Rusiyanın Krasnodar diyarının Eysk şəhərində qırıcı təyyarənin yaşayış binasına çırpılması nəticəsində ölənlərin sayı 15 nəfərə çatıb. Onlardan üçü uşaqdır.
Bizim.Media Rusiya KİV-nə istinadən xəbər verir ki, bu barədə Krasnodar diyarının qubernatorunun müavini Anna Minkova məlumat verib.
Məlumata görə, hadisə nəticəsində ümumilikdə 43 nəfər, o cümlədən 11 uşaq zərər çəkib.
Bizim.Media