Tibb işçilərinə 13,5 milyon manat əlavə pul ödənildi

Azərbaycan Respublikası Prezidentinin 18 mart 2020-ci il tarixli 1947 nömrəli Sərəncamına və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 5 noyabr 2020-ci il tarixli 442 nömrəli Qərarına uyğun olaraq İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi (Agentlik) tərəfindən yeni növ koronavirus infeksiyası ilə mübarizə tədbirlərində iştirak edən tibb və qeyri-tibb işçilərinə oktyabr ayı üzrə iş vaxtına mütənasib olaraq müddətli əlavə ödənilib. 

İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyindən Bizim.Media verilən məlumata görə, Bakı şəhəri üzrə 29, respublikanın digər şəhər və rayonları üzrə 96 dövlət tibb müəssisəsinin 9405 nəfər tibb işçisinə və 2369 nəfər qeyri-tibb işçisinə oktyabr ayı üzrə iş vaxtına/saatına mütənasib olaraq  13.5 milyon manat müddətli əlavə ödənilib. 

Nazirlər Kabinetinin qərarına uyğun olaraq, yeni növ koronavirus (COVID-19) infeksiyası ilə əlaqəli əmək şəraitinə görə dövlət tibb müəssisələrində çalışan işçilərin əməkhaqlarına iş vaxtına mütənasib olaraq müddətli əlavələr aşağıdakı qaydada ödənilib:

1. Tibbi  profilaktik tədbirləri həyata keçirən 2093 nəfər tibb işçisinə aylıq vəzifə (tarif) maaşının 3 misli məbləğində cəmi  1.7 milyon manat ödənilib.

Ay ərzində iş günlərinə/saatlarına mütənasib hesablama düsturu: müddətli əlavə = (Vahid Tarif Cədvəli üzrə tarif maaşı / aylıq iş günlərinin sayı və ya iş saatları) x işçinin çalışdığı günlərin sayı x müddətli əlavənin misli

Nümunə 1: Poliklinikada çalışan həkim terapevtin 13-cü dərəcə üzrə aylıq vəzifə (tarif)  maaşı 406 manatdır. Həkim koronavirus infeksiyası ilə mübarizə tədbirləri üzrə 10 gün işə cəlb olunubsa, deməli  468 manat 46 qəpik müddətli əlavə almalıdır. 468.46 = ((406 / 26) x 10) x 3. Qeyd edək ki, yekun məbləğdən işçi tərəfindən ödənilməli olan əməkhaqqına dair bütün tutulmalar hesablanacaq.

2. Təcili tibbi yardım xidməti göstərən 3765 nəfər tibb işçisinə, həmçinin bioloji materialın müayinəsi ilə məşğul olan 344 nəfər laboratoriya işçisinə aylıq vəzifə (tarif) maaşının 4 misli məbləğində cəmi 5.8 milyon manat ödənilib.

Nümunə 2: Təcili və təxirəsalınmaz tibbi yardımda çalışan təcili tibbi yardım həkiminin 15-ci dərəcə üzrə aylıq vəzifə (tarif) maaşı 440 manatdır. Həkim koronavirus infeksiyası ilə mübarizə tədbirləri üzrə 120 saat işə cəlb olunubsa, deməli 1353 manat 85 qəpik müddətli əlavə almalıdır. 1353.85 = ((440 / 156) x 120) x 4. Qeyd edək ki, yekun məbləğdən işçi tərəfindən ödənilməli olan əməkhaqqına dair bütün tutulmalar hesablanacaq.

3. Pasiyentlərə stasionar tibbi xidmət göstərən 3203 nəfər tibb işçisinə aylıq vəzifə (tarif) maaşının 5 misli məbləğində cəmi 4.1 milyon manat ödənilib.

Nümunə 3: Xəstəxanada çalışan həkimin 15-ci dərəcə üzrə aylıq vəzifə (tarif) maaşı 440 manatdır. Həkim koronavirus infeksiyası ilə mübarizə tədbirləri üzrə 10 gün işə cəlb olunubsa, deməli 846 manat 15 qəpik müddətli əlavə almalıdır. 846.15 = ((440 / 26) x 10) x 5. Qeyd edək ki, yekun məbləğdən işçi tərəfindən ödənilməli olan əməkhaqqına dair bütün tutulmalar hesablanacaq.

