Namaz qılmayan Cənnətə girə bilərmi?..

"Qiyamət günü insanın ilk soruşulacağı əməli namazdır, əgər namazları öz qaydasında olarsa, qalib gəlib nicata çatar, yox əgər öz qaydasında olmazsa, uduzub xəsarətə uğrayar..."
 
Günümüzdə bir çox insanlar yaxşılıq etmək, ürəyi təmiz olmaq, paxıllıq etməmək və s. yaxşı əməllərin Cənnətə girmək üçün kifayət olduğunu, namazın isə vacib olmadığını düşünürlər. Halbuki Uca Allah namazı əmr etmiş və bunu əvəz edəcək heç bir əməl olmadığını bizə açıq-aydın bildirmişdir. Uca Allah buyurur:
 
"Kitabdan sənə vəhy olunanları oxuyub namaz qıl! Həqiqətən, namaz çirkin və yaramaz işlərdən çəkindirir". (əl-Ənkəbut, 45).
 
Peyğəmbər (salləllahu aleyhi və səlləm) demişdir: "Qiyamət günü insanın ilk soruşulacağı əməli namazdır, əgər namazları öz qaydasında olarsa, qalib gəlib nicata çatar, yox əgər öz qaydasında olmazsa, uduzub xəsarətə uğrayar". (ət-Tirmizi, 413; ən-Nəsəi, 1/232; Əbu Dəvud, 864).
 
O, həmçinin demişdir: "Uca Allah bəndələrinə beş vaxt namaz fərz etmişdir. Kim bu namazları qılıb, heç bir naqisliyə yol vermədən, qədrini alçaltmadan yerinə yetirərsə, cənnətə daxil olacağı haqqında Allah yanında əhdi olar. Kim bu namazları qılmazsa, Allah yanında əhdi olmaz. İstəsə ona əzab verər, istəsə də onu bağışlayar". (Əbu Dəvud, 1276).
 
Uca Allah buyurur:
 
"Onlardan sonra namazı tərk edib şəhvətə uyan bir nəsil gəldi. Onlar (Cəhənnəmdəki) Ğayy dərəsinə atılacaqlar". (Məryəm, 59).
 
"(Qiaymət günü) günahkarlar barəsində (belə deyiləcək). Sizi Səqərə salan nədir? Onlar deyəcəklər: "Biz namaz qılanlardan deyildik...". (əl-Muddəssir, 41-43).
 
Bəzi insanlar namazın vacibliyini qəbul edərək "hələ vaxta var, sonra namaz qılaram" - deyə düşünürlər, bu isə ömrün uzun olacağı barədə zənn və aldadılmadır. Əslində kimdən "sabah başına pis hadisə gəlməyəcəyinə zəmanət verə bilərsənmi?" soruşsaq, "Xeyr" cavabını verər. Bu xüsusda Uca Allah buyurur:
 
"Heç kəs sabah nə qazanacağını bilə bilməz; heç kəs harada öləcəyini də bilməz. Allah isə, şübhəsiz ki, Biləndir, Xəbərdardır". (Loğman, 34).
 
"Birinizin ölümü çatıb: "Ey Rəbbim! Mənə bir az möhlət versəydin, sədəqə verib salehlərdən olardım!" – deməmişdən əvvəl sizə verdiyim ruzidən Allah yolunda xərcləyin. Bilin ki, Allah əcəli çatan heç kəsə möhlət verməz. Allah sizin nə etdiklərinizdən xəbərdardır!" (əl-Munəfiqun, 10-11).
 
Ona görə də hər kəs ona verilən fürsətdən istifadə edərək gecikmədən Rəbbinin razılığını və Cənnəti qazanmaq üçün çalışmalı, başda namaz olmaqla xeyirli əməllərini artırmalıdır...
 
Zikr.az
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

BÜRCÜNÜZÜN hansı gizli gücü var?

BÜRCÜNÜZÜN hansı gizli gücü var?

