması təəccüblüdür. Xalq birliyi adı ilə danışan T. Bağırzadənin sadəcə bir çıxışına diqqət etmək kifayətdir ki, çıxışında bildirir: bu ölkədə hakimiyyətə gələn qüvvə mütləq “hüseynçi-aşura”x9d təfəkküründə olmalıdır! Bunların bu fanat mənşəli sərsəm iddialardan xəbərləri varmı?


Hesab edirəm ki, Tale Bağırzadənin hüquqazidd pozucu fəaliyyəti və dövlətçiliyə zərərli əməllərinə qarşı Baş Prokurorluq müvafiq zəruri tədbirlər görməlidir. Azərbaycan Respublikasının Baş Prokuroru Zakir Qaralova mətbuat vasitəsilə müraciət edib, xahiş edirəm ki, Tale Bağırzadənin fəaliyyətinin araşdırılması, onun əməllərinin qanunazidd tərəflərinə hüquqi qiymət verilməsi və onun cinayət məsuliyyətinə cəlb olunması barədə təcili tədbirlər görülsün.


Əminəm və bu da tam müşahidə olunur ki, Azərbaycan xalqı və ictimaiyyəti radikal siyasi islamçılığın, “hüseynçiliyin”x9d son dövrlərdəki aqressiv, təhlükəli davranışından narahatçılıq keçirir. Bu antidövlət və antiictimai təhdidlərin, çağırışların qarşısının ictimai qınaq və hüquqi təsirlər yolu ilə alınmasını istəyir".

xa0

xa0

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

"Ramala görə hamı əsəb keçirirdi..." - Xalq artisti olan bibisi DANIŞDI

"Ramala görə hamı əsəb keçirirdi..." - Xalq artisti olan bibisi DANIŞDI

Rusiyada dövlət böyüklüyündə torpaq sahələri SATILIR

Rusiyada dövlət böyüklüyündə torpaq sahələri SATILIR

İranda ölənlərin SAYI açıqlandı: ABŞ-İsrail zərbələrindən...

İranda ölənlərin SAYI açıqlandı: ABŞ-İsrail zərbələrindən...

Həcc mövsümündə Səuddiyə Ərəbistanına gedənlərə XƏBƏRDARLIQ: Cərimələnə bilərsiniz

Həcc mövsümündə Səuddiyə Ərəbistanına gedənlərə XƏBƏRDARLIQ: Cərimələnə bilərsiniz

Bakı Bulvarında Caz və Şərab Festivalı başlayır - FOTOLAR

Bakı Bulvarında Caz və Şərab Festivalı başlayır - FOTOLAR

Günlük 50 manatdan 1000 manatadək: dənizkənarı kirayə bazarında REAL QİYMƏTLƏR

Günlük 50 manatdan 1000 manatadək: dənizkənarı kirayə bazarında REAL QİYMƏTLƏR

Zelenski 90 MİLYARD avronu hara xərcləyəcəyindən DANIŞDI

Zelenski 90 MİLYARD avronu hara xərcləyəcəyindən DANIŞDI

Təqaüdə çıxdıqdan sonra özünü daha yaxşı hiss edəcək BÜRCLƏR

Təqaüdə çıxdıqdan sonra özünü daha yaxşı hiss edəcək BÜRCLƏR

ABŞ-da ticarət mərkəzində kütləvi ATIŞMA: hamı təxliyə edildi

ABŞ-da ticarət mərkəzində kütləvi ATIŞMA: hamı təxliyə edildi

TRAMP bu danışıqlarda iştirak edəcək - səfirləri ŞƏXSƏN qarşılayacaq

TRAMP bu danışıqlarda iştirak edəcək - səfirləri ŞƏXSƏN qarşılayacaq

İsrail-Livan danışıqlarında YENİ MƏRHƏLƏ: İkinci raund Ağ Evdə olacaq

İsrail-Livan danışıqlarında YENİ MƏRHƏLƏ: İkinci raund Ağ Evdə olacaq

Şəbnəm qızının yol hərəkəti qaydalarını pozmasından DANIŞDI: “Videonu mən çəkmişdim” - VİDEO

Şəbnəm qızının yol hərəkəti qaydalarını pozmasından DANIŞDI: “Videonu mən çəkmişdim” - VİDEO

Gəncədə dəm qazından zəhərlənmə ilə bağlı DETALLAR: Adlar məlum oldu

Gəncədə dəm qazından zəhərlənmə ilə bağlı DETALLAR: Adlar məlum oldu

Bəqayi: İranın nüvə bombası 20 illik qondarma bir XƏYALDIR

Bəqayi: İranın nüvə bombası 20 illik qondarma bir XƏYALDIR

60 yaşı olan Xalq artisti qızı ilə bağlı arzusundan yazdı

60 yaşı olan Xalq artisti qızı ilə bağlı arzusundan yazdı

“Abşeron Lions” “Neftçi”yə qalib gəldi

“Abşeron Lions” “Neftçi”yə qalib gəldi

İranlı diplomatdan diqqətçəkən AÇIQLAMA: İran QALİBDİR

İranlı diplomatdan diqqətçəkən AÇIQLAMA: İran QALİBDİR

Gəncədə dəm qazından ZƏHƏRLƏNMƏ: ölən var

Gəncədə dəm qazından ZƏHƏRLƏNMƏ: ölən var

Tramp: "İrana nə edirəmsə, yaxşı nəticə verir"

Tramp: "İrana nə edirəmsə, yaxşı nəticə verir"

«Beşiktaş”dan İtaliya klubuna 15 milyonluq təklif

«Beşiktaş”dan İtaliya klubuna 15 milyonluq təklif

Səhər qəhvəsini faydalı edəcək TƏRKİB

Səhər qəhvəsini faydalı edəcək TƏRKİB

Maksimum bal toplayan BƏXTİYAR: harda oxumaq istədiyindən DANIŞDI

Maksimum bal toplayan BƏXTİYAR: harda oxumaq istədiyindən DANIŞDI

Ermənistanda TÜRKİYƏ BAYRAĞI yandırıldı: Paşinyan DƏRHAL reaksiya verdi - VİDEO

Ermənistanda TÜRKİYƏ BAYRAĞI yandırıldı: Paşinyan DƏRHAL reaksiya verdi - VİDEO

Tehran HHM sistemlərini işə SALDI - Hücum təhlükəsi var?

Tehran HHM sistemlərini işə SALDI - Hücum təhlükəsi var?

End of content

No more pages to load

RADİO