Onu da qeyd edək ki, 2369 nəfər qeyri-tibb işçisinə 3-5 misli məbləğində 1.9 milyon manat müddətli əlavə verilib. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

ARDNF-nin aktivlərinin həcmi AÇIQLANDI

ARDNF-nin aktivlərinin həcmi AÇIQLANDI

DYP-dən yüksək sürətlə bağlı sürücülərə XƏBƏRDARLIQ

DYP-dən yüksək sürətlə bağlı sürücülərə XƏBƏRDARLIQ

Azərbaycanda güclü zəlzələ gözlənilir? - Qurban Yetirmişlidən AÇIQLAMA

Azərbaycanda güclü zəlzələ gözlənilir? - Qurban Yetirmişlidən AÇIQLAMA

İsraildə Pentaqon rəhbəri Netanyahu ilə gizli görüş keçirdi

İsraildə Pentaqon rəhbəri Netanyahu ilə gizli görüş keçirdi

18 yaşlıı Rusiya vətəndaşı gizli məlumatları Ukraynaya ötürürmüş – FTX HƏBS ETDİ

18 yaşlıı Rusiya vətəndaşı gizli məlumatları Ukraynaya ötürürmüş – FTX HƏBS ETDİ

Məleykə Abbaszadə imtahan suallarının çətinliyi ilə bağlı narazılıqlardan DANIŞDI

Məleykə Abbaszadə imtahan suallarının çətinliyi ilə bağlı narazılıqlardan DANIŞDI

Araqçi: “Tehran və Moskva heç vaxt indiki qədər sıx əməkdaşlıq etməyib”

Araqçi: “Tehran və Moskva heç vaxt indiki qədər sıx əməkdaşlıq etməyib”

Dünyanın ən sürətlə böyüyən şəhərləri açıqlandı - Siyahı

Dünyanın ən sürətlə böyüyən şəhərləri açıqlandı - Siyahı

Vüsal İbrahimov VƏFAT ETDİ

Vüsal İbrahimov VƏFAT ETDİ

Mobil telefonlardan POS-terminal kimi istifadə MÜMKÜN OLACAQ

Mobil telefonlardan POS-terminal kimi istifadə MÜMKÜN OLACAQ

Bu bağçada nöqsanlar aşkarlandı - Protokol tərtib olundu

Bu bağçada nöqsanlar aşkarlandı - Protokol tərtib olundu

Yaponların sürətli paltar qurutma texnikası

Yaponların sürətli paltar qurutma texnikası

Sərxoş kişi 67 yaşlı qadını vəhşicəsinə döydü – ANBAAN VİDEO

Sərxoş kişi 67 yaşlı qadını vəhşicəsinə döydü – ANBAAN VİDEO

30 yaşında başlayır, yuyunmaqla belə keçmir

30 yaşında başlayır, yuyunmaqla belə keçmir

Vladivostokda Soljenitsının abidəsi söküldü

Vladivostokda Soljenitsının abidəsi söküldü

Biləsuvarda ağır qəza: 1 ölü, 1 yaralı var

Biləsuvarda ağır qəza: 1 ölü, 1 yaralı var

Azərbaycan neftinin qiyməti ARTDI

Azərbaycan neftinin qiyməti ARTDI

Tramp: “Paris "müsəlman şəhəri"nə çevriləcək”

Tramp: “Paris "müsəlman şəhəri"nə çevriləcək”

Bu gün Bakı metrosu xüsusi rejimdə işləyəcək – SƏBƏB

Bu gün Bakı metrosu xüsusi rejimdə işləyəcək – SƏBƏB

“Kupça”sız evə bu yolla sənəd almaq olar

“Kupça”sız evə bu yolla sənəd almaq olar

Məktəbli qıza əxlaqsız hərəkətlər edən taksi sürücüsünə CƏZA VERİLDİ

Məktəbli qıza əxlaqsız hərəkətlər edən taksi sürücüsünə CƏZA VERİLDİ

Onlar Bakıda bir araya gəldi - Süni intellekt mövzusu GÜNDƏMDƏ

Onlar Bakıda bir araya gəldi - Süni intellekt mövzusu GÜNDƏMDƏ

“Lotu Quli”nin yaxın adamını qətlə yetirən ŞƏXSDƏN XƏBƏR VAR

“Lotu Quli”nin yaxın adamını qətlə yetirən ŞƏXSDƏN XƏBƏR VAR

Qızılın SON qiyməti

Qızılın SON qiyməti

End of content

No more pages to load

RADİO