Dünyanın ƏN BAHALI futbol klublarının yeni reytinqi açıqlandı

Dünyanın ƏN BAHALI futbol klublarının yeni reytinqi açıqlandı

"Azərişıq" paytaxt və Sumqayıt sakinlərinə XƏBƏRDARLIQ ETDİ

"Azərişıq" paytaxt və Sumqayıt sakinlərinə XƏBƏRDARLIQ ETDİ

Azərbaycanda uşaqların tərbiyəsi ilə bağlı PROBLEM: Psixoloq çıxış yolunu göstərdi - VİDEO

Azərbaycanda uşaqların tərbiyəsi ilə bağlı PROBLEM: Psixoloq çıxış yolunu göstərdi - VİDEO

Mahir Emreli “Rakuv”da növbəti qolunu vurdu

Mahir Emreli “Rakuv”da növbəti qolunu vurdu

Niyə isti havalarda aclıq hissi az olur?

Niyə isti havalarda aclıq hissi az olur?

Vuçiç növbədənkənar parlament seçkilərinin vaxtını açıqladı

Vuçiç növbədənkənar parlament seçkilərinin vaxtını açıqladı

Gürzəni öldürən Neftçala sakini özü də öldü - FOTO

Gürzəni öldürən Neftçala sakini özü də öldü - FOTO

Pul və bolluğu necə cəlb etmək olar? - Numerologiyaya görə...

Pul və bolluğu necə cəlb etmək olar? - Numerologiyaya görə...

"Qarabağ" Niderlandda "Tvente"ni məğlub etdi - VİDEO

"Qarabağ" Niderlandda "Tvente"ni məğlub etdi - VİDEO

Anomal istilər Fransanın nüvə reaktorlarını sıradan çıxardı

Anomal istilər Fransanın nüvə reaktorlarını sıradan çıxardı

Ruslar “Formula 1” üçün Azərbaycana AXIN EDƏCƏKLƏR

Ruslar “Formula 1” üçün Azərbaycana AXIN EDƏCƏKLƏR

Metroya görə universitetlər dərs qrafikini DƏYİŞƏCƏK?

Metroya görə universitetlər dərs qrafikini DƏYİŞƏCƏK?

Hər şeyi təkbaşına həll etməyə çalışan 4 BÜRC

Hər şeyi təkbaşına həll etməyə çalışan 4 BÜRC

Perunun cənubunda GÜCLÜ ZƏLZƏLƏ oldu

Perunun cənubunda GÜCLÜ ZƏLZƏLƏ oldu

Xarkovda azərbaycanlı rəssamın emalatxanası dronla vuruldu - FOTO

Xarkovda azərbaycanlı rəssamın emalatxanası dronla vuruldu - FOTO

Tövlədə mal-qaranı yemləyərkən həyatından oldu

Tövlədə mal-qaranı yemləyərkən həyatından oldu

Piratlar Türkiyə üçün silah daşıyan gəmini ƏLƏ KEÇİRDİ

Piratlar Türkiyə üçün silah daşıyan gəmini ƏLƏ KEÇİRDİ

Rasifin qətli ilə bağlı detallar açıqlandı - VİDEO

Rasifin qətli ilə bağlı detallar açıqlandı - VİDEO

İrandan xarici qüvvələrə xəbərdarlıq: "Regionu tərk edin!"

İrandan xarici qüvvələrə xəbərdarlıq: "Regionu tərk edin!"

ABŞ Qətərə 4,5 milyard dollarlıq tanker təyyarəsi satır

ABŞ Qətərə 4,5 milyard dollarlıq tanker təyyarəsi satır

Tiktoker “Bəniz” azadlığa çıxır? – Vəkilindən açıqlama

Tiktoker “Bəniz” azadlığa çıxır? – Vəkilindən açıqlama

Mais Ağayev bu TV-yə rəhbər təyin olundu

Mais Ağayev bu TV-yə rəhbər təyin olundu

"Hamı məktəbli formasını Tamirin mağazasından alsın!" - VİDEO

"Hamı məktəbli formasını Tamirin mağazasından alsın!" - VİDEO

End of content

No more pages to load

RADİO