Çex səfiri: “COP29 iqlim dəyişikliyi ilə bağlı qlobal əməkdaşlığın gücləndirilməsinə töhfə verəcək”

Milli Məclisin sədri Sahibə Qafarova oktyabrın 31-də Çex Respublikasının ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Milan Sedlaçeklə görüşüb.

Parlamentin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən Bizim.Media-ya bildirilib ki, görüşdə ölkələrimiz arasında ikitərəfli əməkdaşlıq əlaqələrinin siyasi, iqtisadi və humanitar aspektləri müzakirə edilib, ikitərəfli münasibətlərin inkişafında qarşılıqlı səfərlərin, o cümlədən parlament sədrləri və dostluq qrupları səviyyəsində təmasların əhəmiyyəti vurğulanıb.
 

Sahibə Qafarova parlamentlərarası əlaqələrin dövlətlərarası münasibətlərin inkişafında mühüm rolunu qeyd edərək, Altıncı çağırış Milli Məclis dövründə Çex parlamenti ilə əməkdaşlığın genişlənməsinə xüsusi diqqət yetirildiyini vurğulayıb. O, VII çağırış dövründə də bu əməkdaşlığın davam etdiriləcəyinə inamını ifadə edib, parlamentlərin dostluq qrupları, həmçinin profil komitələri arasında əməkdaşlığın genişləndirilməsinin vacibliyini vurğulayıb.


Deputatlarımızın beynəlxalq təşkilatlar çərçivəsində birgə fəaliyyətinin və qarşılıqlı dəstəyinin mühüm olduğunu deyən Milli Məclisin sədri parlamentlərarası əlaqələrdə obyektiv məlumatların paylaşılması baxımından qarşılıqlı məlumatlandırmanın genişləndirilməsinin əhəmiyyətini diqqətə çatdırıb.

COP29-a hazırlıq prosesindən söz açan Sahibə Qafarova deyib ki, bu konfransın qlobal bir problemə və həmrəylik tələb edən bir məsələyə həsr olunduğunu nəzərə alaraq, tədbirin siyasiləşdirilməsi cəhdləri yolverilməzdir. Bildirilib ki, Milli Məclis Parlamentlərarası İttifaqla birlikdə COP-29 çərçivəsində tədbirə qatılacaq parlamentarilərə iqlim dəyişikliyi ilə mübarizədə geniş fikir mübadiləsi aparmaq və birgə mövqedən çıxış etmək imkanı yaradacaq Parlament toplantısı keçirməyi planlaşdırır.

Səfir Milan Sedlaçek ölkələrimiz arasında müxtəlif sahələrdə, o cümlədən qanunverici orqanlar arasında əməkdaşlıqdan məmnun olduğunu, bu əlaqələrin davam etdiriləcəyinə əminliyini bildirib. COP29-un Azərbaycanda keçirilməsi münasibətilə təbriklərini çatdıran səfir Çexiyanın bu tədbirdə yüksək səviyyədə təmsil olunacağını bildirib, bu tədbirin iqlim dəyişikliyi ilə bağlı qlobal əməkdaşlığın gücləndirilməsinə mühüm töhfə verəcəyini bildirib.

Görüşdə qarşılıqlı maraq doğuran digər məsələlər barədə də fikir mübadiləsi aparılıb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Trampın İranla bağlı bəyanatları: “Saziş 60 gün ərzində əldə olunmasa...”

Trampın İranla bağlı bəyanatları: “Saziş 60 gün ərzində əldə olunmasa...”

