Əvvəlki illərdə qızılcadan ÖLÜM sayı nə qədər olub? – NAMƏLUM STATİSTİKA

Son günlər qızılca xəstəliyinə yoluxanların sayı durmadan artır və onlar arasında ölüm halları da əvvəlki illərlə müqayisədə çoxalır. Həkimlərin sözlərinə görə, əvvəlki dövrlərdə qızılcaya qarşı peyvənd olmadığından ölüm sayı milyonu keçirdi. Yəni elmə məlum olan bu epidemiyanın peyvəndi olduğu üçün əslində qızılcaya ciddi müdaxiləyə ehtiyac yoxdur.

Araşdırmalarımız göstərir ki, ötən dövr ərzində valideynlər uşaqlarını peyvəndlənməyə cəlb etməkdə maraqlı olsalar da, son zamanlar bu hal dəyişib. Peyvəndlənmənin aktiv aparıldığı illərdə qızılcaya yoluxma səviyyəsi olduqca aşağı olub və Ümumdünya Səhiyyə Təşkilatı tərəfindən 2015-ci ildən etibarən Azərbaycanda rəsmi olaraq qızılca və məxmərək xəstəliklərinin eliminasiyası (ölkə ərazisində endemik halların qeydə alınmaması) elan edilib.

Lakin son bir ildə vəziyyət tamamilə dəyişib, uşaqların vaksinasiyaya cəlb olunmasının səviyyəsi aşağı düşüb. Bu da özlüyündə qızılcaya yoluxanların sayına öz təsirini göstərir.

Maraqlıdır, əvvəlki illərdə qızılcaya yoluxma və ölüm sayı nə qədər olub?

Dövlət Statistika Komitəsindən Bizim.Media-nıın sorğusuna cavab olaraq bildirilib ki, ötən il bu virusa ölkə ərazisində cəmi 1 nəfər yoluxub:

“2020-cu ildə 2 nəfər, 2019-cu ildə 337 nəfər, 2018-cu ildə 52 nəfər, 2014-cu ildə 1 nəfər, 2013-cu ildə 102 nəfər, 2008-ci ildə 5 nəfər, 2005-ci ildə 1238 nəfər, 2000-ci ildə isə 212 nəfər qızılcaya yoluxub. 2007, 2009, 2010, 2011, 2012, 2015, 2016, 2017 və 2021-ci illərdə qızılcaya yoluxma halı qeydə alınmayıb”.

Səhiyyə Nazirliyindən isə bildirilib ki, həmsərhəd ölkələrdən 2023-cü ilin aprel ayından başlayaraq gətirilmə qızılca hadisələri ilə əlaqəli olaraq, əhali arasında xəstəliyin sporadik yayılma halları qeydə alınıb:

“Yoluxma əsasən uşaqlar arasında müşahidə edilir. Aprel ayından indiyədək ölkə ərazisində 284 qızılcaya yoluxma hadisəsi qeydə alınıb”.

Qızılcadan ölüm halına gəlincə, nə Dövlət Statistika Komitəsi, nə də Səhiyyə Nazirliyi tərəfindən bununla bağlı məlumatlar açıqlanıb. Hər iki qurumdan bu rəqəmlərin onlarda olmadığı bildirilib. Daha doğrusu məsələni bir-birlərinə ötürərək, əvvəlki illərdə qızılcadan ölənlərlə bağlı statistika təqdim etməyiblər.

Nuranə Daxilqızı, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Tramp Putinlə görüşün yeganə şərtini AÇIQLADI

Tramp Putinlə görüşün yeganə şərtini AÇIQLADI

Azərbaycanda ən çox hansı yaşda insanlar işləyir?

Azərbaycanda ən çox hansı yaşda insanlar işləyir?

Sentyabrın 3-də bu küçə və kəndlərdə işıq olmayacaq

Sentyabrın 3-də bu küçə və kəndlərdə işıq olmayacaq

Bu kəndə köçənlərə ev və iş verilir – İnanılmaz təklif

Bu kəndə köçənlərə ev və iş verilir – İnanılmaz təklif

CENTCOM İrandakı toy mərasiminə zərbə endirilməsi iddialarını araşdırır

CENTCOM İrandakı toy mərasiminə zərbə endirilməsi iddialarını araşdırır

Beynimizin nə qədərindən istifadə edirik? – Maraqlı açıqlama

Beynimizin nə qədərindən istifadə edirik? – Maraqlı açıqlama

İrana yenidən zərbə endirməyə hazırıq - Tramp

İrana yenidən zərbə endirməyə hazırıq - Tramp

Nepaldakı fəlakətin səbəbi açıqlandı: İqlim dəyişikliyi...

Nepaldakı fəlakətin səbəbi açıqlandı: İqlim dəyişikliyi...

Gecə işləyənlərin maaşına nə qədər əlavə ödənilməlidir?

Gecə işləyənlərin maaşına nə qədər əlavə ödənilməlidir?

Fanatından Nurana evlilik təklifi - VİDEO

Fanatından Nurana evlilik təklifi - VİDEO

AB-dən erməni konyakına qadağa - Səbəb?

AB-dən erməni konyakına qadağa - Səbəb?

Türkiyədə gəmi qəzasını işıqlandıran operator döyüldü - VİDEO

Türkiyədə gəmi qəzasını işıqlandıran operator döyüldü - VİDEO

Tələbələr üçün mənzil kirayəsinin qiyməti 50-100 manat BAHALAŞDI - VİDEO

Tələbələr üçün mənzil kirayəsinin qiyməti 50-100 manat BAHALAŞDI - VİDEO

Azərbaycan millisinin oyununun yeri dəyişdirildi

Azərbaycan millisinin oyununun yeri dəyişdirildi

Tramp: "Hollivud ölüb və biz onu dirçəltməliyik"

Tramp: "Hollivud ölüb və biz onu dirçəltməliyik"

ABŞ yüz minlərlə əcnəbini ölkədən çıxaracaq - Səbəb

ABŞ yüz minlərlə əcnəbini ölkədən çıxaracaq - Səbəb

Nepalda sel fəlakətində ölən və itkin düşənlərin SON STATİSTİKASI

Nepalda sel fəlakətində ölən və itkin düşənlərin SON STATİSTİKASI

Orqanizmi toksinlərdən sürətlə təmizləyən 5 MEYVƏ

Orqanizmi toksinlərdən sürətlə təmizləyən 5 MEYVƏ

20 yaşlı gəncin bir anlıq əsəbi həbslə nəticələndi

20 yaşlı gəncin bir anlıq əsəbi həbslə nəticələndi

4 BÜRC sentyabrda diqqətli olmalıdır

4 BÜRC sentyabrda diqqətli olmalıdır

Goranboyda avtomobillər toqquşdu: Xəsarət alanlar var

Goranboyda avtomobillər toqquşdu: Xəsarət alanlar var

Tramp: “Hörmüz boğazında 28 gəmini məhv etdik”

Tramp: “Hörmüz boğazında 28 gəmini məhv etdik”

Azərbaycanda bu futbol klubunun adı dəyişdirilir

Azərbaycanda bu futbol klubunun adı dəyişdirilir

Bakıda “cin çıxaran” qadın saxlanıldı - Cinayət işi açıldı

Bakıda “cin çıxaran” qadın saxlanıldı - Cinayət işi açıldı

End of content

No more pages to load

RADİO