"İtlər qapısında adam saxlayır"- Ramiz Qusarçaylı

Şair Ramiz Qusarçaylıdan Moderator.az oxucuları üçün bir neçə şeir rica etdim. Dəyərli ustadım sözümü yerə salmayıb üç şeirini göndərdi. İctimai mövzuda qələmə alınmış bu şeirlər o qədər dəyərli misralarla dolu idi ki, hansını sərlövhəyə çıxarım, deyə xeyli tərəddüdə düşdüm. Sonunda rast gələ seçdiyim bir misranın üzərində dayandım.

Əziz oxucular, sözümü çox uzatmadan, sizləri şeir ziyafətinə dəvət edirəm. Buyurun, mənəvi qida alın!

Sayqılarla: Heydər Oğuz

 

Yiyəsiz itlər


Mənşəyi bilinmir, sortu bilinmir,
Məskəni bilinmir, yurdu bilinmir,
Çaqqalı bilinmir, qurdu bilinmir
Çoxalır şəhərdə yiyəsiz itlər.

Atasın qovursan balası gəlir,
Anasın qovursan xalası gəlir,
Dalınca yüz adda tulası gəlir
Çoxalır şəhərdə yiyəsiz itlər.

Peysəri sallanıb şişəni də var,
Qarnını qaşıyıb eşəni də var,
Erməni belindən düşəni də var
Çoxalır şəhərdə yiyəsiz itlər.

Vurursan, yollara leşi tökülür,
Qovursan, üstünə beşi tökülür,
Erkəyin dalınca dişi tökülür
Çoxalır şəhərdə yiyəsiz itlər.

Gecələr küçədən keçmək də olmur,
Dostlarla yüz qram içmək də olmur,
Bu yaşda bir yerə köçmək də olmur
Çoxalır şəhərdə yiyəsiz itlər.

Bir sümük xətrinə yüz oyun qurur,
Gah quyruq bulayır, gah boyun burur,
Adamın üzünə it kimi durur
Çoxalır şəhərdə yiyəsiz itlər...

 

Azalır qapıda it saxlayanlar

Küçüklər yuvaya yovuşmur daha,
İtlər yuvasını boş saxlayırlar.
Yalaq itdən baha, yal itdən baha,
Adamlar birtəhər baş saxlayırlar,
Azalır qapıda it saxlayanlar.

İtlər ağıllanıb,
nə söy, nə qına,
Nə qapı qoruyur, nə dam saxlayır.
Adamlar üz tutur it qapısına,
İtlər qapısında adam saxlayır,
Azalır qapıda it saxlayanlar.

Kürsü ayağında,
zəncir döşündə,
Köpüklü sözlərdən it iyi gəlir.
Adamlar məhv olur yal döyüşündə,
İtlərin ağzından ət iyi gəlir,
Azalır qapıda it saxlayanlar.

Dəri adamların, diş köpəyindi,
Kimə öz leşindən ruzi qalacaq.
Adam boğuşdurur tazılar indi,
Tazılar özündən razı qalacaq?!
Azalır qapıda it saxlayanlar,

Minib bir-birini sürür adamlar,
Adamlıq hər itə, tulaya qalıb?!
Ağaca, ulduza hürür adamlar,
Adamlar ulaya-ulaya qalıb,
Azalır qapıda it saxlayanlar.

Harınlar həvəslə sümük sanadır,
Meydan adamına, küçə itinə.
Dünya özü boyda sallaqxanadır
Neçə adamına, neçə itinə,
Azalır qapıda it saxlayanlar.

Gör kimin kefinə quraşdırıblar,
Yarı adamları,
yarı itləri.
Vətən, nə canına daraşdırıblar,
Bu qara itləri, sarı itləri
Azalır qapıda it saxlayanlar.

Qapıb bir-birini tutur adamlar,
Bu xəstə adamlar, qotur adamlar,
Artır imanına it bağlayanlar,
Azalır qapıda it saxlayanlar.

 

 

Qapıya bağlanan adam

Qapıya bağlanan adam,
Sümüyün, yalın necədi?!
Qapının ağzı pis deyil,
Qapının dalı necədi?!

Səsin bir az boğuq çıxır,
Dərd eləmə, qocalmısan.
O qapıdan bu qapıya
Hürə-hürə “ucalmısan”x9d.

Kim nə çəkir, nə vecinə,
Gələni hür, gedəni hür.
Kasıblara zəncir gəmir,
Pullulara mədəni hür ...