Vatikan kardinalı Şəkinin qədim abidələrini ziyarət edib - FOTO

Vatikan kardinalı Şəkinin qədim abidələrini ziyarət edib - FOTO

Konqoda Eboladan ölənlərin sayı yüksəldi – Qonşu ölkələr üçün RİSK VAR

Konqoda Eboladan ölənlərin sayı yüksəldi – Qonşu ölkələr üçün RİSK VAR

Toy etmək istəyənlərin diqqətinə - Bu tarixdən BAHALAŞMA OLACAQ

Toy etmək istəyənlərin diqqətinə - Bu tarixdən BAHALAŞMA OLACAQ

Tramp: "İranla razılaşmasaydıq, illərlə bomba yağdırmalı olacaqdıq"

Tramp: "İranla razılaşmasaydıq, illərlə bomba yağdırmalı olacaqdıq"

“Şəfa” daha bir futbolçu ilə müqaviləni uzatdı

“Şəfa” daha bir futbolçu ilə müqaviləni uzatdı

Bakı metrosunda həyəcan: Eskalator qəfil dayandı və azyaşlı...

Bakı metrosunda həyəcan: Eskalator qəfil dayandı və azyaşlı...

Direktordan sonra müavini də İŞDƏN ÇIXDI

Direktordan sonra müavini də İŞDƏN ÇIXDI

Rusiyada Hakan Fidana fəxri ad verildi

Rusiyada Hakan Fidana fəxri ad verildi

Tramp ən çox nüvə silahına sahib ölkəni AÇIQLADI

Tramp ən çox nüvə silahına sahib ölkəni AÇIQLADI

“Beşiktaş”ın Avropa Liqasındakı rəqibi bəlli oldu

“Beşiktaş”ın Avropa Liqasındakı rəqibi bəlli oldu

Qənirə Ataşovanın oğlu ABŞ-də ağır qəza keçirdi – FOTO

Qənirə Ataşovanın oğlu ABŞ-də ağır qəza keçirdi – FOTO

Qəbul imtahanında 12 nəfərin nəticəsi ləğv olundu

Qəbul imtahanında 12 nəfərin nəticəsi ləğv olundu

Qızı faciəli şəkildə ölən tanınmış vəkil danışdı: "Nasaz maşını niyə sürürsən axı?!" - VİDEO

Qızı faciəli şəkildə ölən tanınmış vəkil danışdı: "Nasaz maşını niyə sürürsən axı?!" - VİDEO

Xatirə geyimi ilə diqqət çəkdi - VİDEO

Xatirə geyimi ilə diqqət çəkdi - VİDEO

DÇ-2026: Portuqaliya-Konqo oyunun start heyətləri bəlli oldu

DÇ-2026: Portuqaliya-Konqo oyunun start heyətləri bəlli oldu

Ceyhun Bayramov Koreya nümayəndə heyətini qəbul etdi – Nələr müzakirə edildi? - FOTO

Ceyhun Bayramov Koreya nümayəndə heyətini qəbul etdi – Nələr müzakirə edildi? - FOTO

Bakıda sürücü sükan arxasında dünyasını dəyişdi

Bakıda sürücü sükan arxasında dünyasını dəyişdi

II və III ixtisas qrupu üzrə ən yüksək nəticəni cəmi bir nəfər TOPLADI

II və III ixtisas qrupu üzrə ən yüksək nəticəni cəmi bir nəfər TOPLADI

II və III ixtisas qrupları üzrə qəbul imtahanının nəticəsi ELAN EDİLDİ

II və III ixtisas qrupları üzrə qəbul imtahanının nəticəsi ELAN EDİLDİ

Bruno Lanqa “Qarabağ”da – VİDEO

Bruno Lanqa “Qarabağ”da – VİDEO

Çimərlikdə İNSİDENT – Kütləvi davanın ANBAAN VİDEOSU

Çimərlikdə İNSİDENT – Kütləvi davanın ANBAAN VİDEOSU

Zirzəmilərdə mağaza, obyekt qurmaq qanunidir?

Zirzəmilərdə mağaza, obyekt qurmaq qanunidir?

Yüksək vəzifəyə təyin olunan Aynur Mirzəyeva kimdir? - DOSYE

Yüksək vəzifəyə təyin olunan Aynur Mirzəyeva kimdir? - DOSYE

End of content

No more pages to load

RADİO