Azərbaycanda bu həkimlərə ciddi xəbərdarlıq edildi - VİDEO

Səhiyyə Nazirliyi tərəfindən 2018-ci ildə qəbul edilmiş qərara əsasən reseptlərdə dərmanın adı deyil, təsiredici maddələri qeyd edilməlidir. Həm sakinlər, həm də əczaçılar arasında apardığımız sorğu onu göstərdi ki, bu qaydaya əməl edilmir. 

Bizim.Media Xəzər TV-yə istinadən xəbər verir ki, həkimlər resept blanklarından dərman vasitələrinin ticari adını qeyd edirlər. Bəs sözügedən qaydanın icrasına nəzarət edilirmi ?

Ümumiyyətlə, bunun qarşısını almaq üçün hansı tədbirlər görülməlidir?

Səhiyyə Nazirliyinin 11 yanvar 2018-ci il tarixli 1 nömrəli kollegiya qərarına əsasən reseptlərdə dərman vasitəsinin ticari adı deyil, təsiredici maddəsinin adı qeyd edilməlidir. Vətəndaşlar deyirlər ki, bu qaydaya əməl edilmir.
Əczaçılar da bu tendensiyanı təsdiqləyirlər. Onların sözlərinə görə, gün ərzində sakinlərdən qəbul etdikləri resept blanklarının mütləq əksəriyyətində dərmanların yalnız ticari adı yazılır. 

Əczaçılar deyirlər ki, reseptdə qeyd edilən dərman olmadıqda, eyni tərkibli digər vasitəni təklif etsələr də, bununla nə həkimlər, nə də pasientlər razılaşırlar. 

Məsələni şərh edən TƏBİB-in şöbə müdiri Elmin Quliyevin sözlərinə görə dərmanların ticari adlarının qeyd olunmaması ilə bağlı tələb olsa da, istisnalar da mövcuddur. 

Elmin Quliyev qeyd edib ki, problemin həlli üçün resept blankları elektron formada tərtib edilməlidir. Bildirib ki, TƏBİB-in tabeliyində olan tibb müəssisələrində elektron reseptlər təqdim edilsə də, bu mexanizm təkmil deyil. 
O, əlavə edib ki, sözügedən qaydanın icrasına nəzarət Səhiyyə Nazirliyi tərəfindən həyata keçirilir. Səhiyyə nazirliyinin Analitik Ekspertiza Mərkəzinin şöbə müdiri Esmira Əkbərovanın sözlərinə görə bu kimi neqativ halların qarşısını almaq üçün mütəmadi olaraq yoxlamalar aparılır.

''Əgər vətəndaşların bununla bağlı hər hansı bir şikayətləri olarsa, qurumun qaynar xəttinə müraciət edə bilərlər. Belə hallara yol verən həkimlər barəsində protokol tərtib ediləcək və lazımi tədbirlər görüləcək''- deyə o vurğulayıb.

Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Sərnişinlərin NƏZƏRİNƏ: Bəzi avtobusların hərəkət sxemi müvəqqəti dəyişdiriləcək

Sərnişinlərin NƏZƏRİNƏ: Bəzi avtobusların hərəkət sxemi müvəqqəti dəyişdiriləcək

Leyla Əliyeva Türkmənistanda səfərdədir - FOTO

Leyla Əliyeva Türkmənistanda səfərdədir - FOTO

Mərdəkanda balıqların kütləvi tələf olması ilə bağlı RƏSMİ AÇIQLAMA

Mərdəkanda balıqların kütləvi tələf olması ilə bağlı RƏSMİ AÇIQLAMA

Tomatın kiflənməsinə son: Bankaya sadəcə 2 ədəd atın

Tomatın kiflənməsinə son: Bankaya sadəcə 2 ədəd atın

Almaniya tarixi səhvini 16 il sonra necə düzəltdi?

Almaniya tarixi səhvini 16 il sonra necə düzəltdi?

