“Münhen Təhlükəsizlik Konfransı diplomatiyamızın növbəti böyük uğuru oldu”

Fəzail Ağamalı: “Prezident İlham Əliyev Azərbaycan həqiqətlərini cəsarət və qətiyyətlə dünya ictimaiyyətinin diqqətinə çatdırdı”
 
“Paşinyan unikal və beynəlxalq miqyaslı yalançıdır”
 
“Onun Ermənistanla Türkiyə arasında siyasi razılaşmaların əldə edildiyi ilə bağlı dedikləri də yalandan başqa bir şey deyil”
 
Millət vəkili Fəzail Ağamalı Moderator.az-a müsahibəsində Münhen Təhlükəsizlik Konfransı ilə bağlı sualları cavablandırıb. Müsahibəni oxucuların diqqətinə çatdırırıq:
 
- Fəzail bəy, öncə Münhen Təhlükəsizlik Konfransı ilə bağlı düşüncələrinizi bilmək istərdik. Sizcə bu konfrans daha çox nə ilə yadda qaldı?
 
- Münhen Təhlükəsizlik Konfransında Prezident İlham Əliyev davamlı olaraq iştirak etməkdədir. Dövlət başçısı olduqca ciddi platforma olan Münhen Təhlükəsizlik Konfransında Azərbaycan həqiqətlərini həm platformanın təşkilatçılarına və onun auditoriyasında olan insanlara, həm də bütün dünyaya çatdırmaq üçün səmərəli şəkildə istifadə etməkdədir. 
 
SonuncuMünhen Təhlükəsizlik Konfransında cənab Prezidentin iştirakı kifayət qədər məhsuldar və zəngin oldu. Ilk növbədə gözələnilməz görüşün şahid olduq Münhen Təhlükəsizlik Konfransının başladığı birinci günündə ABŞ-ın dövlət katibi Antoni Blinkenin təşəbbüsü ilə Azərbaycan və Ermənistan rəhbərlərinin bir araya gəlməsi ciddi hadisə kimi dəyərləndirilməlidir. Cənab Prezident bu görüşdə bir daha Azərbaycanın Qarabağ və Ermənistanla münaibətlərin bərpası ilə bağlı prinsipial mövqeyini ortaya qoydu. Ermənistanın bütün bəhanələrədn əl çəkərək sülhə, təhlükəsizliyə hazır olduğunu nümayiş etdirmək üçün cəsarətli addım atmasının vacibliyi önə çəkildi. 
 
Azərbaycan tərəfindən beynəlxalq hüquq normalarına söykənən sülh sazişinin bağlanması uzun müddətdir ki, irəli sürülüb. 5 maddədən ibarət təkliflər həm Ermənistan, həm də ABŞ-a göndərilib. Eyni zamanda, bu görüşdə Azərbaycanın haqqa, ədalətə söykənən mövqeyi cənab Prezident tərəfindən önə çəkildi. 
 
Azərbaycanın dövlət başçısı tərəfindən atılan mühüm addımlardan  biri də  Ermənistanla Azərbaycan arsında nəzarət-buraxılış məntəqəsinin yaradılması təklifini irəli sürməsi oldu.
 
