Pentaqon Vaşinqtonu qoruyan iki NASAMS zenit-raket kompleksi ilə Ukraynanı təmin etmək qərarına gəlib.
Bizim.Media xəbər verir ki, bu barədə informasiyanı CNN telekanalı yayıb.
Qeyd olunur ki, onların köməyi ilə Kiyev Rusiyanın istifadə etdiyi İran kamikadze pilotsuz təyyarələrinin hücumlarına tab gətirə biləcək.
Bundan əvvəl Pentaqonun rəhbəri Lloyd Ostin NATO-nun Brüsseldəki mənzil-qərargahında çıxışı zamanı “ABŞ mümkün qədər tez bir zamanda hava hücumundan müdafiə sistemlərini Ukraynaya təhvil verəcək” demişdi.
Bizim.Media