ARDNF ümumilikdə 217 milyard dollardan çox gəlir əldə edib

ARDNF ümumilikdə 217 milyard dollardan çox gəlir əldə edib

Tibbi kosmetologiya sahəsinin perspektivi: Tanınmış kosmetoloqun növbəti konfransı olacaq

Tibbi kosmetologiya sahəsinin perspektivi: Tanınmış kosmetoloqun növbəti konfransı olacaq

Makronun seçkiöncəsi QORXUNC PLANI – Fransa idarəolunmaz xaosa SÜRÜKLƏNİR

Makronun seçkiöncəsi QORXUNC PLANI – Fransa idarəolunmaz xaosa SÜRÜKLƏNİR

DTX-dən ƏMƏLİYYAT - Masazırda avtomobillərin yandırılmasını təşkil edən şəxs xaricdə saxlanıldı

DTX-dən ƏMƏLİYYAT - Masazırda avtomobillərin yandırılmasını təşkil edən şəxs xaricdə saxlanıldı

Ən az enerji sərf edən elektromobil bəlli oldu

Ən az enerji sərf edən elektromobil bəlli oldu

27 mindən çox şəxsin pensiyası barədə QƏRAR VERİLDİ

27 mindən çox şəxsin pensiyası barədə QƏRAR VERİLDİ

Azərbaycanlıları da narahat edəcək qərar: Volkswagen-in 660 min işçisi nəyə etiraz edir?

Azərbaycanlıları da narahat edəcək qərar: Volkswagen-in 660 min işçisi nəyə etiraz edir?

Türkiyənin bəzi media orqanlarının qarayaxma kampaniyasına Mətbuat Şurasından REAKSİYA

Türkiyənin bəzi media orqanlarının qarayaxma kampaniyasına Mətbuat Şurasından REAKSİYA

TƏBİB-in Nazirliyin tabeliyinə verilməsinin səbəbi BƏLLİ OLDU

TƏBİB-in Nazirliyin tabeliyinə verilməsinin səbəbi BƏLLİ OLDU

Sumqayıtda “falçılıq” adı altında dələduzluq edən şəxs saxlanıldı – FOTO

Sumqayıtda “falçılıq” adı altında dələduzluq edən şəxs saxlanıldı – FOTO

Göldə qızıl külçə tapdı - 6 ay sonra sahibi oldu

Göldə qızıl külçə tapdı - 6 ay sonra sahibi oldu

Hafiz İsmayılbəyli yenidən vəzifəyə TƏYİN OLUNA BİLƏR

Hafiz İsmayılbəyli yenidən vəzifəyə TƏYİN OLUNA BİLƏR

Həmin gülə Messinin adı verildi

Həmin gülə Messinin adı verildi

Azərbaycanın neft ixracında 5 əsas ölkə bəlli oldu

Azərbaycanın neft ixracında 5 əsas ölkə bəlli oldu

Bakıda evlər söküləndə sakinlərə neçə faiz artıq sahə verilə bilər?

Bakıda evlər söküləndə sakinlərə neçə faiz artıq sahə verilə bilər?

Azərbaycanda satılan ən bahalı 5 maşın - QİYMƏTLƏR

Azərbaycanda satılan ən bahalı 5 maşın - QİYMƏTLƏR

Maqsud Babayev vəfat etdi

Maqsud Babayev vəfat etdi

Tarixdə İLK: Ukraynada yaralı əsgər PUA vasitəsilə döyüş meydanından təxliyə edildi – FOTO/VİDEO

Tarixdə İLK: Ukraynada yaralı əsgər PUA vasitəsilə döyüş meydanından təxliyə edildi – FOTO/VİDEO

Dünyanın ən çox qazanan 10 futbolçusu - Yeni reytinq

Dünyanın ən çox qazanan 10 futbolçusu - Yeni reytinq

End of content

No more pages to load

RADİO