“Murad Dadaşov bunu mənə təklif edəndə istəmirdim, məni ağlamaq tutmuşdu...”

“Hazırda televiziyalardakı verilişlər, aparıcılar bərbad vəziyyətdədir, tik-tok fenomenləri aparıcılıq edir”
 
“40 yaşından sonra aparıcıları efirdən uzaqlaşdırmaq böyük bir cinayətdir”
 
 
“Hal-hazırda aparıcı kimi fəaliyyət göstərməməyimin səbəbi veriliş üçün sponsorumun olmamasıdır. Çünki bəzi kanallar aparıcıdan sponsor tələb edir. Düzdür, mən birbaşa kanal rəhbərləri ilə danışmamışam, amma televiziyalarda çalışan dostlarımdan bu haqda eşitmişəm. Bununla razılaşmıram. Çünki 22 ildir ki, bu sahədəyəm. Aztv-yə 1998-ci ildə, Lider tv-yə isə 2003-cü ildə gəlmişəm. Özümə yaraşdırmıram ki, qapı-qapı gəzib, veriliş üçün sponsor axtarım. Mən 22 ilimi bu sənətə həsr edən insanam, əgər qədrimi, dəyərimi bilmirlərsə heç mənə lazım deyil. Televiziyaya dünən gəlməmişəm ki. İtirən mən deyiləm, televiziyalardır”.
 
Bunu Moderator.az-a açıqlamasında məşhur aparıcı və aktrisa Lalə Mustafayeva deyib. O daha sonra əlavə edib.
“Hazırda televiziyalardakı verilişlər, aparıcılar bərbad vəziyyətdədir. Mən bu günki televiziyaları, verilişləri bəyənmirəm. Ona görə yox ki, mən efirdə yoxam. Bəyəndiklərim də var, demək olar ki, cəmi 5 faizdir. Televiziyaya qayıdıb qayıtmayacağım sual altındadır. Hansısa kanal şəxsi təşəbbüs göstərsə televiziyaya qayıda bilərəm. Onu da deyim ki, bəlkə mən özüm də səhlənkaram. Çünki kanallara getmirəm, müraciət etmirəm. 3 ildir ki, aparıcı kimi fəaliyyət göstərməməyimə baxmayaraq küçədə insanlar mənimlə salamlaşır, maraqlanır, ürək sözlərini deyirlər. Hətta pandemiya dövründə maskada olsam da insanlar məni tanıyırdılar. Deyirdilər ki, Lalə xanım, səsiniz yaddaqalandır, maskada olsanız belə sizi görünüşdən yox, səsinizdən tanıyırıq. Bəzən sevincimdən ağlayırdım. Aparıcı üçün bundan böyük xoşbəxtlik ola bilməz. Bəzən dost-tanış deyir ki, Lalə xanım, sponsor tapın, bir layihə edək. Deyirəm ki, mən heç vaxt veriliş üçün sponsor axtarmamışam. Onda da deyirlər ki, hər hansısa verilişə redaktor kimi gəlib, gənc aparıcılarla təcrübənizi bölüşün. Bunu etmək problem deyil, amma başa düşmürəm niyə aparıcı kimi efirdə olmayım?! Şükür Allaha əlim qələm, mikrofon tuta bilir, ayağım, gözüm, başım yerindədir. Görsəm ki, fiziki və mənəvi cəhətdən işimin öhdəsindən gələ bilmirəm, heç vaxt özümü biyabır etmək istəmərəm. Sakitcə bir kənara çəkilərəm. Sırf kadrarxası qalmaq düzgün deyil. Bu gün instaqramda, tik-tokda fenomenə çevrilənlər efirlərdə aparıcılıq edir. Nə var, nə var ki, onların izləyiciləri çoxdur. Heç maraqlanmırlar ki, bu izləyicilər hansı savada, hansı yaş qrupuna aiddir? Bu cür insanları reytinq xatirinə televiziyaya cəlb edirlər. Ağıllı layihələr və dünyagörüşü yüksək olan aparıcılar efirlərdə nə qədər çox olsalar, televiziyamız daha yaxşı formada dəyişə bilər. Əfsuslar olsun ki, buna bu gün qiymət verilmir. Tanışın varsa, sən efirdəsən. Əks halda kiməsə ağız açmırsansa, kimdənsə xahiş etmirsənsə sən olursan kadr arxası. Daha çox sosial layihələri aparmaq istərdim. Tək əyləncə yox, maarifləndiri layihələrdə də olmaq istəyirəm. Xarici telekanallarda 40 yaşından yuxarı aparıcılara daha çox tələbat var. Bizdə nədənsə daha çox gənclərə üstünlük verirlər. Kanalları idarə edən insanlar başa düşmürlər ki, gənc yaşda olan aparıcı sırf əyləncə ilə bağlı nəyisə təbliğ edə bilər. Və yaxud da hansısa uşaq verilişində aparıcı ola bilər. Təcrübə yaşla, başla gəlir. 40 yaşından sonra aparıcıları efirdən uzaqlaşdırmaq deyərdim ki, böyük bir cinayətdir. Heç düzgün deyil. Çünki yaşlı insanlara da tələbat var. Onların təcrübəsi, dünyagörüşü daha böyükdür. Bu cür insanları efirdə saxlamaq mütləqdir. Elə bir sosial verilişlər olur ki, söhbətdən söhbət, sualdan sual doğur. Bu zaman gənc aparıcı yaranmış vəziyyətdən lazımınca çıxa bilmir” deyə Lalə Mustafayeva deyib.
 