Bu şəhərdə nə görmədim,
Yabı yoldan abırlıdır.
İt gününə düşənlərin
Qabı yaldan abırlıdır.

Qapıya bağlanan adam,
O sən, o da yal, gedirəm.
Hürə-hürə qarşıladın,
Hürə-hürə qal, gedirəm ...

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Roma Papasının ağciyərində bədxassəli şiş aşkarlandı - Əməliyyat olundu

Roma Papasının ağciyərində bədxassəli şiş aşkarlandı - Əməliyyat olundu

Azarkeşlər son anda qadağa ilə üzləşdi

Azarkeşlər son anda qadağa ilə üzləşdi

Bakının bu rayonlarında işıq olmayacaq

Bakının bu rayonlarında işıq olmayacaq

Tupak Şakurun qətlini təşkil edən şəxsə 30 ildən sonra yenidən HÖKM OXUNDU - FOTO

Tupak Şakurun qətlini təşkil edən şəxsə 30 ildən sonra yenidən HÖKM OXUNDU - FOTO

“Sabah”a uduzduqdan sonra komandasını TƏNQİD ETDİ

“Sabah”a uduzduqdan sonra komandasını TƏNQİD ETDİ

Bu BÜRCLƏRİ bir neçə xoşbəxt həftə gözləyir

Bu BÜRCLƏRİ bir neçə xoşbəxt həftə gözləyir

Paytaxtda ağır qəza olub, xəsarət alan var - VİDEO

Paytaxtda ağır qəza olub, xəsarət alan var - VİDEO

Britaniyanın Tehrandakı səfiri XİN-ə ÇAĞIRILDI

Britaniyanın Tehrandakı səfiri XİN-ə ÇAĞIRILDI

“Qarabağ” “Sabah”ı TƏBRİK ETDİ

“Qarabağ” “Sabah”ı TƏBRİK ETDİ

Plastik cərrahı qətlə yetirən əri mirasdan məhrum edildi

Plastik cərrahı qətlə yetirən əri mirasdan məhrum edildi

Aİ Ukrayna üçün daha iki danışıqlar klasterini AÇDI

Aİ Ukrayna üçün daha iki danışıqlar klasterini AÇDI

İnsan neçə dil öyrənə bilər? - Alimlərdən maraqlı ARAŞDIRMA

İnsan neçə dil öyrənə bilər? - Alimlərdən maraqlı ARAŞDIRMA

Moskvanın üç aeroportunda uçuşlara məhdudiyyət QOYULDU

Moskvanın üç aeroportunda uçuşlara məhdudiyyət QOYULDU

Kahim Perris Azərbaycan futbol tarixinə düşdü

Kahim Perris Azərbaycan futbol tarixinə düşdü

Alena Əliyeva "44" filminin premyerasından paylaşım etdi - FOTO

Alena Əliyeva "44" filminin premyerasından paylaşım etdi - FOTO

Azərbaycan-Laos əlaqələrinin inkişafı müzakirə olundu - FOTO

Azərbaycan-Laos əlaqələrinin inkişafı müzakirə olundu - FOTO

İlon Mask yenə trilyonçu statusunu İTİRDİ

İlon Mask yenə trilyonçu statusunu İTİRDİ

Ağ Evin yeni mətbuat katibi ilk brifinqindən sonra vəzifəsini İTİRƏ BİLƏR

Ağ Evin yeni mətbuat katibi ilk brifinqindən sonra vəzifəsini İTİRƏ BİLƏR

“Sabah” doğma meydanda tarix yazdı - VİDEO

“Sabah” doğma meydanda tarix yazdı - VİDEO

Hüseyn izləyicisinə bir "paçka" dollar verdi - VİDEO

Hüseyn izləyicisinə bir "paçka" dollar verdi - VİDEO

Sürücülərin NƏZƏRİNƏ: Bakının 2 rayonunda yol bağlanacaq

Sürücülərin NƏZƏRİNƏ: Bakının 2 rayonunda yol bağlanacaq

Ukraynada səfərbərlikdən möhlət qaydaları SƏRTLƏŞDİRİLİR

Ukraynada səfərbərlikdən möhlət qaydaları SƏRTLƏŞDİRİLİR

"Sabah" hesabı açdı - VİDEO

"Sabah" hesabı açdı - VİDEO

Röya: “Bu gün verilən qərarlara görə bir neçə il sonra təşəkkür edəcəksiniz”

Röya: “Bu gün verilən qərarlara görə bir neçə il sonra təşəkkür edəcəksiniz”

End of content

No more pages to load

RADİO