ÜST rəsmisi: “Şərqi Zəngəzurda səhiyyə sisteminin qurulmasında Azərbaycana töhfə verməyə hazırıq”

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev aprelin 26-da Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Avropa üzrə regional direktoru Hans Henri Klugeni qəbul edib.

Bizim.Media xəbər verir ki, görüşdə Ümumdünya Səhiyyə Təşkilatının Avropa üzrə regional direktoru kimi Azərbaycana ilk dəfə gəldiyini deyən Hans Henri Kluge səfərinin Azərbaycanla BMT arasında tərəfdaşlığın 30 illiyinin qeyd olunduğu bir dövrə təsadüf etməsi baxımından önəmini vurğuladı. 
 

MÖVZU İLƏ BAĞLI:

İlham Əliyev: “Azərbaycanda pandemiya ilə bağlı çox az sayda məhdudiyyətlər qalıb”


Hans Henri Kluge dedi: “Mən Sizin beynəlxalq diplomatiyada qlobal liderliyinizi yüksək qiymətləndirir və bu münasibətlə Sizi səmimi qəlbdən təbrik edirəm. Sizin davamlı inkişaf istiqamətində çox mühüm fəaliyyətiniz olduqca önəmlidir. Çünki məhz Sizin şəxsi liderliyiniz sayəsində COVID-19 pandemiyasına qarşı beynəlxalq həmrəylik təbliğ edilib və bu məsələ BMT-dən sonra dünyanın ən böyük beynəlxalq təşkilatının - Qoşulmama Hərəkatının gündəliyinin əsas məsələsi olub”.

Qonaq Azərbaycanın Qoşulmama Hərəkatında sədrliyinin bir il uzadılmasını dövlətimizin başçısına olan etimadın göstəricisi kimi dəyərləndirdi və bu münasibətlə də təbriklərini çatdırdı.

Hans Henri Kluge Azərbaycanla əməkdaşlığın çox uğurlu olduğunu vurğuladı və rəhbərlik etdiyi təşkilatın bu əməkdaşlığın bundan sonra da davam etdirilməsi istiqamətində səylər göstərəcəyini bildirdi.
O, Qoşulmama Hərəkatının sədri kimi Prezident İlham Əliyevin təşəbbüsü ilə Qoşulmama Hərəkatının Təmas Qrupunun 2020-ci ilin mayında koronavirusla mübarizəyə həsr olunmuş onlayn Zirvə görüşünə toxunaraq, məhz Azərbaycan Prezidentinin rəhbərliyi sayəsində həmin Sammit zamanı ÜST-ün rolunun yüksək qiymətləndirildiyini dedi, eyni zamanda, humanitar və tibbi ehtiyaclar üzrə informasiya bazasının yaradılmasına və ÜST vasitəsilə Qoşulmama Hərəkatının COVID-dən ən çox əziyyət çəkmiş 10 ölkəsinə Azərbaycanın 10 milyon dollar məbləğində vəsait yönəltdiyinə görə minnətdarlığını bildirdi.

Qonaq dövlətimizin başçısının təşəbbüsü və rəhbərliyi ilə BMT Baş Assambleyasının COVID-19-la mübarizəyə həsr edilən Xüsusi Sessiyasını, Prezident İlham Əliyevin BMT-nin İnsan Hüquqları Şurası çərçivəsində, həmçinin BMT Baş Assambleyasında vaksinlərin ədalətli, bərabər bölgüsünə dair qətnamənin təşəbbüskarı olduğunu, Azərbaycanın Türk Şurası çərçivəsində Zirvə toplantısının gündəliyinə də COVID-ə qarşı mübarizə məsələsini daxil etdiyini vurğuladı.

Hans Henri Kluge Azərbaycanın COVID-19-a qarşı milli səviyyədə həyata keçirdiyi tədbirlərin də çox təqdirəlayiq olduğunu bildirdi, Azərbaycanda COVID-lə bağlı vəziyyətin daim nəzarətdə saxlanıldığını, dövlətimiz tərəfindən zəruri və ardıcıl tədbirlər görüldüyünü qeyd etdi.
O, həmçinin Azərbaycanın həyata keçirdiyi vaksinasiya siyasətinin də çox uğurlu olduğunu bildirdi.

Hans Henri Kluge Ümumdünya Səhiyyə Təşkilatının Azərbaycan ilə əməkdaşlığı bundan sonra da davam etdirmək niyyətində olduğunu dedi.

Təşkilatın Azərbaycanda hazırda səhiyyə sistemində aparılan islahatlara yaxından töhfə verməyə hazır olduğunu deyən qonaq bildirdi ki, ölkəmizdə rəqəmsal və elektron səhiyyə sistemlərinin qurulması istiqamətində görülən tədbirlər də çox müsbətdir.