Tanınmış aparıcı bu illər ərzində aparıcılıq etdiyi layihələrdən də danışıb.
“2003-cü ildə ilk dəfə “Mərc şou” verilişində tamaşaçı qarşısına çıxmışam. Həm şou sahəsində aparıcı olmuşam, həm də analitik-maarifləndirici verilişlərin aparıcısı idim. Bundan əlavə də 8 il tibb verilişini aparmışam. Mən düşünürəm ki, pis veriliş yox, pis aparıcı olur. Bütün verilişlərimi ürəkdən sevib, aparmışam. Daha çox canlı verilişlərə üstünlük vermişəm. Öncədən hazırlanan zapis verilişlərində də elə hiss edirdim ki, tamaşaçılarla canlı ünsiyyətdəyəm. Ən böyük arzum xəbər aparıcısı olmaq olub. Amma bu mənə hələ ki, qismət olmayıb. Gülməli, video komikslərdən hazırlanan “Play” adlı verilişim var idi. Murad Dadaşov mənə bu layihəni təklif edəndə, yeganə veriliş idi ki, ağlamaq tutmuşdu məni. Deyirdim ki, mən bu layihəni istəmirəm, mənlik deyil (gülür). Gündəlik efirdə gedirdi. Mən ayrı-ayrı obrazlarda olurdum. Həmin veriliş 15 dəqiqə efirdə olurdu, amma buna baxmayaraq 9 reytinq verirdi. Sonra başa düşdüm ki, sən peşəkarsansa, öz işini həqiqətən də sevirsənsə bütün layihələrin öhdəsindən gələcəksən. “Mailiniz var” verilişi də mənim öz layihəm idi. Orada həm redaktor, aparıcı, həm də prodüsser idim. Elə bir verilişim olmayıb ki, sevməyim” deyə aparıcı bildirib.
 
Lalə Mustafayeva bu günki fəaliyyətindən də danışıb.
“Aktrisalıq hal-hazırda mənim əsas peşəmdir. Aktrisalığı aparıcılıqdan deyərdim ki, daha çox sevirəm. İlk işim “Dronqo” serialında olub. 2003-cü ildə Rusiyanın NTV kanalı Çingiz Abdullayevin bu əsərinə müraciət etmişdi. Daha sonra Kamran Qasımovun, Ayaz Salayevin və bir neçə rejissorun məşhur filmlərində rol almışam. 8 il bu sahəyə fasilə verdim. Uzun illərdən sonra “Oskar” prodakşına gəlib müqavilə bağlayıb, “Bir qadın” serialında çəkildim. Bu serialda həm obrazım, həm də oyunum ürəyimcə idi. Hal-hazırda isə “İntizar” serialında çəkilirəm. Filmləri və serialları çox sevirəm” deyə o bildirib.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Moskva aeroportlarında uçuşlar iflic oldu - VİDEO

Moskva aeroportlarında uçuşlar iflic oldu - VİDEO

İlham Əliyev Paralimpiya Komitəsini TƏBRİK ETDİ

İlham Əliyev Paralimpiya Komitəsini TƏBRİK ETDİ

Fəaliyyətində nöqsanlar aşkarlanan tibbi xidmət sahələri hansılardır? - Siyahı açıqlandı

