Azərbaycanda COVİD-ə yoluxma son bir ayda 18 dəfə artıb

COVİD-19-un yeni dalğası bütün dünyanı bürüməkdədir.

Bizim.Media xəbər verir ki, son vaxtlar koronavirusa yoluxmada ciddi artım qeyd alınır.

COVİD-19-un yeni ştamları Eg.5 ERİS, BA.2.86 və digərləri daha sürətlə yayılır.

Ümumdünya Səhiyyə Təşkilatının məlumatına görə, son ayda dünya üzrə yoluxma sayı 38% artıb. Avropada yoluxmada artım 39%, Sakit okeanın qərbində 52%, Aralıq dənizinin şərqində isə 113% təşkil edib.

Koreya, İtaliya, Böyük Britaniya, Avstraliya və Sinqapurda yoluxma sayında kəskin artım qeydə alınıb.

Hazırda ABŞ-da COVİD-ə yoluxma 2020-ci ilin ilk pandemiyasının statistikasına yaxınlaşır. Gündə 650 mindən artıq amerikalıda COVİD aşkarlanır. Yaxın aylarda isə ABŞ əhalisinin 10 faizə yaxınının virusa yoluxacağı proqnozlaşdırılır. Ölüm halları da avqustla müqayisədə 5% artıb.
Son həftə ərzində ABŞ-da COVİD-ə görə xəstəxanaya yerləşdirilənlərin sayı 8,7%, ölüm halları isə 4,5% artıb. ABŞ Federal Səhiyyə Təşkilatı amerikalıları COVİD-19-a qarşı vaksin olunmağı tövsiyə edib.

Qonşu Rusiyada da koronavirusa yoluxmada artım qeydə alınıb. Rusiyada son bir həftədə koronavirusa yoluxmada 48% artım qeydə alınıb.

Hətta Altay vilayətində COVİD-ə yoluxma artdığına görə 49 məktəbdə karantin məhdudiyyətləri tətbiq olunub, 6 məktəb isə ümumiyyətlə bağlanıb.

ÜST risk zonasında olanları, əsasən də, immuniteti aşağı olan yaşlı təbəqəni revaksinasiya olmağa çağırır.

Azərbaycanda əksəriyyət COVİD pandemiyasının arxada qaldığını düşünsə də, əslində, vəziyyət o qədər də ürəkaçan deyil. COVİD-in dünyada müşahidə olunan artım tendensiyası Azərbaycandan da yan keçməyib.

Son bir ayın statistikasına nəzərə saldıqda məlum olur ki, 7-13 avqustda Azərbaycanda COVİD-ə 8 yoluxma qeydə alınıbsa, növbəti həftələrdə yoluxmada ciddi artım baş verib.

Nəticədə son həftədə - 11-17 sentyabrda ölkə üzrə 142 yoluxma qeydə alınıb. Bu isə 17.75 dəfə artım deməkdir.

Xüsusi vurğulamaq lazımdır ki, bu, rəsmi statistikadır, qeydiyyata düşməyən yoluxma sayı isə daha çoxdur. Belə ki vətəndaşlar pandemiyanın bitdiyini düşünür, bu səbəbdən də özlərində COVİD əlamətləri hiss etdikdə test verməyi lazım bilmirlər.

Əvvəllər olduğu kimi, test verilməsi məsələsinə ciddi yanaşıldığı təqdirdə, COVİD-ə yoluxma rəqəmlərinin indikindən dəfələrlə yüksək olacağını düşünmək olar.

Vətəndaşların yaranmış vəziyyətin təhlükəli həddə çata biləcəyini nəzərə almaqla, test verilməsi, eləcə də COVİD-ə yoluxmanın yüksək həddə olduğu vaxtlardakı kimi tələb olunan qaydalara ciddi riayət etmələri vacibdir. Əks halda, COVİD-in yeni dalğasının ciddi fəsadları ilə üzləşə bilərik.

Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Azərbaycanda ateistlərin sayı: Bu rəqəm çoxlarını təəccübləndirəcək

Azərbaycanda ateistlərin sayı: Bu rəqəm çoxlarını təəccübləndirəcək

Tramp Putinlə görüşün yeganə şərtini AÇIQLADI

Tramp Putinlə görüşün yeganə şərtini AÇIQLADI

Azərbaycanda ən çox hansı yaşda insanlar işləyir?

Azərbaycanda ən çox hansı yaşda insanlar işləyir?

Sentyabrın 3-də bu küçə və kəndlərdə işıq olmayacaq

Sentyabrın 3-də bu küçə və kəndlərdə işıq olmayacaq

Bu kəndə köçənlərə ev və iş verilir – İnanılmaz təklif

Bu kəndə köçənlərə ev və iş verilir – İnanılmaz təklif

CENTCOM İrandakı toy mərasiminə zərbə endirilməsi iddialarını araşdırır

CENTCOM İrandakı toy mərasiminə zərbə endirilməsi iddialarını araşdırır

Beynimizin nə qədərindən istifadə edirik? – Maraqlı açıqlama

Beynimizin nə qədərindən istifadə edirik? – Maraqlı açıqlama

İrana yenidən zərbə endirməyə hazırıq - Tramp

İrana yenidən zərbə endirməyə hazırıq - Tramp

Nepaldakı fəlakətin səbəbi açıqlandı: İqlim dəyişikliyi...

Nepaldakı fəlakətin səbəbi açıqlandı: İqlim dəyişikliyi...

Gecə işləyənlərin maaşına nə qədər əlavə ödənilməlidir?

Gecə işləyənlərin maaşına nə qədər əlavə ödənilməlidir?

Fanatından Nurana evlilik təklifi - VİDEO

Fanatından Nurana evlilik təklifi - VİDEO

AB-dən erməni konyakına qadağa - Səbəb?

AB-dən erməni konyakına qadağa - Səbəb?

Türkiyədə gəmi qəzasını işıqlandıran operator döyüldü - VİDEO

Türkiyədə gəmi qəzasını işıqlandıran operator döyüldü - VİDEO

Tələbələr üçün mənzil kirayəsinin qiyməti 50-100 manat BAHALAŞDI - VİDEO

Tələbələr üçün mənzil kirayəsinin qiyməti 50-100 manat BAHALAŞDI - VİDEO

Azərbaycan millisinin oyununun yeri dəyişdirildi

Azərbaycan millisinin oyununun yeri dəyişdirildi

Tramp: "Hollivud ölüb və biz onu dirçəltməliyik"

Tramp: "Hollivud ölüb və biz onu dirçəltməliyik"

ABŞ yüz minlərlə əcnəbini ölkədən çıxaracaq - Səbəb

ABŞ yüz minlərlə əcnəbini ölkədən çıxaracaq - Səbəb

Nepalda sel fəlakətində ölən və itkin düşənlərin SON STATİSTİKASI

Nepalda sel fəlakətində ölən və itkin düşənlərin SON STATİSTİKASI

Orqanizmi toksinlərdən sürətlə təmizləyən 5 MEYVƏ

Orqanizmi toksinlərdən sürətlə təmizləyən 5 MEYVƏ

20 yaşlı gəncin bir anlıq əsəbi həbslə nəticələndi

20 yaşlı gəncin bir anlıq əsəbi həbslə nəticələndi

4 BÜRC sentyabrda diqqətli olmalıdır

4 BÜRC sentyabrda diqqətli olmalıdır

Goranboyda avtomobillər toqquşdu: Xəsarət alanlar var

Goranboyda avtomobillər toqquşdu: Xəsarət alanlar var

Tramp: “Hörmüz boğazında 28 gəmini məhv etdik”

Tramp: “Hörmüz boğazında 28 gəmini məhv etdik”

Azərbaycanda bu futbol klubunun adı dəyişdirilir

Azərbaycanda bu futbol klubunun adı dəyişdirilir

End of content

No more pages to load

RADİO