Özəl klinikaların COVİD-19 ticarəti - ŞİKAYƏTLƏR VAR

Koronavirusa yoluxanların sayındakı artım bəzi problemləri ortaya çıxarmaqdadır. Xüsusilə də analiz və testlərin qiyməti əhalinin social rifahına uyğun gəlmir. 

Test yoxlamalarının özəl klinikaların inhisarına verilməsi və oradakı test yaxmasının qiyməti heç bir məntiqə sığmır. 

Özəl klinikalarda burun və ağız boşluğundan götürülən yaxma vasitəsilə aparılan (PCR) testin qiyməti 100-140 manat, qan vasitəsilə aparılan testin qiyməti isə 40-50 manat arasında dəyişir. Ancaq qan yox, yaxma testi əsas hesab olunur və xaricə uçuş zamanı məhz PCR testi qəbul edilir. 

Sosial şəbəkədə ziyalısından tutmuş millət vəkilinə, adi siravi vətəndaşına kimi hamı deyir ki, COVİD-19 testləri özəl klinikalarda ya ucuz, ya da pulsuz olmalıdır.

Seva Mammadova adlı sosial şəbəkə istifadəçisi deyir ki, madiyyat ucbatından test yoxlamasını gec edib. Nəticədə müalicəyə gecikdiyi üçün ciyərlərində 50 % buzlaşma yaranıb:

- Polikninkaya zəng etdim gələn olmadı. Məcbur özəl klinikada yoxlandım. Qiymət isə mənim büdcəmə görə çox bahadır. Test yoxlanması nə qədər  asan və ucuz olarsa xəstəliyin müalicəsinə də bir o qədər tez başlayarıq ki, millətimiz bu bəladan uzaq olsun. Lakin görünür, burada da işbazlar xalqın dərisini soymaqla məşğuldurlar.

Guliyeva Nigar adlı istifadəçi isə:

- Son günlər baş verənlər göstərdi ki, ictimai rəy ölkədə bir çox proseslərin gedişatını dəyişdirməyə qadirdir. Ona görə də testin qiymətinin özəl klinikada ucuz olmasını hamılıqla TƏBİB və Səhiyyə Nazirliyindən tələb etmək lazımdır.

Görünən odur ki, COVİD-19 cəmiyyətimizə ölüm xofu yaşatmaqla bərabər, sosial narazılıq yaratmaqla da məşğuldur. Səhiyyə müəssisələrindəki işbazlar isə buna yardım edirlər.

525-ci qəzetin baş redaktoru Rəşad Məcid isə belə bir sual edir. COVİD-19 testinin qiyməti niyə enmir ki? Pandemik biznesdir?

- Bəzi ölkələrdə hər aptekin qarşısında bir çadır qurublar, küçədən keçənləri də könüllü, pulsuz test edirlər, bir saata da nəticəsini deyirlər. 

Bəs səhiyyə sistemində iki böyük dövlət strukturu fəaliyyət göstərdiyi halda bizdə niyə COVİD-19 testi özəl klinikaların inhisarındadır?

Professor-doktor Adil Qeybulla da düşünür ki, testin qiyməti nə qədər ucuz olsa, bir o qədər də insan yoxlanar. 

Millət vəkili Vahid Əhmədov isə deyir ki, 100 manat bir vətəndaş üçün kifayət qədər bahadır. Yaxşı olar ki, test üçün vahid qiymət 20-30 manat müəyyən olunsun.

Milli Məclisin səhiyyə komitəsinin üzvü, millət vəkili İlham Məmmədov Bizim.Media-ya açıqlamasında bildirdi ki, ölkəmizdə özəl klinikalardan əlavə olaraq, 40- dan çox  test yaxması götürmək üçün labarotoriya var. Testlərin də çoxu inkişaf etmiş ölkələrdən gətirilir. Mən bilirəm qiymət bahadır. Amma unutmayın ki, Səhiyyə Nazirliyi tərəfindən sahə polikninkları şənbə və bazar günləri fəaliyyət göstərirlər ki, test yoxlamalarında sıxlıq yaranmasın:

- Sahə poliklinikalarında test yaxmansının götürülməsi tamamilə pulsuzdur. Özündə koronovirus əlamətləri hiss edən istənilən şəxs pulsuz xidmətdən yararlana bilərlər. Vətəndaşlar ərazidə olan poliklinikaya müraciət etsinlər. Bəli, sıxlığa görə vətəndaş məcbur olub özəl klinikaya gedir. Düşünürəm ki, özəl klinikların da vahid qiymətə keçməsinin vaxtı çatıb.

