Siz doğulanda genetik lotereyanı udmadan çox da uzağa gedə bilməzsiniz... - MARAQLI

"Genetika ömür müddətinin təxminən 25 faizini müəyyən edir..."
 
Alimlər uzunömürlülüyün əsas şərtlərini açıqlayıb
 
İnsan ömrünün uzadılmasını öyrənən alimlər iddia edir ki, insanın 100 ildən artıq yaşamasının səbəbi onun valideynlərindən keçən DNT-sində, genlərindədir.
 
Moderator.az xəbər verir ki, bu barədə Avstraliyanın "WAtoday" qəzeti yazıb.
 
"Siz doğulanda genetik lotereyanı udmadan çox da uzağa gedə bilməzsiniz", - ABŞ Çikaqo şəhəri İllinoys Universitetinin ictimai səhiyyə kafedrasının professoru, amerikalı sosioloq və bioherontoloq Stüart Cey Olşanski buna əmindir.
 
ABŞ qocalıq problemləri üzrə Milli İnstitutunun elmi rəhbəri Luidci Ferruççi izah edib ki, uzunömürlülərin övladları öz həmyaşıdlarına nisbətən, adətən, daha sağlam və daha uzun ömür sürür.
 
"Ehtimal ki, bu, tək gen deyil, genetik profildir, yəni genlərin kombinasiyasıdır", - Ferruççi dəqiqləşdirib.
 
İsrail tədqiqatçısı doktor Nir Barzilay unikal tədqiqat aparıb. O, 10 min uzunömürlü, onların həyat yoldaşları və birgə övladlarının tibbi kitabçalarını öyrənib və uzunömürlülüyə gətirib çıxaran müxtəlif genləri müəyyən edib.
 
Barzilayın sözlərinə görə, uzunömürlülülərin övladları nəzarət qrupunda olan həmyaşıdlarına nisbətən "təxminən 10 il daha sağlamdır".
 
"Məsələn, inkişaf hormonunun müəyyən mutasiyası olan adamlar, böyük ehtimalla, daha çox yaşayacaq, çünki onların hüceyrələri yeni hüceyrələrin inkişafına deyil, mövcud hüceyrələrə daha çox enerji sərf edir", - Barzilay deyib.
 
Onun sözlərinə görə, yeni tədqiqatda genlərin axtarışında və onların əsasında dərman preparatlarının işlənib hazırlanmasında süni intellektdən istifadə edilməsi planlaşdırılır.
 
"Biz həqiqətən uzunğmürlülüyün bütün genlərini tapmaq istəyirik", - Barzilay əmin edib.
 
Lakin ekspertlərin genetikanın insanın ömür müddətinə təsiri məsələsində fikirləri haçalanır.
 
Alimlərin əksəriyyəti yalnız yaxşı genlərlə uzağa getməyin mümkün olmadığına təkid edir.
 
Məsələn, Ueyk Forest Universitetinin herontologiya kafedrasının dosenti Ceymi Castisin tədqiqatı göstərib ki, genetika həyat müddətinin təxminən 25 faizini müəyyən edir.
 
Yerdə qalan 75 faizi insanın həyat tərzindən-harada yaşaması, nə ilə qidalanması, bədən tərbiyəsi ilə nə dərəcədə məşğul olması və şəxsi həyatında nə qədər xoşbəxt olmasından asılıdır.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Anomal istilərə görə bu ölkədə 845 məktəb bağlanacaq

