Tibb, ya türkəçarə? – “Həkimlər də sınıqçı yanına gəlirlər" - VİDEO

Sümüklərində sınıq və ya çıxıq olan şəxslər arasında hələ də həkimə yox, sınıqçılara müraciət edənlər var. Hətta demək olar ki, günümüzdə sınıqçılara gedənlərin sayı, həkimlərə müraciət edənlərdən daha çoxdur. 

Maraqlıdır, doğurdan da heç bir tibbi biliyi olmayan şəxslərə etibar etmək olarmı?

Tanınmış həkim-cərrah Adil Qeybulla Bizim.Media-ya açıqlamasında bildirib ki, insanların sınıqçılara üz tutmasının səbəbi onların cahilliyindən irəli gəlir:
 

MÖVZU İLƏ BAĞLI:

Körpələrdə “ÇÖP MİFİ” - Niyə görə tək azərbaycanlı uşaqlarda “çöp” qalır?


“Əslində isə indiki müasir şəraitdə tibbin yeni imkanlarından yararlanmaq lazımdır. Hesab edirəm ki, bəzən problemlər də ondan qaynaqlanır. Xüsusilə, indi İcbari Tibbi Sığorta bütün sahələrin təxirəsalınmaz yardımlarını qarşıladığından, hər kəs bundan yararlanmalıdır. Sınıqçılar daha çox kənd yerlərində olur. 

Ümumiyyətlə, müxtəlif “ara həkimləri” deyilən şəxslərə müraciət etmək tam yersizdir. Bəzən onların gördüyü işlər mənfi nəticələr də yarada bilirlər. Çünki müəyyən situasiyalara görə aseptika, antiseptika, sterillik və s. gözlənilməlidir. Hesab edirəm ki, hamı bu vəziyyəti nəzərə almalıdır”.

Həkim-fizioterapevt Gülnar Əhmədlinin sözlərinə görə, hər hansı bir travmadan sonra rentgen çəkilmədən və yaxud da MRT, kompüter-tomoqrafiya müayinəsi aparılmadan sınıqçının müdaxilə etməsi yolverilməzdir:

“Çünki bəzən yerdəyişmiş sınıqlar olur ki, belə hallardan sınıqçıların başı çıxmır. Yerdəyişmiş sınığa hər hansı bir müdaxilə olunarsa, kəskin ağırlaşmalara gətirib çıxara bilir. Eyni zamanda, onurğada olan yırtıq protruziya zamanı sınıqçıların istifadə etdikləri kor-koranə manipulyasiyalar manual terapiya kimi qiymətləndirilir, amma bu, qətiyyən manual terapiya deyil, birdən-birə yırtığın qopmasına, kəskin “pristup” və sancı şəkilli ağrıların artmasına gətirib çıxara bilir. Sınıq və çıxıq zamanı mütləqdir ki, həkim instrumental hansısa müayinəni aparsın, ondan sonra travmatoloq, ortoped və yaxud da həkim-fizioterapevt gözü ilə problem dəyərləndirilsin”.

“Yanıma həkimlər də gəlir”

Sınıqçılıqla məşğul olan 90 yaşlı Səbinə Ələsgərova isə bildirib ki, heç bir tibb təhsili almadan saysız-hesabsız şəxsləri sağaldıb:

“Məndə sınıqçılıq genetik istedaddır. Babam Göyçədə loğman olub. Bizə bu vergi ondan keçib. Demək olar ki, bu işi təmənnasız görürəm. Ata-babadan keçən vergidir deyə, bizə deyilib ki, əlinin savabı bəsdir. Kimin ürəyindən nə qədər keçirsə, o qədər pul verir. 

Yanıma gündə azı 2-3 nəfər adam gəlir, kömək edirəm razı qalıb gedirlər. Azərbaycanın müxtəlif bölgələrindən, hətta həkimlər də mənə müraciət edirlər. Bu istedadı olan insanlar canlı MRT kimidir. Yəni aparatda yoxlanışdan keçib yanıma gəlsən də, gözümlə görmüş kimi, problemin nə olduğunu deyə biləcəm”.
 