Fəaliyyətində nöqsanlar aşkarlanan tibbi xidmət sahələri hansılardır? - Siyahı açıqlandı

Sürücülərin NƏZƏRİNƏ: Bakıda yol təmirə bağlanır

Sürücülərin NƏZƏRİNƏ: Bakıda yol təmirə bağlanır

Avtomobil dünyasında YENİ DÖVR: Uçan maşın təqdim edildi - VİDEO

Avtomobil dünyasında YENİ DÖVR: Uçan maşın təqdim edildi - VİDEO

"Şamaxı" "Şəfa" ilə oyunda geridönüş etdi

"Şamaxı" "Şəfa" ilə oyunda geridönüş etdi

Əhmədli metrosundan bu ərazilərə yeni avtobus İŞLƏYƏCƏK

Əhmədli metrosundan bu ərazilərə yeni avtobus İŞLƏYƏCƏK

Ramiz Mehdiyevin təltifləri əlindən alına bilər

Ramiz Mehdiyevin təltifləri əlindən alına bilər

Ödənişli yolda yük maşını aşdı, sürücü öldü

Ödənişli yolda yük maşını aşdı, sürücü öldü

FİFA Azərbaycanda keçiriləcək dünya çempionatının rəsmi brendini TƏQDİM ETDİ

FİFA Azərbaycanda keçiriləcək dünya çempionatının rəsmi brendini TƏQDİM ETDİ

Zelenski Aİ-dən Ukraynaya əlavə 70 milyard avro İSTƏDİ

Zelenski Aİ-dən Ukraynaya əlavə 70 milyard avro İSTƏDİ

Azərbaycan və Banqladeş əməkdaşlığın genişləndirilməsini müzakirə edib - FOTO

Azərbaycan və Banqladeş əməkdaşlığın genişləndirilməsini müzakirə edib - FOTO

Azərbaycan İsveçrəyə qızıl tədarükündən qazancını kəskin artırıb

Azərbaycan İsveçrəyə qızıl tədarükündən qazancını kəskin artırıb

Ülviyyənin qayınana ilə bağlı şərhi müzakirə yaratdı - Video

Ülviyyənin qayınana ilə bağlı şərhi müzakirə yaratdı - Video

Nurçu təbliğatı, mafiya himayəsi və siyasi maraqlar – Türkiyənin ağrılı reallığı

Nurçu təbliğatı, mafiya himayəsi və siyasi maraqlar – Türkiyənin ağrılı reallığı

Qoz alarkən diqqətli olun - Satıcıların istifadə etdiyi üsul açıqlandı

Qoz alarkən diqqətli olun - Satıcıların istifadə etdiyi üsul açıqlandı

Ukraynada keşiş 3 nəfəri güllələdi – FOTO

Ukraynada keşiş 3 nəfəri güllələdi – FOTO

Dövlət Müəssisələri üzrə Qlobal Konfrans gələn il Bakıda KEÇİRİLƏCƏK - FOTO

Dövlət Müəssisələri üzrə Qlobal Konfrans gələn il Bakıda KEÇİRİLƏCƏK - FOTO

Azərbaycan İraqdan "Aİ-92" markalı benzin tədarük etməyə BAŞLAYIB

Azərbaycan İraqdan "Aİ-92" markalı benzin tədarük etməyə BAŞLAYIB

Hörmüz boğazında neft tankeri yanır – VİDEO

Hörmüz boğazında neft tankeri yanır – VİDEO

Gömrükdəki nüfuz alverinə görə cinayət işi başlanıb

Gömrükdəki nüfuz alverinə görə cinayət işi başlanıb

Prezidentdən şəhid ailələri və müharibə əlilləri ilə bağlı SƏRƏNCAM

Prezidentdən şəhid ailələri və müharibə əlilləri ilə bağlı SƏRƏNCAM

Ramiz Mehdiyev YAP-dan XARİC EDİLDİ

Ramiz Mehdiyev YAP-dan XARİC EDİLDİ

Təhsilin süni intellekt SINAĞI - Direktorsuz və müəllimsiz məktəblər yaradılacaq

Təhsilin süni intellekt SINAĞI - Direktorsuz və müəllimsiz məktəblər yaradılacaq

End of content

No more pages to load

RADİO