Xatırladaq ki, dünyada koronovirus testlərinin qiyməti ölkəmizdəkindən xeyli fərqlidir. Məsələn, Rusiyada testin qiyməti Azərbaycan manatı ilə 30 manatdan başlayır. Türkiyədə isə bu rəqəm təxminən 24 manat təşkil edir. Bəzi ölkələrdə isə bu prosses tamamilə ödənişsiz icra olunur.

Gülşanə Mustafayeva, Bizim.Media 

 

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Yeni mühitə ən sürətlə uyğunlaşan 3 BÜRC

Yeni mühitə ən sürətlə uyğunlaşan 3 BÜRC

Niderland - İsveç matçının ƏN YAXŞISI seçildi

Niderland - İsveç matçının ƏN YAXŞISI seçildi

Fərqanə Qasımova qızı və ikinci nəvəsi ilə - FOTO

Fərqanə Qasımova qızı və ikinci nəvəsi ilə - FOTO

Krasnodardakı hücumda gəncin bıçaqla məkana necə girdiyi MƏLUM OLUB

Krasnodardakı hücumda gəncin bıçaqla məkana necə girdiyi MƏLUM OLUB

Aygün Kazımova Röyanın oğlunun məzun gecəsində - VİDEO

Aygün Kazımova Röyanın oğlunun məzun gecəsində - VİDEO

Zelenski Belarusu növbəti dəfə HƏDƏLƏDİ

Zelenski Belarusu növbəti dəfə HƏDƏLƏDİ

Şahbaz Şərif İsveçrədəki danışıqlarda İŞTİRAK EDƏCƏK

Şahbaz Şərif İsveçrədəki danışıqlarda İŞTİRAK EDƏCƏK

Polşa prezidenti Zelenskini ordendən niyə məhrum etdiyini AÇIQLADI

Polşa prezidenti Zelenskini ordendən niyə məhrum etdiyini AÇIQLADI

DÇ-2026: Niderland İsveçi böyük hesabla məğlub etdi

DÇ-2026: Niderland İsveçi böyük hesabla məğlub etdi

Rayonlara yağış, bəzi yerlərə dolu yağıb – Faktiki hava

Rayonlara yağış, bəzi yerlərə dolu yağıb – Faktiki hava

Elza Seyidcahanın ailəsi ilə şəhər gəzintisi - VİDEO

Elza Seyidcahanın ailəsi ilə şəhər gəzintisi - VİDEO

Ağstafaya ovuc boyda dolu yağdı - VİDEO

Ağstafaya ovuc boyda dolu yağdı - VİDEO

1 qəpiklik yumurtanın içindən görün nə çıxdı - VİDEO

1 qəpiklik yumurtanın içindən görün nə çıxdı - VİDEO

Bu beş şeydən qurtulun ki, evinizə pul gəlsin...

Bu beş şeydən qurtulun ki, evinizə pul gəlsin...

Dua Lipanın toy FOTOLARI

Dua Lipanın toy FOTOLARI

Azərbaycan XİN Ümumdünya Qaçqınlar Günü ilə bağlı BƏYANAT YAYDI - FOTO

Azərbaycan XİN Ümumdünya Qaçqınlar Günü ilə bağlı BƏYANAT YAYDI - FOTO

Gəncədə qadın evində ölü tapıldı

Gəncədə qadın evində ölü tapıldı

İsrail hücumları: Livanda ölənlərin sayı 4 mini keçdi

İsrail hücumları: Livanda ölənlərin sayı 4 mini keçdi

Sumqayıtda döyülən ahıl qadın dünyasını dəyişdi

Sumqayıtda döyülən ahıl qadın dünyasını dəyişdi

Uşaq arabasında olan Atilla faciəli şəkildə həlak oldu - VİDEO

Uşaq arabasında olan Atilla faciəli şəkildə həlak oldu - VİDEO

Sumqayıtdakı partlayışla bağlı YENİ MƏLUMAT - Azyaşlı xəsarət aldı

Sumqayıtdakı partlayışla bağlı YENİ MƏLUMAT - Azyaşlı xəsarət aldı

Tələbə adını qazanmaqda rekord nəticə: Bu şəhər birincidir

Tələbə adını qazanmaqda rekord nəticə: Bu şəhər birincidir

AYB-nin Mingəçevir bölməsinin sədri vəfat etdi

AYB-nin Mingəçevir bölməsinin sədri vəfat etdi

İsrail ordusuna Livanda atəşi dayandırmaq ƏMRİ VERİLDİ

İsrail ordusuna Livanda atəşi dayandırmaq ƏMRİ VERİLDİ

End of content

No more pages to load

RADİO