Cahan, Bizim.Media
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Tramp Putinlə görüşün yeganə şərtini AÇIQLADI

Tramp Putinlə görüşün yeganə şərtini AÇIQLADI

Azərbaycanda ən çox hansı yaşda insanlar işləyir?

Azərbaycanda ən çox hansı yaşda insanlar işləyir?

Sentyabrın 3-də bu küçə və kəndlərdə işıq olmayacaq

Sentyabrın 3-də bu küçə və kəndlərdə işıq olmayacaq

Bu kəndə köçənlərə ev və iş verilir – İnanılmaz təklif

Bu kəndə köçənlərə ev və iş verilir – İnanılmaz təklif

CENTCOM İrandakı toy mərasiminə zərbə endirilməsi iddialarını araşdırır

CENTCOM İrandakı toy mərasiminə zərbə endirilməsi iddialarını araşdırır

Beynimizin nə qədərindən istifadə edirik? – Maraqlı açıqlama

Beynimizin nə qədərindən istifadə edirik? – Maraqlı açıqlama

İrana yenidən zərbə endirməyə hazırıq - Tramp

İrana yenidən zərbə endirməyə hazırıq - Tramp

Nepaldakı fəlakətin səbəbi açıqlandı: İqlim dəyişikliyi...

Nepaldakı fəlakətin səbəbi açıqlandı: İqlim dəyişikliyi...

Gecə işləyənlərin maaşına nə qədər əlavə ödənilməlidir?

Gecə işləyənlərin maaşına nə qədər əlavə ödənilməlidir?

Fanatından Nurana evlilik təklifi - VİDEO

Fanatından Nurana evlilik təklifi - VİDEO

AB-dən erməni konyakına qadağa - Səbəb?

AB-dən erməni konyakına qadağa - Səbəb?

Türkiyədə gəmi qəzasını işıqlandıran operator döyüldü - VİDEO

Türkiyədə gəmi qəzasını işıqlandıran operator döyüldü - VİDEO

Tələbələr üçün mənzil kirayəsinin qiyməti 50-100 manat BAHALAŞDI - VİDEO

Tələbələr üçün mənzil kirayəsinin qiyməti 50-100 manat BAHALAŞDI - VİDEO

Azərbaycan millisinin oyununun yeri dəyişdirildi

Azərbaycan millisinin oyununun yeri dəyişdirildi

Tramp: "Hollivud ölüb və biz onu dirçəltməliyik"

Tramp: "Hollivud ölüb və biz onu dirçəltməliyik"

ABŞ yüz minlərlə əcnəbini ölkədən çıxaracaq - Səbəb

ABŞ yüz minlərlə əcnəbini ölkədən çıxaracaq - Səbəb

Nepalda sel fəlakətində ölən və itkin düşənlərin SON STATİSTİKASI

Nepalda sel fəlakətində ölən və itkin düşənlərin SON STATİSTİKASI

Orqanizmi toksinlərdən sürətlə təmizləyən 5 MEYVƏ

Orqanizmi toksinlərdən sürətlə təmizləyən 5 MEYVƏ

20 yaşlı gəncin bir anlıq əsəbi həbslə nəticələndi

20 yaşlı gəncin bir anlıq əsəbi həbslə nəticələndi

4 BÜRC sentyabrda diqqətli olmalıdır

4 BÜRC sentyabrda diqqətli olmalıdır

Goranboyda avtomobillər toqquşdu: Xəsarət alanlar var

Goranboyda avtomobillər toqquşdu: Xəsarət alanlar var

Tramp: “Hörmüz boğazında 28 gəmini məhv etdik”

Tramp: “Hörmüz boğazında 28 gəmini məhv etdik”

Azərbaycanda bu futbol klubunun adı dəyişdirilir

Azərbaycanda bu futbol klubunun adı dəyişdirilir

Bakıda “cin çıxaran” qadın saxlanıldı - Cinayət işi açıldı

Bakıda “cin çıxaran” qadın saxlanıldı - Cinayət işi açıldı

End of content

No more pages to load

RADİO