Bildiyiniz kimi, Laçın yolu ətrafında manipulyasilyalar gedir. Həm Ermənistan, həm də onun yanında olan ayrı-ayrı dövlətlər guya Laçın yolunun bağlandığını önə çəkməyə çalışırlar. BMT-dən tutmuş ən müxtəlif platformalarda bu yalanı irəli sürürlər. Prezident İlham Əliyev Blinkenlə görüşündə də Laçın yolunun açıq olduğunu konkret faktlarla diqqətə çatdırdı. Təbii ki, bu həqiqət ABŞ-a da məlumdur. Onlar peyklər vasitəsi ilə ərazini müşahidə edərək heç bir blokadadan söhbət getmədiyini aydın şəkildə görürlər. Hər gün bu yoldan müxtəlif təyinatlı avtomobillər istifadə edir. Aydındır ki, Ermənistanın mənasız və əsassız fikirlərinə son qoymaq, Azərbaycana gələ biləcək yük və insanların süzcəkdən keçirilərək ölkə ərazinə buraxılmasına xidmət edən nəzarət-buraxılış məntəqəsinin yaradılması olduqca cəlbedici və beynəlxalq hüquq normalarına söykənən bir addım olar. Ölkə başçısının da dediyi kimi, həm Ermənistan-Azərbaycan sərhəddi boyu, həm də gələcəkdə Zəngəzurda  hər iki tərəfdən belə bir nəzarət-buraxılış məntəqəsinin yardılması bir çox baxımdan böyük önəm kəsb edər. Bu, son dərəcədə ciddi və əsaslandırılmış təklifdir.
 
 "Dağları aşmaq? Cənubi Qafqazda təhlükəsizliyin qurulması" mövzusundakı plenar iclasda Azərbaycan, Ermənistan və Gürcüstan rəhbərlərinin eyni platformada görüşməsi tarixi bir hadisədir. İlk dəfə olaraq müstəqillik qazandıqdan sonra belə bir platformada üç lider bir araya gəldi. Bu, üç dövlətin gələcək əməkdaşlığının təməlidir. Əgər Ermənistan özünü normal bir dövlət kimi aparsa, Paşinyan həm də öz xalqının gələcəyini nəzərə alsa, o zaman bu platformada faydalı əməkdaşlıq aparmaq olar.
 
- Paşinyan Münhen Təhlükəsizlik Konfransındakı çıxşında Türkiyə ilə Ermənistan arasında bəzi siyasi razılaşmalaırn əldə olunduğunu vurğuladı. Sizcə Paşinyanın bu barədə dediklərinə inanmaq, etibar etmək olarmı?
 
- Paşinyan unikal və beynəlxalq miqyaslı yalançıdır. Bu, moderator tərəfindən verilən suallara cavabında da özünü göstərdi. Sualı bir kənara qoyub mənasız, məntiqsiz fikirlər səsləndirdi. Paşinyan platformanın, ora qatılan insanların səviyyəsinə hörmət qoymadan açıq aşkar yalan danışdı. Paşinyanın guya Ermənistanla Türkiyə arasıdna hansısa siyasi razılaşmanın əldə edilməsi ilə bağlı dedikləri də yalana söykənir. 
 
Iki dövlət arasında münasibətlərin nprmallaşması üçün nümayəndələr müəyyənəşib. Bu nümayəndələrin bir neçə görüşü keçirilib. Sərhədlərin açılması ilə bağlı hər hansı sənəd imzalanmayıb. Trükiyədə baş verən zəlzələdən istifadə edən Ermənistan qardaş ölkəyə müraciət etdi. Türkiyə isə ciddi bir dövlət kimi bu müraciəti normal qarşıladı. Bütövlükdə isə, aydındır ki, Türkiyənin Ermənistanın nə yarıdımına, nə də xilasedicilərinə ehtiyacı yoxdur. 
 
Mətbuatda erməni xialsedicilərin zəlzələ bölgəsində soyğunçuluqla məşğul olması ilə bağlı məlumatlar yer aldı. Bu məlumatlar təkzib edilmədi. Deməli, bu barədə yazılanlar doğrudur.
 
Daha sonra Ermənistanın xarici işlər naziri Türkiyəyə səfər etdi. Türkiyənın xarici işlər naziri ilə görüşdü. Münasibətlərin normallaşması üçün gərəkli addımların atılması qeyd olundu. Türkiyə tərəfindən bir daha Çavuşoğlu səviyyəsində qeryd olundu ki, Ermənistan Türkiyə ilə münasibətləri normallaşdırmaq, sərhədlərin açılmasına nail olmaq istəyirsə, Azərbaycanla münasibətləri normalaşdırmalıdır. Başsqa sözlkıə desək, Ermənistan Azərbaycanla münasibətləri normallaşdırmadan, Türkiyə ilə hər hansı münasibətlər yaratması, diplomatik münasibətlər qurması mümkün olmayacaq.
 