Anomal istilərə görə bu ölkədə 845 məktəb bağlanacaq

Yamal Мessini geridə qoydu

Yamal Мessini geridə qoydu

Nəsrinin bu səhnəsi viral oldu - VİDEO

Nəsrinin bu səhnəsi viral oldu - VİDEO

Moskvada inzibati binada güclü yanğın - 60 nəfər təxliyə edildi

Moskvada inzibati binada güclü yanğın - 60 nəfər təxliyə edildi

İran millisi FIFA-dan şikayətləndi

İran millisi FIFA-dan şikayətləndi

“Qarabağ” onu transfer etdi - VİDEO

“Qarabağ” onu transfer etdi - VİDEO

Akrobatlarımız Dünya kuboku seriyasının qalibi oldular

Akrobatlarımız Dünya kuboku seriyasının qalibi oldular

Reyqan, Ruzvelt və Eyzenhauerin şəxsi əşyaları hərraca çıxarıldı

Reyqan, Ruzvelt və Eyzenhauerin şəxsi əşyaları hərraca çıxarıldı

Zelenskidən Lukaşenkoya cavab: “Üzr istəyirəm” sözünü qoy özündə saxlasın

Zelenskidən Lukaşenkoya cavab: “Üzr istəyirəm” sözünü qoy özündə saxlasın

“Liyanı ilk dəfə qucağıma alanda hər şey dəyişdi” - FOTO

“Liyanı ilk dəfə qucağıma alanda hər şey dəyişdi” - FOTO

Futbolçu hakimin saatını oğurlayıb qoluna taxdı - DÇ-də qəribə hadisə - VİDEO

Futbolçu hakimin saatını oğurlayıb qoluna taxdı - DÇ-də qəribə hadisə - VİDEO

Mertsin etirafı: "Mənə axmaq deyirlər, amma şikayət etmirəm"

Mertsin etirafı: "Mənə axmaq deyirlər, amma şikayət etmirəm"

DÇ-2026: Belçika - İran oyunu başladı

DÇ-2026: Belçika - İran oyunu başladı

Dəhşətli qəza ilə bağlı şahidlər danışdılar: "Hadisə səkinin üzərində baş verib" - VİDEO

Dəhşətli qəza ilə bağlı şahidlər danışdılar: "Hadisə səkinin üzərində baş verib" - VİDEO

Bu yerlərdə qiymətlər 15% qalxacaq - VİDEO

Bu yerlərdə qiymətlər 15% qalxacaq - VİDEO

Müharibənin yeni mərhələsi: Ukraynanın hava zərbələri nələri dəyişəcək? - VİDEO

Müharibənin yeni mərhələsi: Ukraynanın hava zərbələri nələri dəyişəcək? - VİDEO

Ermənistan Konstitusiya Məhkəməsi seçkilərin nəticələrinin ləğvi ilə bağlı müraciətlərə BAXACAQ

Ermənistan Konstitusiya Məhkəməsi seçkilərin nəticələrinin ləğvi ilə bağlı müraciətlərə BAXACAQ

İrandan Trampa şərt: "Üzr istəməyənədək danışıqlar olmayacaq"

İrandan Trampa şərt: "Üzr istəməyənədək danışıqlar olmayacaq"

DÇ-2026: İspaniya Səudiyyə Ərəbistanını böyük hesabla məğlub etdi - VİDEO

DÇ-2026: İspaniya Səudiyyə Ərəbistanını böyük hesabla məğlub etdi - VİDEO

"İranlılar İsveçrədəki danışıqları tərk etməyiblər" - "Axios"un jurnalisti

"İranlılar İsveçrədəki danışıqları tərk etməyiblər" - "Axios"un jurnalisti

Netanyahu: "İsrail Livanın cənubundakı təhlükəsizlik zonasını tərk etməyəcək"

Netanyahu: "İsrail Livanın cənubundakı təhlükəsizlik zonasını tərk etməyəcək"

Türkiyədə SES-lərdə elektrik enerjisi istehsalı rekord həddə çatdı

Türkiyədə SES-lərdə elektrik enerjisi istehsalı rekord həddə çatdı

İki gündə Hörmüz boğazından 100-dən çox gəmi keçdi

İki gündə Hörmüz boğazından 100-dən çox gəmi keçdi

Elgiz yeni işə başladı

Elgiz yeni işə başladı

End of content

No more pages to load

RADİO