"Nəfsinin qulu olan pis insanlar, nəinki heyvan, ondan daha aşağı dərəcəyə aid ediliblər..."

"Maraqlısı budur ki, haqq sözə qulaq asan, Allahdan qorxan (yaxşı) insanları “mələk kimi” vəsf edərək tərifləsək də, Uca Allah həmin mələklərə, “Adəmə səcdə edin!” (اسجدوا لِآدم) – deyə əmr etmiş, bir sözlə, (yaxşı) insanı mələk’dən daha üstün dərəcəyə qaldırmışdır..." 
 
Həyatımızda pis insanların heyvanlara, yaxşı insanların isə mələklərə bənzədilməsinə hər birimiz şahid olmuşuq. Əslində bununla qismən razılaşmaq olar. Qurandakı yanaşmaya nəzər yetirdikdə isə vəziyyətin bir az fərqli, daha da kəskin olduğunu görürük. Haqq sözə qulaq asmayan, nəfsinin qulu olan pis insanlar, nəinki heyvan, hətta ondan daha aşağı dərəcəyə (“bəl hum ədal” – بل هم أضل) aid ediliblər. Uca Allah buyurmuşdur:
 
“Yoxsa elə güman edirsən ki, onların əksəriyyəti (sən deyən sözü) eşidəcək və ya (ağıllı-başlı) fikirləşəcək? Onlar heyvan kimidirlər, bəlkə, ondan daha çox zəlalət yolundadırlar. (Heyvan heyvanlığı ilə öz mənfəətini bilib ona zərər gətirən bir işi görməz. Bunlar isə nə xeyirlərini, nə də zərərlərini anlayarlar).” (Quran, 25/44)
 
Maraqlısı budur ki, haqq sözə qulaq asan, Allahdan qorxan (yaxşı) insanları “mələk kimi” vəsf edərək tərifləsək də, Uca Allah həmin mələklərə, “Adəmə səcdə edin!” (اسجدوا لِآدم) – deyə əmr etmiş, bir sözlə, (yaxşı) insanı mələk’dən daha üstün dərəcəyə qaldırmışdır. Uca Allah belə buyurmuşdur:
 
“Biz mələklərə: “Adəmə səcdə edin! – dedikdə İblisdən başqa (hamısı) səcdə etdi. (Yalnız) o, lovğalanaraq (səcdə etməkdən) imtina etdi və kafirlərdən oldu.” (Quran, 2/340)
 
Rəbbimiz insan adlı varlığı, yaratdığı bütün məxluqatdan üstün dərəcəyə qaldırmış və dünyanı, onun xidmətinə vermişdir. İnsanın üzərinə düşən – bunun fərqinə vararaq, onu bu cür sevən və ucaldan Yaradana qarşı boyun əyərək, Ona layiqli bir bəndə olmasıdır. İnsan yalnız bu halda, təmiz və saf hesab etdiyimiz mələklərdən daha üstün bir dərəcəyə ucalaraq, xoşbəxtliklə dolu və heç bir sıxıntının əsla olmayacağı sonsuz bir həyat olan Cənnətin sakinlərindən ola biləcək. İnsan üçün bundan daha ali bir məqam yoxdur...
 
Hazırladı: Ayxan Yaquboğlu
 
İslamevi.az
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Türkiyənin ən böyük kardioloji xəstəxanası yanır - VİDEO

Türkiyənin ən böyük kardioloji xəstəxanası yanır - VİDEO

Dünya üzrə piylənmə 4 dəfə artıb

Dünya üzrə piylənmə 4 dəfə artıb

Tramp: “Ukraynaya yeni prezident lazımdır” – VİDEO

Tramp: “Ukraynaya yeni prezident lazımdır” – VİDEO

Kofeşoplar çayxanaları necə tarixə QOVUŞDURUR?

Kofeşoplar çayxanaları necə tarixə QOVUŞDURUR?

Zevsin qardaşı məhkəmə zalından azadlığa buraxıldı

Zevsin qardaşı məhkəmə zalından azadlığa buraxıldı

“Toyota Prius” modelləri kəskin bahalaşdı – SƏBƏB?

“Toyota Prius” modelləri kəskin bahalaşdı – SƏBƏB?

Hamı hörükləri ilə tanıyırdı - Timoşenko imicini dəyişdi - VİDEO

Hamı hörükləri ilə tanıyırdı - Timoşenko imicini dəyişdi - VİDEO

Donald Tramp: Zelenski ABŞ və bütün dünya üçün problemlər yaratmaq istəyir - VİDEO

Donald Tramp: Zelenski ABŞ və bütün dünya üçün problemlər yaratmaq istəyir - VİDEO

Lerikə güclü dolu yağdı – VİDEO

Lerikə güclü dolu yağdı – VİDEO

Salyanda kişi balıq bişirməyən arvadını döydü

Salyanda kişi balıq bişirməyən arvadını döydü

4 otaqlı mənzil telefon qiymətinə! - KƏSKİN UCUZLAŞMA

4 otaqlı mənzil telefon qiymətinə! - KƏSKİN UCUZLAŞMA

Sadəcə “ayaq ağrısıdır” deməyin – Qorxunc xəstəliyin əlaməti ola bilər

Sadəcə “ayaq ağrısıdır” deməyin – Qorxunc xəstəliyin əlaməti ola bilər

Müğənni Lətifə aparıcı olacaq

Müğənni Lətifə aparıcı olacaq

Yeni qayda pensiya məbləğlərinə necə təsir edəcək? - Video

Yeni qayda pensiya məbləğlərinə necə təsir edəcək? - Video

Qarabağ Universitetinin müəllimi hakim təyin olundu

Qarabağ Universitetinin müəllimi hakim təyin olundu

Goranboyda qəza olub, xəsarət alanlar var

Goranboyda qəza olub, xəsarət alanlar var

Azərbaycan cüdoçuları dünya çempionatına 7 medalla yekun vurdu

Azərbaycan cüdoçuları dünya çempionatına 7 medalla yekun vurdu

Qəhvəyi mərmər bağacığının Quba-Xaçmaz bölgəsində artımının səbəbləri açıqlanıb

Qəhvəyi mərmər bağacığının Quba-Xaçmaz bölgəsində artımının səbəbləri açıqlanıb

"Diplom alım, ömür boyu işləyim" dövrü bitdi"

"Diplom alım, ömür boyu işləyim" dövrü bitdi"

Özəl Məhkəmə Ekspertlərinin Palatası yaradılacaq – Tarix AÇIQLANDI

Özəl Məhkəmə Ekspertlərinin Palatası yaradılacaq – Tarix AÇIQLANDI

Dənizin dibində 2 min illik üzük tapıldı

Dənizin dibində 2 min illik üzük tapıldı

Azərbaycanda yarım milyondan çox evi nə gözləyir? – Ekspert AÇIQLADI

Azərbaycanda yarım milyondan çox evi nə gözləyir? – Ekspert AÇIQLADI

Husilər Ər-Riyad hava limanına yenidən zərbə endirdi - VİDEO

Husilər Ər-Riyad hava limanına yenidən zərbə endirdi - VİDEO

Bu şəxslərə verilən pulun məbləği artırıldı – 470 manat alacaqlar

Bu şəxslərə verilən pulun məbləği artırıldı – 470 manat alacaqlar

End of content

No more pages to load

RADİO