"Bu uçuş aparatı meteoroloji məqsədlərlə istifadə edilir və qərb küləklərinin təsirindən təsadüfən ABŞ hava məkanına daxil olub..."
Çinin fevral ayında vurulan hava şarı ABŞ-ın bir neçə məxfi hərbi obyektlərindən, prezident Co Bayden administrasiyasının verilməsini əngəlləmək cəhdlərinə rəğmən, kəşfiyyat məlumatlarını toplamağa macal tapıb.
Moderator.az xəbər verir ki, bu barədə Amerikanın "NBC-news" telekanalı məlumat yayıb.
Adlarının açıqlanmasını istəməyən rəsmi şəxslərin deməsinə görə, Çin kəşfiyyatı silah sistemlərindən elektron siqnallar formasında və ya hərbi bazaların əməkdaşlarının məlumatlarından onu maraqlandıran informasiyanı əldə edib.
Aerostatda casusluq üçün foto və videotexnika quraşdırılmayıb. Çin mütəxəssisləri hərbi bazalar üzərində bəzən "səkkizlik" formasında çoxsaylı uçuşlar həyata keçirərək, gerçək zaman rejimində kəşfiyyat məlumatlarını Pekinə ötürüb, telekanal iddia edir.
Məlumata görə, Çin ABŞ prezidenti administrasiyası yayımlanan siqnalları bloklamağa cəhd etməsəydi, daha çox məxfi məlumat əldə edə bilərdi.
Amerika KİV-lərinin məlumatına görə, Çinin "casus zondu" fevralın 1-də Montana ştatının ərazisi üzərində görünüb. Orada ABŞ HHQ-nin "Malmstorm" bazası və nüvə raketlərinin şaxtaları var.
Fevralın 3-də Pentaqon nümayəndəsi Patrik Rayder məlumat verib ki, nazirlik artıq bir neçə gündür ki, zondun yerdəyişməsini izləyir.
Çin XİN-də aerostatın ÇXR-ə məxsus olduğu təsdiq edilib. Nazirlik təəssüf hissi ifadə edib və məlumat verib ki, bu uçuş aparatı meteoroloji məqsədlərlə istifadə edilir və qərb küləklərinin təsirindən təsadüfən ABŞ hava məkanına daxil olub.
Cəbubi Karolinaya uçanadək hava şarı bir neçə gün Montana ştatının üzərində olub, orada bir sıra mühüm strateji obyektlər yerləşir.
Üç məktəbli avtobusu ölçüsündə olan şar 15 min metrdən çox hündürlükdə uçub. Co Bayden administrasiyası şarı ABŞ-ın hava məkanına yönəldən Çinin hərəkətlərini qəbuledilməz adlandırıb.
Bundan öncə xəbər verilib ki, fevralın 4-də Amerika HHQ Çinin bir neçə gün ərzində ABŞ hava məkanında olan casus şarını vurub. Müvafiq əmr prezident Co Bayden tərəfindən verilib.
Bəzi məlumatlara görə, obyekt Cənub Karolina ştatının Atlantik sahili üzərində Amerika qırıcılarının biri ilə məhv edilib.
Aerostatın qalıqlarının düşə biləcəyi mümkün rayona eyni zamanda bir neçə gəmi yaxınlaşıb ki, onlar batanadək maksimal sayda toplamaq mümkün olsun.
Bu məqsədlə ABŞ Hərbi-Dəniz Qüvvələrinin gəmilərinin birinin- "Karter Holl"-un bortunda 30 tonluq kran yerləşdirilib.