Hans Henri Kluge qeyd etdi ki, Azərbaycanın işğaldan azad olunmuş Qarabağ və Şərqi Zəngəzur bölgələrində həyata keçirəcəyi səhiyyə sisteminin qurulması prosesində, xüsusilə rəqəmsal səhiyyə sisteminin yaradılmasında Ümumdünya Səhiyyə Təşkilatı töhfəsini verməyə və Azərbaycan ilə yaxından əməkdaşlığa hazırdır.
Vurğuladı ki, Azərbaycan Ümumdünya Səhiyyə Təşkilatı ilə əməkdaşlıq çərçivəsində səhiyyə xidmətlərini təqdim edən regional mərkəzlərdən birinə çevrilə bilər.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Kofeşopda QALMAQAL: Müdirdən pulunu istəyən işçiyə narkotik ittihamı - VİDEO

Kofeşopda QALMAQAL: Müdirdən pulunu istəyən işçiyə narkotik ittihamı - VİDEO

Sərnişinlərin NƏZƏRİNƏ: Bəzi avtobusların hərəkət sxemi müvəqqəti dəyişdiriləcək

Sərnişinlərin NƏZƏRİNƏ: Bəzi avtobusların hərəkət sxemi müvəqqəti dəyişdiriləcək

Leyla Əliyeva Türkmənistanda səfərdədir - FOTO

Leyla Əliyeva Türkmənistanda səfərdədir - FOTO

Mərdəkanda balıqların kütləvi tələf olması ilə bağlı RƏSMİ AÇIQLAMA

Mərdəkanda balıqların kütləvi tələf olması ilə bağlı RƏSMİ AÇIQLAMA

Tomatın kiflənməsinə son: Bankaya sadəcə 2 ədəd atın

Tomatın kiflənməsinə son: Bankaya sadəcə 2 ədəd atın

Almaniya tarixi səhvini 16 il sonra necə düzəltdi?

Almaniya tarixi səhvini 16 il sonra necə düzəltdi?

ARDNF ümumilikdə 217 milyard dollardan çox gəlir əldə edib

ARDNF ümumilikdə 217 milyard dollardan çox gəlir əldə edib

Tibbi kosmetologiya sahəsinin perspektivi: Tanınmış kosmetoloqun növbəti konfransı olacaq

Tibbi kosmetologiya sahəsinin perspektivi: Tanınmış kosmetoloqun növbəti konfransı olacaq

Makronun seçkiöncəsi QORXUNC PLANI – Fransa idarəolunmaz xaosa SÜRÜKLƏNİR

Makronun seçkiöncəsi QORXUNC PLANI – Fransa idarəolunmaz xaosa SÜRÜKLƏNİR

DTX-dən ƏMƏLİYYAT - Masazırda avtomobillərin yandırılmasını təşkil edən şəxs xaricdə saxlanıldı

DTX-dən ƏMƏLİYYAT - Masazırda avtomobillərin yandırılmasını təşkil edən şəxs xaricdə saxlanıldı

Ən az enerji sərf edən elektromobil bəlli oldu

Ən az enerji sərf edən elektromobil bəlli oldu

27 mindən çox şəxsin pensiyası barədə QƏRAR VERİLDİ

27 mindən çox şəxsin pensiyası barədə QƏRAR VERİLDİ

Azərbaycanlıları da narahat edəcək qərar: Volkswagen-in 660 min işçisi nəyə etiraz edir?

Azərbaycanlıları da narahat edəcək qərar: Volkswagen-in 660 min işçisi nəyə etiraz edir?

Türkiyənin bəzi media orqanlarının qarayaxma kampaniyasına Mətbuat Şurasından REAKSİYA

Türkiyənin bəzi media orqanlarının qarayaxma kampaniyasına Mətbuat Şurasından REAKSİYA

TƏBİB-in Nazirliyin tabeliyinə verilməsinin səbəbi BƏLLİ OLDU

TƏBİB-in Nazirliyin tabeliyinə verilməsinin səbəbi BƏLLİ OLDU

Sumqayıtda “falçılıq” adı altında dələduzluq edən şəxs saxlanıldı – FOTO

Sumqayıtda “falçılıq” adı altında dələduzluq edən şəxs saxlanıldı – FOTO

Göldə qızıl külçə tapdı - 6 ay sonra sahibi oldu

Göldə qızıl külçə tapdı - 6 ay sonra sahibi oldu

Hafiz İsmayılbəyli yenidən vəzifəyə TƏYİN OLUNA BİLƏR

Hafiz İsmayılbəyli yenidən vəzifəyə TƏYİN OLUNA BİLƏR

Həmin gülə Messinin adı verildi

Həmin gülə Messinin adı verildi

Azərbaycanın neft ixracında 5 əsas ölkə bəlli oldu

Azərbaycanın neft ixracında 5 əsas ölkə bəlli oldu

Bakıda evlər söküləndə sakinlərə neçə faiz artıq sahə verilə bilər?

Bakıda evlər söküləndə sakinlərə neçə faiz artıq sahə verilə bilər?

Azərbaycanda satılan ən bahalı 5 maşın - QİYMƏTLƏR

Azərbaycanda satılan ən bahalı 5 maşın - QİYMƏTLƏR

Maqsud Babayev vəfat etdi

Maqsud Babayev vəfat etdi

Tarixdə İLK: Ukraynada yaralı əsgər PUA vasitəsilə döyüş meydanından təxliyə edildi – FOTO/VİDEO

Tarixdə İLK: Ukraynada yaralı əsgər PUA vasitəsilə döyüş meydanından təxliyə edildi – FOTO/VİDEO

End of content

No more pages to load

RADİO