- Prezident İlham Əliyevin Münhen Təhlükəsizlik Konfransındakı iştirakı və səsləndirdiyi fikirlər həm də Azərbaycan reallıqlarının dünyaya çatdırılması baxımından önəmli oldu. 
 
- Şübhəsiz. 
 
Konfransın sonuncu plenar iclasların birində üç dövlət başçısnın iştirakı gələck münasibətlərin bu formatda inkişafı baxımından atılan mühüm addım idi. Moderatorun özü hər halda gözlədiyimiz səviyyədə bu platformanı apara bilmədi. O, daha çox Cənubi Qafqazın təhlükəsizliyinin qorunması ilə bağlı suallar ünvanlamalı idi. Lakin o bunu etmədi. Saakaşvilinin məsələsini qoydu, Azərbaycanla bağlı fərqli sual ünvanladı, Ermənistanın yanında olduğunu nümayiş etdirdi. Paşinyanın dolaşıq, qeyri-müəyyən, məntiqsiz, sualların mahiyyətindən kənar cavablarına reaksiya vermədi. Ancaq buna baxmayaraq, cənab Prezident bir daha Azərbaycanın haqqa, ədalətə söykənən mövqeyini ortaya qoydu. Aparmış olduğumuz 44 günlük Vətən müharibəsinin ədalətli müharibə olduğunu, işğaldakı torpaqların azadlığına xidmət etdiyini konkret faktlarla diqqətə çatdırdı. Eyni zamanda, Ermənistanın sürüşkən mövqeyinə toxunaraq 28 il sülh danışqıalrının bir nəticə vermədiyini, indi də bu nəticənin verilməsində Ermənistanın lazımi iradə göstərmədiyini Paşinyanın üzünə dedi. Dövlət  başçısı Ermənistanın sülh sazişi imzlamaqdan yayındığını, Azərbaycanın daxili işlərinə qarışmağa cəhd etdiyini, onun ərazi bütövlüyünüə bu gün də hörmət qoymaq istəmədiyini auditoriyanın diqqətinə çatdırdı. 
 
Azərbaycanın dövlət maraqlarına, strateji və milli maraqlarına söykənərək cəsarətli, qətiyyətli, bütün auditoriyaya qəbul etdirə biləcəyi fikirlər səsləndirdi. 
 
Cənab Prezidentin Münhen Təhlükəsizlik Konfransında iştirakı vacib idi. Necə ki, dövlət başçısı da bunu dəfələrlə qeyd etdi. Keçirilən bütün görüşlər Azərbaycan həqiqətlərinin dünyanın diqqətinə çatdırılması son dərəcə əhəmiyyətli idi. Əminliklə bildirirəm ki, cənab Prezidentin Münhen Təhlükəsizlik Konfransında iştirakı və səsləndirdiyi fikirlər Azərbaycan diplomatiyasının növbəti uğuru oldu.
 
Seymur ƏLİYEV
 
 
 
 
 
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Yağışlı havada evdə səmərəli vaxt keçirmək üçün TÖVSİYƏLƏR

Yağışlı havada evdə səmərəli vaxt keçirmək üçün TÖVSİYƏLƏR

Kaşpirovski vəfat etdi

Kaşpirovski vəfat etdi

Aparıcı Çinarə həkim ərinin yeni bahalı maşınını nümayiş etdirdi - (Video)

Aparıcı Çinarə həkim ərinin yeni bahalı maşınını nümayiş etdirdi - (Video)

