Azərbaycanlı həkim: "Ümumdünya Səhiyyə Təşkilatı bir-birinə zidd bəyanatlar verir"

"Hərdən mənə elə gəlir ki, dünyanın lap başında oturanların, yuxarıda olanların məqsədi odur ki, bütün bəşəriyyəti stress altında saxlasınlar. Mən ümumi teoriyalardan uzaq adamam. Amma ölüm dərəcəsi cəmi 1-2 % olan COVİD-19 ətrafında KİV vasitəsilə bütün dünyaya təbliğ olunan, mediada hay-küy qaldırılan kütləvi isterik reaksiyanı anlamıram".

Bizim.Media xəbər verir ki, bu fikirləri özünün Facebook səhifəsində həkim Qalib Əsədov yazıb.

O, başqa səbəbdən ölüm hallarının daha çox olduğunu xatırladıb:

"Bu il onkoloji xəstəlikdən ölənlərin ümumi sayı 8 milyon, özünə qəsd edənlərin sayı 1,1 milyon, avtoqəzada ölənlərin sayı 1,3 milyon, QİÇS-dən ölənlərin sayı 1,6 milyon, vərəmdən ölənlərin sayı 1,7 milyon, içkidən ölənlərin sayı 2,5 milyon, digər infeksion xəstəliklərdən ölənlərin sayı 12,7 milyon, COVİD 19-dan isə bu il ərzində ölənlərin sayı 1,7 milyon nəfərdir. Özünüz təhlil edin. Hansı xəstəlik daha çox insanı öldürüb? COVİD-19 ətrafındakı hay-küy bir ilə yaxındır ki, səngimək bilmir”.

Son dövrlər vaksinlər haqqında gəzən söhbətlərə insanların sevindiyini deyən həkim, elə bu anda Britaniyadakı mutasiyaya da münasibət bildirib:

"Britaniyada yeni mutasiya baş verib və yoluxuculuq qabiliyyəti çox yüksəkdir. KİV bu məlumatı tirajlamağa başladı. İnsanlar yenidən panikaya düşdülər".

"Mutasiya yeni bir şey deyil ki? Son 9 ayda dəfələrlə bu virus mutasiya olub, nəsə dəyişib? Və əgər bu mutasiya elə qorxuludursa və az müddətdə bütün Avropaya yayılıbsa, niyə təkcə Britaniya sərhədləri bağladı? Hətta deyirlər, Avstraliyaya qədər gedib, çıxıb. Bəs niyə digər ölkələr Britaniya kimi hərəkət etmədilər?"

"Niyə karantin tətbiq edilməyən ölkələrdə yoluxma və ölüm sayı daha azdır?”.

Qalib Əsədov ÜST-ün bir-birinə zidd bəyanatlarından da bəhs edib.

"O bəyanatları heç çür anlamıram. Qurumun Baş epidemioloqu Mariya Van Kirxhof karantinin lazım olmadığını deyir, Azərbaycandakı nümayəndəsi isə sərtləşməyin tərəfdarıdır. İnsanları panikada, təşviş içərisində saxlamaq kimə sərf edir?" deyə həkim fikrini sualla tamamlayıb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Məktəbli qıza əxlaqsız hərəkətlər edən taksi sürücüsünə CƏZA VERİLDİ

Məktəbli qıza əxlaqsız hərəkətlər edən taksi sürücüsünə CƏZA VERİLDİ

Onlar Bakıda bir araya gəldi - Süni intellekt mövzusu GÜNDƏMDƏ

Onlar Bakıda bir araya gəldi - Süni intellekt mövzusu GÜNDƏMDƏ

“Lotu Quli”nin yaxın adamını qətlə yetirən ŞƏXSDƏN XƏBƏR VAR

“Lotu Quli”nin yaxın adamını qətlə yetirən ŞƏXSDƏN XƏBƏR VAR

Qızılın SON qiyməti

Qızılın SON qiyməti

Cinayətkar zərərçəkmişlə barışsa, cəzası azaldılacaq? – Ali Məhkəmədən QƏRAR

Cinayətkar zərərçəkmişlə barışsa, cəzası azaldılacaq? – Ali Məhkəmədən QƏRAR

Vens: “Ukrayna NATO-ya üzv olmamalıdır”

Vens: “Ukrayna NATO-ya üzv olmamalıdır”

“Traktor” futbolçuları təhqirlərə görə stadionu tərk etdilər – VİDEO

“Traktor” futbolçuları təhqirlərə görə stadionu tərk etdilər – VİDEO

İlkin Çərkəzoğlu vəfat etdi

İlkin Çərkəzoğlu vəfat etdi

Sürücülərin DİQQƏTİNƏ – Bu hallarda avtomobili idarəetmə hüququnuz MƏHDUDLAŞDIRILACAQ

Sürücülərin DİQQƏTİNƏ – Bu hallarda avtomobili idarəetmə hüququnuz MƏHDUDLAŞDIRILACAQ

Azad edilmiş ərazilərdə 8 su elektrik stansiyası tikilir

Azad edilmiş ərazilərdə 8 su elektrik stansiyası tikilir

Oktyabrın 20-si Energetiklər Günüdür

Oktyabrın 20-si Energetiklər Günüdür

Astarada kişi pilləkəndən yıxılaraq VƏFAT ETDİ

Astarada kişi pilləkəndən yıxılaraq VƏFAT ETDİ

Bakıda sərxoş kişini avtomobil vurdu

Bakıda sərxoş kişini avtomobil vurdu

DSX mayoruna hücum edən idmançılar yenidən hakim qarşısına çıxarılır

DSX mayoruna hücum edən idmançılar yenidən hakim qarşısına çıxarılır

“Bitcoin”in qiyməti 82 min dollardan aşağı düşdü

“Bitcoin”in qiyməti 82 min dollardan aşağı düşdü

DİM fəlsəfə doktoru imtahanları üçün qeydiyyat elan etdi

DİM fəlsəfə doktoru imtahanları üçün qeydiyyat elan etdi

Avro və rus rublu bahalaşdı - YENİ MƏZƏNNƏ

Avro və rus rublu bahalaşdı - YENİ MƏZƏNNƏ

Kim Çen İnin ölüm xəbərini belə təkzib etdilər – FOTO

Kim Çen İnin ölüm xəbərini belə təkzib etdilər – FOTO

Azərbaycanda gənclərin sayında kəskin azalma - Rəqəmlər AÇIQLANDI - İNFOQRAFİKA

Azərbaycanda gənclərin sayında kəskin azalma - Rəqəmlər AÇIQLANDI - İNFOQRAFİKA

Yaddaşı gücləndirməyin ən asan yolu tapıldı

Yaddaşı gücləndirməyin ən asan yolu tapıldı

Paytaxtın bu ərazisində mənzillər kəskin ucuzlaşdı

Paytaxtın bu ərazisində mənzillər kəskin ucuzlaşdı

Xudavəng monastır kompleksində ilkin arxeoloji tədqiqatlara başlanıldı

Xudavəng monastır kompleksində ilkin arxeoloji tədqiqatlara başlanıldı

Tramp: “Zelenski nə dediyini bilmir, danışıqları başqası aparmalıdır” – VİDEO

Tramp: “Zelenski nə dediyini bilmir, danışıqları başqası aparmalıdır” – VİDEO

Azərbaycanda toylarla bağlı yeni vəziyyət – Yeməklər yığışdırıldı…

Azərbaycanda toylarla bağlı yeni vəziyyət – Yeməklər yığışdırıldı…

End of content

No more pages to load

RADİO