Saçları fensiz düz saxlamağın ən rahat üsulu – yumamışdan qabaq bunları edin

Saçları fensiz düz saxlamağın ən rahat üsulu – yumamışdan qabaq bunları edin

Bakıda bu avtomobil yolu birdəfəlik bağlanır - Tarix açıqlandı

Bakıda bu avtomobil yolu birdəfəlik bağlanır - Tarix açıqlandı

Təcavüzə məruz qalan 23 yaşlı azərbaycanlını Pakistana aparan biznesmen kimdir? – FOTO

Təcavüzə məruz qalan 23 yaşlı azərbaycanlını Pakistana aparan biznesmen kimdir? – FOTO

“O, həmişə əfsanə olaraq qalacaq” - Foto

“O, həmişə əfsanə olaraq qalacaq” - Foto

"Estetika memuarları" - Azərbaycan estetikasının yaddaşına yazılan kitab (FOTO)

"Estetika memuarları" - Azərbaycan estetikasının yaddaşına yazılan kitab (FOTO)

Göyçayda güclü yağışın törətdiyi fəsadlar – FOTO/VİDEO

Göyçayda güclü yağışın törətdiyi fəsadlar – FOTO/VİDEO

Hansı hallarda dini kəbinə icazə verilir? – Şərtlər AÇIQLANDI

Hansı hallarda dini kəbinə icazə verilir? – Şərtlər AÇIQLANDI

Sərxoş vəziyyətdə tramvayı qaçırdı – VİDEO

Sərxoş vəziyyətdə tramvayı qaçırdı – VİDEO

Qubadlı rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə Beynəlxalq Müəllimlər Gününə həsr olunan tədbir keçirildi – FOTO

Qubadlı rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə Beynəlxalq Müəllimlər Gününə həsr olunan tədbir keçirildi – FOTO

Sabah da yağış YAĞACAQ

Sabah da yağış YAĞACAQ

Onu görəndə almanlar gizlənməyə yer axtarırdı – “Uçan tank”ın inanılmaz tarixçəsi

Onu görəndə almanlar gizlənməyə yer axtarırdı – “Uçan tank”ın inanılmaz tarixçəsi

Gecə yatarkən işığı söndürməyənlərə XƏBƏRDARLIQ

Gecə yatarkən işığı söndürməyənlərə XƏBƏRDARLIQ

2026-cı ilin ən yaxşı Çin avtomobilləri bəlli oldu

2026-cı ilin ən yaxşı Çin avtomobilləri bəlli oldu

Yeni sistemə keçid: Kassirlərin dövrü başa çatır?

Yeni sistemə keçid: Kassirlərin dövrü başa çatır?

Telefonu necə düzgün şarj etməli: İndiyədək səhv bilirmişik

Telefonu necə düzgün şarj etməli: İndiyədək səhv bilirmişik

Ən çox qar bu ərazilərə yağıb – FOTO

Ən çox qar bu ərazilərə yağıb – FOTO

İdman zallarında sertifikatsız məşqçilər - Kim nəzarət edir?

İdman zallarında sertifikatsız məşqçilər - Kim nəzarət edir?

Bakıdakı yağış aylıq normanı keçdi - FAKTİKİ HAVA

Bakıdakı yağış aylıq normanı keçdi - FAKTİKİ HAVA

Ət yenə bahalaşdı: artımın gerçək səbəbi bu imiş – AÇIQLANDI

Ət yenə bahalaşdı: artımın gerçək səbəbi bu imiş – AÇIQLANDI

Kəsiləndə qırmızı, başqa torpaqda dümağ olur: Pulla belə satın almaq mümkün deyil

Kəsiləndə qırmızı, başqa torpaqda dümağ olur: Pulla belə satın almaq mümkün deyil

Bakıda satışa çıxarılan “Bentley”in qiyməti hamını ŞOKA SALDI – FOTOLAR

Bakıda satışa çıxarılan “Bentley”in qiyməti hamını ŞOKA SALDI – FOTOLAR

End of content

No more pages to load

RADİO